Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

Emmausda şam yeməyi

Caravaggio – “Emmausda şam yeməyi” (1601)


İsa peyğəmbərin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmaus adlı kiçik bir qəsəbəyə gedirlər. Yolda onlar bir insana rast gəlirlər ki, sonradan o insan da onlara qoşulur. O, Həzrəti İsanın özü idi, lakin ilk gördüklərində həvariləri onu tanımır. Onlar Emmausda həmin gün şam yeməyi üçün əyləşdiklərində “o çörəyi götürdü, şükür etdi və bölüb onlara verməyə başladı. Sonra onların gözləri açıldı, onlar onu tanıdılar. Bu anda, o qeyb oldu.” (Luka 24: 30-31)

Caravaggionun bu əsərində də məhz bu an təsvir edilmişdir. Rəsmdə iki həvarinin Həzrəti İsanı tanıdıqları andakı reaksiyalarını görürük. Rəssam İsanı qeyri-adi, saqqalsız və cavan təsvir edib. O, qırmızı geyimdə bəyaz şalı ilə rəsmin ortasında yer alıb. Köhnə yaşıl geyimdə olan soldakı həvari masanın üzərindən bütün diqqəti ilə Həzrəti İsaya baxır. Soldakı bu həvarinin hərəkətləri çox diqqət çəkir. Görünür ki, o, çox təsirlənib – həm qorxub, kürsüsünü geri çəkib, həm də diqqətlə baxmaq üçün əyilib.
Davamı →

İnadkar qonşu


Bu tablo Viliam Holman Hunt`un The İmportunate Neighbour” (İnadkar qonşu) adlı tablosudur. Şəkildəki adam köhnə bir qapını yumruqlayır. Özündən bezmiş, yorulmuş bir vəziyyətdə qapının açılmağını gözləyir. Gecə yarısıdı və gedəcək bir yerinin olmadığı görünür. Ayaqları çılpaq, əynində isə sadəcə bir entari ( gecə paltarı ) var. Bəlkə də uzun bir yol gəlmiş, sığınmaq üçün bir evə ehtiyacı var idi. Ancaq qapını aça bilmir, çünki qapının dəstəyi yoxdur.
Ardı →

Angel Boliqan dünyası

İncəsənət güclü ideya və mesajları ifadə etmək üçün bir vasitədir və Kubalı karikaturaçı Angel Boliqanın siyasi və ictimai karikaturaları təsirli və tənqidi incəsənətin necə olduğuna dair çox gözəl nümunədir. Onun geniş karikatura kolleksiyası müasir siyasət və cəmiyyətlə bağlı istehzalı şərhlərə malikdir.

Hər bir karikaturanın dərin və güclü mənası vardır. Qeyd etməliyik ki, Boliqan bu işinə görə 130-dan çox beynəlxalq mükafat almışdır.  Ola bilsin ki, onun karikaturalarında ən təsirli şey mövzunun nə qədər fərqli olmasınsa baxmayaraq, həmişə güclü istehzanın hiss olunmasıdır. O, tez-tez istehlakçı hüquqları, korrupsiya və riakarlıq mövzularına müraciət etsə də, ənənəvi olaraq, rəssamların toxunduğu ictimai-siyasi mövzular və tənhalıq, şöhrətpərəstlik və ümidsizlik kimi sosial və emosional problemləri də təsvir etmək onun üçün çətin deyil.

Biz məsləhət görərdik ki, siz bir qədər vaxt ayırıb bu karikaturalara baxasınız, çünki onlar, şübhəsiz, sizi düşünməyə vadar edəcəklər.


Ardı →

Ruben Belloso yaradıcılığı

Bəzi rəssamların çəkdikləri rəsm əsərləri fotoşəkillərdən fərqlənməməyi ilə seçilir. İlk baxışdan mükəmməl fotoşəkillərə bənzəyən bu hiperrealistik əsərlər reallığı, tam anlamında, olduğu kimi əks etdirir.

Hipperrealizmin nümayəndələrindən biri olan dünyaca məşhur rəssam Ruben Belloso insanları olduğu kimi, bütün çatışmazlıqları və qüsurları ilə birlikdə təsvir edir. O heç bir ştrixi ötürmür, hər qırışı, hər qatı, üzdəki hər nöqtəni, başdakı hər tükü bir-bir çəkir. Onun rəsm əsərlərindən sanki canlı insanlar boylanır. Onlar tamaşaçı ilə ünsiyyətə girməyə, tamaşaçının hər bir baxışını izləyə və hər bir emosiyasına göz qoymağa qadirdirlər.

