Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

Qəribə psixoloji portretlər

Dino Valls 1959-cu ildə Saraqosada dünyaya göz açan ispan rəssamdır. 1988-ci ildən bəri yaşadığı Madrid şəhərində yaradıcı fəaliyyətlə məşğul olan rəssam yaratdığı psixoloji portretlərlə dünya rəssamlığına yeni nəfəs gətirib.        

Dino Valls rəssam olmağı uşaqlıqdan arzulayıb. O, hələ məktəbli ikən müxtəlif mövzulu portretləri ilə müəllimlərinin diqqətini çəkməyə müvəffəq olub. 1975-ci ildə o, yağlı boyalarla işlədiyi portretlərlə öz üzərində işləyərək rəssamlıq vərdişlərinə hər hansı bir müəllim və ya təhsil köməyi olmadan yiyələnib.
 
Ardı →

Albrext Dürer (1471-1528)

Albrecht Dürer - Avtoportret      Dövrünü 600 il qabaqlayan Albrext Dürer, məni rəssamlar arasında ən çox təəccübləndirənlərdən biridir. XXI əsrdə yaşasaydı, hələ də qəribə bir rəssam kimi tanınardı. Michelangelo Sistine Şapel`i, Leonardo Mona Liza`ni boyayarkən, o, heç görmədiyi bir kərkədanın təsvirlərindən yola çıxaraq qravürasını çəkmişdi.
    Alman rəssamı Dürer hələ 13 yaşındaykən avto-portretini çəkdi. Beləliklə, atası onun rəssamlığa, rəsmə olan marağını hiss edib onu ailə sənəti olan zərgərlikdə saxlamaq yerinəç bir rəssamın yanına köməkçi verdi. Dürer bu gün dini təbliğ edən rəsimləriylə İntibah dövründə tanınsa da, onu daha çox qravüraları, taxta boyaçılığı və ən əsas da suluboyalı işləri ile məşhurdur. Hətta kərkədan və dovşan şəkilləri belə, Məryam şəkillərindən daha populyardır. Belinə qədər uzun dalğalı saçları və ağır cizgiləri ilə, 90-cı illərdə görünən, volkmənlə metal musiqi dinləyərkən dəftərinə qorxunc fiqurlar qaralayan o qəribə gəncləri xatırladır.
Davamı →

Renuarın ecazkar dünyası

«Zövqümüz və məqsədimiz yoxdursa, yaşamağın mənası da yoxdu»
Emalatxanasında farfor boşqab rəngləyən Renuar (1841-1919) bu sahədə istedadının olduğunu görüb, axşamlar rəssamlıq dərsləri öyrənmək üçün rəssamlıq məktəbinə getməyə başlamışdı. Həyatı məhrumiyyətlər içində keçirdi, bu azmış kimi 1850-ci illərdə maşınların əl əməyinin yerini tutmasından sonra işsiz qalmışdı.

Amma onun rəssamlıqla məşğul olmaq arzusu qarşısındakı bütün səddlərdən, çətinliklərdən daha böyük idi. Yaşamaq və sevdiyi peşəylə məşğul olmaq üçün pul qazanmaq lazımıydı, bunun üçün o, böyük məharətlə 18-ci əsrə aid rəsm əsərlərinin surətlərini, təqlidlərini çəkməyə başladı.


Ardı →

Səttar Bəhlulzadə

Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1927-ci ildə rəssamlıq məktəbinə daxil olur. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, daha sonra 1933-cü ildə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirmişdir. V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olmuşdur. Yaradıcılığa «Kommunist» qəzetində Ə.Əzimzadənin rəhbərliyi ilə başlamışdır. 1931-33 illərdə müasir məzmunlu ilk karikaturaları çap olunmuşdur.



Ardı →

Renato Quttuzonun qırmızı rəngi

Sənin qırmızı rəngin
fəhlənin və şairin
mübarizlərin gerçəkliyinin,
ağrının, ümidin və qələbənin
yeganə qırmızı rəngi olacaq.
Pyer Paola Pazolini

Çağdaş Avropa rəngkarlığı postmodernizmdən başlayaraq, XX əsr rəssamlığı üçün çox xarakterik olan tendesiyalara bu gün də sadiqdir: plastik formaların deformasiyası, stilistik kompozisiya həlli, kətan səthində formaların qismən dağıdılması, kətan arxasında illizion sahə yaradılması və s. Bu zaman kətan rəsmin məhdud elementlərini əks etdirən ekrana bənzəyir?
Ardı →

Pol Qogen

1895-ci ildə fransız müstəmləkəsi olan Taitinin əsas limanı — Papeetaya bir neçə ay əvvəl Marseldən çıxmış gəmi yan alırdı. Göyərtədə gəzişən sərnişinlərin gördüyü mənzərə heç də ürək gedən deyildi: kobud şalbanlardan yığılmış körpü, palma yarpaqlarıyla örtülmüş və ağardılmış evlər, taxta kilsə və «Jandarmeriya» yazılmış ikimərtəbəli koma.
Bu gəmidə gəlmiş 47 yaşlı Pol Qoqen sınıq-salxaq ömrünü, ümidsiz arzularını qoyub qaçmışdı. Müasirlərinin gülüb ələ saldığı rəssamı, uşaqların unutduğu atanı və Paris jurnalistlərinin ələ saldığı yazıçını irəlidə heç nə gözləmirdi. Ticarətçilər və çinovniklərlə bir dəstədə vaxtından qabaq qocalmış, hündür və kürəyi əyilmiş insan da sahilə düşdü. Vaxt vardı, indi hamının rədd etdiyi rəssam firavan burjua sayılırdı.
Davamı →

Amedeo Modilyani

Sovet dönəmində hər hansı intelligentin evində «Leopold Zborovskinin portreti», yaxıd «Janna Ebüternin portreti»nin reproduksiyasını görmək olardı. Axı o vaxtlar çoxu «Monparnas 19» filmini görmüş və qadınların sevimlisi, «bogema şahzadəsi», alkoqol, narkotik  və vərəmin birgə səyi ilə məhv olandan sonra dünya şöhrəti qazanmış dahi rəssam haqqında əhvalatı yaxşı bilirdi. Bir balaca artıq məlumatı olanlar Anna Axmatovanın Modilyaniyə «Rotonda» kafesində çılpaq pozaları haqqında qeybətlər də eləyirdi. Kimsə İlya Erenburqun «qarğışlanmış rəssam» haqqında şerlərini oxumuşdu. «Modi» ifadəsi fransızca qarğışlanmış, lənətlənmiş mənasını verir.


Ardı →

Əzim Əzimzadə | Rəssamlığın Sabiri

Dünyaya ruhunda gəzdirdiyi gözəllik duyumunu gerçəkləşdirmək missiyası ilə gələn Əzim Əzimzadənin Azərbaycan təsviri sənət tarixində xüsusi yeri vardır. Gəncliyində ailələrinə çörək pulunu ən müxtəlif sahələrdə işləməklə qazanan Ə.Əzimzadə nə vaxtsa hiss və duyğularını rəng və cizgilərlə ifadə edəcəyinə böyük inamı olduğundan sonda arzusuna yetişərək böyük sənətkar kimi tanınmışdır. Amma bu, onun üçün heç də asan başa gəlməmişdir....

Davamı →