Niyazi Tağızadə Hacıbəyli

  • Musiqi

Niyazi Tağızadə Hacıbəyli 1912-ci ildə Tiflisdə anadan olub. Onun atası Zülfüqar bəy Hacıbəyli Azərbaycanın görkəmli musiqi xadimlərindən olmuşdur. Niyazinin əmisi Üzeyir bəy Hacıbəyli onun uşaq yaşlarından musiqiyə həvəs göstərməsinə diqqət yetirmişdir. Ümumi təhsil aldıqdan sonra Niyazi Moskva şəhərinə yollanır və 1926-cı ildə Qnesinlər adına Musiqi Texnikumuna daxil olur.
1931-ci ildə buranı bitirdikdən sonra o, Leninqrad Mərkəzi Musiqi Texnikumunda, sonra isə Yerevan (əvvəllər bu Azərbaycan şəhəri İrəvan adlanırdı) konservatoriyasında təhsilini davam etdirmişdir.
1933-1934-cü illərdə Niyazi Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur. O, təzəcə yaranan Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak etmişdir. Niyazi 1938-ci ildən həmin orkestrin bədii rəhbəri və baş dirijoru təyin olunmuşdur. Eyni zamanda onun ifaçılıq fəaliyyəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı olmuşdur. Belə ki, o, 1937-1948-ci illərdə teatrın dirijoru vəzifəsində çalışmışdır.


Davamı →

Tofiq Quliyev | Əbədi nəğməkar

  • Musiqi

Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.


Davamı →

Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti Xan Şuşinski

  • Musiqi
Bu gün Xalq artisti Xan Şuşinskinin doğum günüdür. Kulis.az bu münasibətlə xanəndə haqqında maraqlı faktları təqdim edir.
Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi, İbrahim Xəlil Xanın oğlu Məhəmməd Həsən ağa Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlmişdir. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi, Behbud bəyin nəvəsi, Murad bəyin qızı olub.

Davamı →

Xəyyam Mirzəzadə | İldırımtək çaxıb gedən bəstəkar

Bir var sadəcə baxıb gedəsən, bir də var – Xəyyam Mirzəzadə demişkən “ildırımtək çaxıb” gedəsən!..
Azərbaycanın görkəmli bəstəkarı Xəyyam Mirzəzadə də özü demiş «ildırımtək çaxıb» getdi...
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, zamanının canlı əfsanəsi, Dövlət mükafatı laureatı, Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Hadı oğlu Mirzəzadə.  

Davamı →

Xəyyam Mirzəzadə

Bir var sadəcə baxıb, bir də var – Xəyyam Mirzəzadə demişkən “ildırımtək çaxıb” gedəsən!..
Ötən əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, cari yüzilliyin əfsanələrindən biri, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Hadı oğlu Mirzəzadə...

Qırxadək film, otuzadək səhnə musiqisi, sadalaya bilmədiyim sayda estrada və caz nümunələri, xeyli mahnılar yazmış, 55-ci ad günündən başladığı “Violin və orkestr üçün” əsərini 75-ci ad günü (“yubiley” yazmamağımın “nədən”i aşağıda) ərəfəsi tamamlamış bu sənətkarın həyat, yaradıcılıq və dür-düşüncə dünyasından –
Davamı →

Ağası Məşədibəyov

Musiqi sənəti tariximizdə iz qoyan sənətkarlar cismani olaraq bu dünyanı tərk etsələr də, onların sənət izləri, gördükləri işlər xalqın yaddaşında yaşayır və unudulmur. Belə musiqi xadimlərimizdən biri də tarzən, bəstəkar, Əməkdar incəsənət xadimi Ağası Məşədibəyov (1912-1984) olub. 

1912-ci ildə Bakıda anadan olan Ağası Məşədibəyov Musiqi texnikumunda tar ixtisası üzrə təhsil alır. Tələbə ikən o, Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrində çalışmağa başlayır. 1935-ci ildə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra Üzeyir bəyin təklifi ilə orkestrin dirijoru kimi də fəaliyyətini davam etdirir. Onun həm müəllim, həm də orkestrdə konsertmeyster kimi gənc musiqiçi kadrların meydana gəlməsində rolu az olmayıb.
Davamı →

Sən gəlməz oldun

  • Musiqi
Deyirdin baharda görüşərik biz,
Bahar gəldi-getdi, sən gəlməz oldun.
Deyirdin baharda görüşərik biz,
Bahar gəldi-getdi, sən gəlməz oldun.

Bəs nələrə dəydi, sındı əhdimiz?
Aylar gəldi-getdi, sən gəlməz oldun,
Sən gəlməz oldun,
Sən gəlməz oldun,
Sən gəlməz oldun.
Davamı →

Qurban adına

  • Musiqi
Qurban adına, bir sal yadına.
Sənin oduna, a gülüm, yandım bilmədin.
Nədir bu hicran?
Səni hər zaman,
Əziz, mehriban, a gülüm, sandım, bilmədim.
Gərək biləydin, deyib güləydin.

Qurban adına, bir sal yadına.
Sənin oduna, yandım bilmədin.
Davamı →

Qəmgin mahnı

  • Musiqi
Mən çox gün görmədim
Bil ki, dünyada.
Ah, nə dərdə düşdüm
Cavanlıqda mən.

Mən çox gün görmədim
Bil ki, dünyada.
Ah, nə dərdə düşdüm
Cavanlıqda mən.
Davamı →