Niyazi Tağızadə Hacıbəyli

  • Musiqi

Niyazi Tağızadə Hacıbəyli 1912-ci ildə Tiflisdə anadan olub. Onun atası Zülfüqar bəy Hacıbəyli Azərbaycanın görkəmli musiqi xadimlərindən olmuşdur. Niyazinin əmisi Üzeyir bəy Hacıbəyli onun uşaq yaşlarından musiqiyə həvəs göstərməsinə diqqət yetirmişdir. Ümumi təhsil aldıqdan sonra Niyazi Moskva şəhərinə yollanır və 1926-cı ildə Qnesinlər adına Musiqi Texnikumuna daxil olur.
1931-ci ildə buranı bitirdikdən sonra o, Leninqrad Mərkəzi Musiqi Texnikumunda, sonra isə Yerevan (əvvəllər bu Azərbaycan şəhəri İrəvan adlanırdı) konservatoriyasında təhsilini davam etdirmişdir.
1933-1934-cü illərdə Niyazi Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur. O, təzəcə yaranan Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak etmişdir. Niyazi 1938-ci ildən həmin orkestrin bədii rəhbəri və baş dirijoru təyin olunmuşdur. Eyni zamanda onun ifaçılıq fəaliyyəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı olmuşdur. Belə ki, o, 1937-1948-ci illərdə teatrın dirijoru vəzifəsində çalışmışdır.


Davamı →

Rəşid Behbudov

  • Musiqi
Rəşid Məcid oğlu Behbudov 1915-ci ildə Tiflis şəhərində dünyaya göz açmışdır. Onun atası, əslən Şuşalı olan Məcid Behbudov Azərbaycan xalq mahnılarının mahir bilicisi və ifaçısı kimi tanınmışdır. Orta məktəbi Tiflisdə bitirdikdən sonra Rəşid elə buradaca 1930-cu ildə ifaçılıq fəaliyyətinə başlamışdır.
1938-ci ildə Rəşid Behbudov Yerevan filarmoniyasının rəhbərliyindən dəvət alır. O zaman bir çox Azərbaycan sənətçiləri bu şəhərdə yaşamış və işləmişdir. Onların yaratdıqları həmin əsərlərin bir çoxunu indi ermənilər öz adlarına çıxırlar.
Rəşid Behbudov 1938-ci ildən Yerevan filarmoniyasının solisti olmuş, həmçinin, Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmişdir. Çoxlu sayda azərbaycanlının yaşadığı Yerevanda onun hər konserti alqışlarla qarşılanırdı. Bununla belə, gənc müğənni erməni mədəniyyət xadimlərinin qısqanclığı ilə üzləşirdi. Burada Azərbaycanlı sənətçinin inkişafı üçün şəraitin olmadığını görən müğənni Bakıya köçür. Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəşid Behbudov gərgin əməyi sayəsində 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olur. O, həmçinin, M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də çıxış etməyə başlayır. Rəşid Behbudovun bir müğənni kimi təkcə Azərbaycanda deyil, ondan kənarlarda da tanınması məhz bu teatr və filarmoniyanın adı ilə bağlı olmuşdur.

Davamı →

Frans Kafka - Qardaş qətli

Sübut olunub ki, qətl aşağıdakı kimi törədilmişdir:

Şmar, yəni qatil, aylı bir gecədə, saat doqquza yaxın Vezenin, yəni qurbanın öz bürosundan çıxıb evinə dönəcəyi küçənin tininə gəlmişdir.

Soyuq adamın canına işləyirmiş. Şmar mavi rəngli nazik bir pencəkdə imiş. Ancaq soyuğu hiss eləmirmiş. Qətli törətdiyi silahı, yəni yarı qəmə, yarı mətbəx bıçağını əlində bərk-bərk tutaraq hazır saxlayıbmış və ayın işığında ona baxırmış.


Davamı →

Sofiya Tolstoy

Oxuduğumuz qadın adlarının demək olar ki, böyük əksəriyyəti hansısa kişinin biyoqrafiyasından bizə məlumdur. Tarix qadınlara haqsızlıq etdi, yoxsa tarixi yazanlar? Bu suala cavab vermək çox çətindir. Çünki tarix bu günün görmədiyi zaman kəsimidir. Kimsə görmədiyi zamanı dilimi haqqında dəqiq və doğru mühakimə yürütmək iqtidarında deyil. Mən də bu suala düzgün cavab verə bilməsəm də, bir şeyi dəqiq deyə bilərəm. Tarix boyu onlara verilən şəraitdə, onlara qarşı yönəldilən streoptilərlə az da olsa qadın adının bu gününə çatması möcizə deyə biləcəyimiz bir şeydir.

