Xərçəngdən qoruyan vitaminlər

İmmuniteti gücləndirən B vitamini
B vitamini immuniteti gücləndirir. Bədənin müqavimət gücünü artırır, xərçəng daxil olmaqla bir çox xəstəliyə qarşı qoruyur. Qırmızı ət, balıq, qaraciyər, süd, yumurta, ispanaq, pomidor, göbələk, yaşıl yarpaqlı bitkilər və quru paxlalılar.

Bədəni yeniləyən xüsusiyyəti ilə C vitamini 
C vitamini immuniteti gücləndirir, dəri, qığırdaq, qan damarlarının yenilənməsinə kömək edir. C vitamini çatışmazlığında ürək, artrit və xərçəng kimi xəstəliklər ortaya çıxa bilir. C vitamini meyvə və tərəvəzlərin tərkibində olur. Quşburnu, cəfəri, yaşıl yarpaqlı tərəvəzlər, pomidor, çiyələk, kartofun tərkibində C vitamini zəngindir. 

Sümükləri gücləndirən D vitamini
D vitamini bədəndə kifayət qədər olması, xüsusilə döş xərçəngi riskini azaldır. Qaraciyər, yumurta sarısı, süd və süd məhsullarında az miqdarda olur. Günlük qidalanma ilə D vitamini qarşılanmaz. Ən yaxşı vitamin mənbəyi günəşdir.

Hüceyrə qoruyan E vitamini
Bədən virus və bakteriyalara qarşı müqavimət gücünü artırır. Toksik maddələrin təsirini azaldır. Bitki tərkibli yağlar, yaşıl yarpaqlı tərəvəzlər, fındıq, fıstıq kimi quru meyvələr E vitamini ilə zəngindir.

 

0 şərh