Pəncərənə qondu çiçək

Pəncərənə qondu çiçək,
O çiçək məndim, dilləndi ağ ləpələr.
Əsən külək, dinən külək,
Coşan külək məndim.

Pəncərənə qondu çiçək,
O çiçək məndim, dilləndi ağ ləpələr.
Əsən külək, dinən külək,
Coşan külək məndim.

Ulduzların gözlərilə,
Gördüm səni gecə yarı.
Dalğaların sözlərilə,
Dindi könül arzularım.
Dindi könül arzularım.

Aylar keçər, il dolanar,
Yenə qəlbim səni anar.
Aylar keçər, il dolanar,
Yenə qəlbim səni anar.

Yollarıma doğdu günəş,
O günəş səndin, səpildi al şəfəqlər.
Ürəyimdə yandı atəş,
Yanan atəş səndin.

Yollarıma doğdu günəş,
O günəş səndin, səpildi al şəfəqlər.
Ürəyimdə yandı atəş,
Yanan atəş səndin.


Mus.: T.Quliyev
Söz: N.Xəzri
 

0 şərh