Kürək ağrısına səbəb olan vərdişlər

Düzgün olmayan duruş
Yürüyüş, ən sağlam vərdişlərdən biridir. Yeriyərkən başınızı aşağı əyib, çiyinlərinizi endirirsiniz? Duruş düzgün və təbii olmalıdır. Başınız, boynunuz, kürəyiniz və ayaqlarınız tarazlıq yaratmalıdır. Düzgün dayanmağa çalışmaq başda ağrılı ola bilər. Bir neçə həftə ərzində düzgün dayanmağa çalışmaq vərdişə çevriləcək.

Kürəyinizdə yük daşıyırsınızsa...
Ağıq qol çantaları, kürək çantaları, çamadanlar və dizüstü kompyuter, elektronik cihazlar kürək ağrısının səbəblərindən bir neçəsidir. Kürək ağrısının qarşısını almaq üçün daşıdığınız yükü tarazlamağa çalışın. Əşyalarınız çox ağırdısa, təkərli çamadandan istifadə edin.

Hərəkətsiz həyat tərzi
İşə görə davamlı oturursunuzsa, 10 dəqiqədə bir fasilə edin. Qan axışını təmin etmək üçün ayağa qalxmaq vacibdir. Dartınma və bəzi idman hərəkətləri ilə kürək ağrısından xilas ola bilərsiniz.

 

0 şərh