Dünyaca məşhur rəsm əsərləri - Birinci Hissə

Gecə gözətçisi — Rembrandt Harmens van Reyn.

 Rembrandtın 1642-ci ildə çəkdiyi «Kapitan Frans Banniq Kokun və leytenant Reytenbyurqun atıcı rotasının hücumu» adlı rəsm əsəri. 1642-ci ildə Rembrand Atıcılar Cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellər bilavasitə hərəkətli təsvir olunduğu üçün sifarişçilər tərəfindən bəyənilmir. Personajların çoxluğunun, kütləviliyinin Niderland inqilabı təsuratı yaratması sifarişçiləri qorxuya salır.


Gernika – Pablo Picasso

 İspaniyalı rəssam Pablo Pikassonun 1937-ci il 26 fevral tarixində İspaniya Vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 1.600 insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.

Self-Potrait Without Beard — Vinsent van Qoq. 

Baxmayaraq ki, Van Qoq özünün bir çox potretini çəkmişdir, onlardan ən məşhuru məhz özünü saqqalsız çəkdiyi bu rəsm əsəridir. Van Qoq bu əsəri anasına ad günü hədiyyəsi etmişdir. Bütün zamanların ən bahalı rəsm əsəri olan bu tablo 1998-ci ildə 71,5 million dollara satılmışdır.



Mirvari tanalı qız  —Yan Vermeeri.

 Holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Holladniyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən «Qüzey Mona Lozası» və ya «Holland Mona Lizası» da adlandırırlar.


 Əriyən Saatlar – Salvador Dali. 

“La persistencia de la memoria” adıyla da bilinən Yaddaşın Əzmi (Əriyən Saatlar olaraq da bilinir), Salvador Dali'nin ən məşhur tablosudur. 1932-ci  ildə 250 dollara satılan tablo, 1934-cü  ildən bu yana Nyu-York-daki "Çağdaş Sənət Muzeyi«ndə sərgilənir. 


Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq vermirəm

8 şərh

Gülnar
Siz özünüz wikipediadan halallıq almısız?:)
MuSHviG
Melumatlarin bir hissəsi wikipediyadandir, ancaq hamisi yox:)) Men oz hisseme gore halalliq isteyirem:)
name
Sonda olan yazının niyə olduğunu mən tam başa düşmürəm. Əsasən də fototopikdə olmasını… Şəkillər ki, sizə aid deyil… Bəlkə də özüm yazı bilmədiyim üçün zəhmətinizi kiçik görürəm. Hər şey bir yana bu yazılar insanlar oxusun deyə yazılır axı..)

                                                        *** 
 
Təşəkkür edirəm, yazını paylaşaraq dünya görüşümü genişləndirdiniz. Yaddaşımın həmlələrindən sağ çıxa bilsələr onları xatırlayacağam. Ən azından Pikasso`nunki yadımdan çıxmaz, çünki ondan çox xoşum gəldi. Qısa müddətli yaddaşdan uzun müddətliyə keçən yolu o tapa biləcək.:) 
MuSHviG
Məsələ belədir Name. Bura yerləşdirdiyim məqalələr hansıları ki özüm hazırlamışam, tərcümə etmişəm, xarici saytlardan götürmüşəm onların bir çoxu azerbaijan-news.az, big.az, qadinlar.biz… başqa sayt və fb səhifələrində link əlavə edilmədən yayımlanır. Bunun qarşısını almaq məqsədi ilə adminlə məsləhətləşib belə bir addım atmışıq.


MuSHviG
Mən şəxsən wikipediadan başqa digər mənbələrə müraciət etdikdə saytın adını qeyd edirəm. Başqa sözlə halal iş görməyə çalışıram))
name
Demək istəmişdim ki, bu paylaşılan topiklər, fototopiklər insanlar maariflənsin deyə paylaşılır. Kimin hazırladığına, ilk hansı saytda olduğuna çox önəm verildiyini hesab etmirəm. Amma yenə də dediyim kimi bunu topik yazmayan birisi deyir. Sizi başa düşməyən biri. Həm də əgər sizin kimi halallıq fikirləşən olsalar  aşağıdakı yazınız olmadan belə istinad verərlər..:)
şərh silinmişdir