Davamı →

Cəfər Cabbarlı Cəlil Məmmədquluzadəni tənqid edir

Əfəndilər! Hər kəsə bəllidir ki, daim, hər halda çox vaxt məhkəmələrdə iki mübariz tərəf: müddəi-ümumi və müdafiələr bir-birilə çarpışır və nə vasitə ilə olursa olsun yekdigərlərinə qalıb gəlmək istəyirlər. Müddəi çox vaxt həqiqət və ədalətlə belə hesablaşmadan müttəhimin hər bir işini, sözünü və hərəkətini fənalığa yozar və müttəhimin məhkum edilməsinə çalışar. Eynilə müdafiələr caniliklərini açıq bildikləri bir adamı belə müdafiə edərkən bütün fəna hərəkətlərini bilərək yaxşıhğa yozmağa, cinayətləri örtüb-pərdələməyə və nə vasitə ilə olursa-olsun müqəssiri pak, təqsirsiz çıxarmağa çalışarlar. Burası hər iki tərəfin bir növ vəzifələridir. Fəqət bu gün mən arzu edərdim ki, heç bir tərəf yoxdur. Mütəəssiblüyə qapılmayıb bir haqq, bir ədalət naminə mühakimə yürütsün, heç kəs bilərik haqdan qaçmasın və böyləliklə bu gün müttəhimlər sandalyasında oturmuş İskəndərin əsl siması aydınlaşıb araya çıxmış olsun. Biz buna söz veriyor və əhd ediyoruz. Həmin bunu, bu bitərəflik və ədaləti də müdafiə vətəndaşlardan gözlər, ümid və arzu edəriz.

Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu bir fərdi doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir, öz-özünü idarə edə biləcək, dolandıra biləcək bir insan halına döndərir ki, bunlar həpsi həmin şəxsin möhtac dövrlərində dirilmiş bir borcudur. Alman bir borc, şübhəsiz ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm də bu borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun vardır. Təsir əks təsirə müsavidir. Bu qanun dediyiniz məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər də artıq zəhmət çəkməli, nə qədər artıq faydalanmışsa, o qədər artıq fayda verməlidir.
Davamı →

"Hərb və Sülh" romanı haqqında 10 fakt

1. Çoxları düşünür ki, 1300 səhifəlik “Hərb və Sülh” dünyanın ən uzun romanıdır. Əslində isə ən uzun roman 17-ci əsrdə Fransada yazılmış 13 min səhifəlik, 10 cildlik o qədər də tanınmayan “Artamène ou le Grand Cyrus” romanıdır. “Hərb və Sülh” romanın ilk iki nəşri 6 kitaba bölünmüşdü. Günümüzdə isə onu 1873-cü ildə Tolstoyun öz bölgüsü üzrə dörd kitab şəklində çap etmək qəbul olunub.

2. Tolstoy «Hərb və Sülh»ün qaralamasını yazarkən əvvəlcə Napaleon müharibələri haqda yox, köhnə dekabrist üsyançısı, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş, 30 illik Sibir sürgünündən sonra qayıtmasına icazə verilmiş bir rus zabiti haqda roman yazmağı planlaşdırıbmış. Amma sonra yazıçı fikirləşir ki, Dekabristlər üsyanı haqda kitabı senzura xoşlamayacaq, ona görə də planını dəyişdirir.
Davamı →

Çak PALANİK. Döyüş Klubu (Fight Club).

...və Tayler mənə dedi, “İstəyirəm ki məni bacardığın qədər möhkəm vurasan”.
 Cover
Talyer mənə ofisiant işi tapır, bundan sonra isə Tayler tapançanı mənim ağzıma salaraq deyir ki, əbədi həyata qədəm qoymaq üçün mən ölməliyəm. Tayler və mən uzun müddət dost olmuşuq. İnsanlar həmişə soruşurdular, mən Tayler Dördeni tanıyırammı?
Davamı →

Gənc yazarlara 10 dəyərli məsləhət - Virciniya Vulf

Əsl adı Adelin Stefan olan Virciniya Vulf 1882-ci ildə Londonda dünyaya göz açıb. Səhhəti ilə bağlı yaşadığı problemlərə görə məktəbə getməyən Virciniya Vulf 12 yaşında anasını, 22 yaşında isə atasını itirib. “Xaricə səyahət” adlı ilk kitabı 1915-ci ildə işıq üzü görüb. 1929-cu ildə işıq üzü görən “Özünə aid bir otaq” əsəri klassik feminizm nümunələri arasında özünəməxsus yer tutur. Xanım yazıçının əsərləri 50-dən çox dilə tərcümə olunub. Təkrarolunmaz əsərləri ilə dünya ədəbiyyatına adını yazdıran Virciniya Vulf 1941-ci ildə mart ayının 28-də özünü evinin yaxınlığındakı çaya ataraq intihar edib.  Dahi yazıçının oxucularına tövsiyə etdiyi 10 məsləhəti sizlərə təqdim edirik:  

 

1. Ədəbiyyat zövqünüzü yaxşı kitablarla deyil, pis kitablarla formalaşdırın.  


Ardı →

Dünyaca məşhur rəsm əsərləri - Birinci Hissə

Gecə gözətçisi — Rembrandt Harmens van Reyn.

 Rembrandtın 1642-ci ildə çəkdiyi «Kapitan Frans Banniq Kokun və leytenant Reytenbyurqun atıcı rotasının hücumu» adlı rəsm əsəri. 1642-ci ildə Rembrand Atıcılar Cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellər bilavasitə hərəkətli təsvir olunduğu üçün sifarişçilər tərəfindən bəyənilmir. Personajların çoxluğunun, kütləviliyinin Niderland inqilabı təsuratı yaratması sifarişçiləri qorxuya salır.



Ardı →

Nüsrət Kəsəmənlinin lirikası


Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç


Ardı →