Ardı →

Salvador Dalinin hiyləsi

Məşhur və qeyri-adi rəssam Salvador Dali öz işlərinin dəyərini və əhəmiyyətini vurğulamağı sevirdi. Məsələn, o, müştərini rəsmlərini çəkərkən rəngləri yaratmaq üçün eşşəkarısı zəhərindən istifadə edib deyə onu aldada bilərdi.
Bəli, bəli məhz buna görə şəkil qiyməti  1 000 000 $-dır.
Restoran sahibləri ilə isə daha da hiyləgərcəsinə davranırdı. Dali bir qrup dost-tanışlarını toplayıb, onları menyudan öz sevimli yemək və ickilərinə qonaq edərək bütün axşamı keçirə bilərdi. Hesab vermək gələndə… rəssam səxavətli əli ilə böyük məbləğdə çeki imzalayırdı, sonra isə çeki çevirirdi və müəssisənin sahibinə bir neçə isti söz yazırmış: Hesab sadə idi....Özünün canlı dahiliyinin şöhrətidən istifadə edən Dali əmin idi ki, restoranın sahibi Dalinin orijinal imzası ilə olan qəbzi hec cure nəğd pula cevirməyə qerara gəlmiyəcək! Adətən, belə də olurdu: Restoratoran sahibləri başa düşürdülər ki, zaman keçdikcə bu çekə görə daha çox pul qazana bilərlər nəyiki indiki sade bir hesabdan. Rəssam isə çoxlu pul qənaət etmiş olurdu.
Davamı →

Səttar Bəhlulzadə

Səttar Bəhlulzadə yüz il əvvəl Bakının qədim Əmircan kəndində çörəyi torpaqdan çıxan Bəhlul kişinin ailəsində dünyaya göz açmışdı. Ata iki qız övladının ardınca ona sonsuz sevinc bəxş edən ilk oğlan uşağının ona tezliklə ev-eşik işlərində dəstək olacağına çox ümidliydi. Lakin bu oğul payı Bəhlul kişinin istəyinin əksinə olaraq çörək pulunu torpaqdan, əkib-becərməkdən yox, torpağa sonsuz sevgidən çıxaran oldu. Sonda da təkcə ata-anaya, qohum-əqrəbaya yox, bütün millətə qürurverici övlad oldu, sənətinin qüdrəti ilə başqa xalqlara da doğmalaşdı. Ən böyük qazancı da yəqin ki, bir vaxtlar saç-saqqalını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu. Doğma Azərbaycanı başdan-başa böyük məhəbbətlə dolaşıb onun təbiətinə, sayagəlməz nemətlərinə vurğunluğunu bənzərsiz bir bədii biçimdə dünyaya göstərdi. "Ömür qatarı«ndan „ölüm qatarı“na minəndə də dünyanı öz boyaları, öz cizgiləri, bənzərsiz və əlçatmaz „Səttar görümü“ ilə tərk etdi, ecazkar rənglərində „əriyib“ əbədiyyətə qovuşdu, adını sənət tarixinə yazdı. Rəssamlıq tarixində isə oxşarı olmayan „Sənətin Məcnunu“ ayamasını qazandı.
Ardı →

Rəssamların rəssamı Pol Sezan

Pol Sezan (1839 — 1906) həyatının sonuna qədər rəssam kimi qəbul edilməmişdi və dövrünün bir çox sənətşünası tərəfindən «istedadsız» kimi xarakterizə edilmişdi. Fransız post-impersionist rəssam Sezan impersionizmlə kubizm arasında körpü qurmuşdu, onun sənət anlayışı 20-ci əsrə yeni pəncərə açdı.

Modern rəssamlığın inkişafında verdiyi töhfələr və sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu «hamımızın atası», Renuar isə "əsrarəngiz şəxsiyyət" adlandırırdı. Həyatı boyunca əsərləri nadir hallarda sərgilənən rəssam çox sakit bir ömür yaşayıb. Sadəcə bir neçə üslubda şəkil çəkirdi. Sağlığında heç vaxt qiymətləndirilməsə də, sonradan dövrünün ən böyük rəssamı kimi qəbul edildi.


Ardı →

Fransisko Qoya

Fransisko Xose de Qoyya 1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir.
Ardı →