Ey həyat, sən nə qəribəsən?!

  • Musiqi
Nə yaxın qonşu olduq bu dünyada,
Ayrı-ayrı doğulduq bu dünyada,
Axır gəlib bir olduq bu dünyada,
Ey həyat, sən nə qəribəsən?!

Sən ay kimi baxdın mənə,
Sən gün kimi baxdın mənə,
Gözlərinin qarasıyla
Güldü ömrümün baxtı mənə.

Aylar keçir, illər keçir, axın olur,
Yadlar gəlir doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur,
Ey həyat, sən nə qəribəsən?!
Ey həyat, sən nə qəribəsən?!

Bu ilqarı yaşatdıq canımızda,
Gənclik eşqi qaynadı qanımızda.
Qohum oldu atamız anamız da
Ey həyat, sən nə qəribəsən?!

Sən ay kimi baxdın mənə,
Sən gün kimi baxdın mənə,
Gözlərinin qarasıyla
Güldü ömrümün baxtı mənə.

Aylar keçir, illər keçir, axın olur,
Yadlar gəlir doğma olur, yaxın olur.
Məhəbbətlə ötən ömür nağıl olur,
Ey həyat, sən nə qəribəsən?
Ey həyat, sən nə qəribəsən?!



Mus.: O.Kazımi
Söz: C.Novruz
 

0 şərh