Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

"Paris məktəbi" rəssamları-1

İyirminci əsr təsviri sənətində, ümumiyyətlə incəsənət tarixində “Paris məktəbi” rəssamları önəmli yer tutur. Maraqlıdır ki, bu rəssamların arasında mənşəcə bir fransız sənətkar belə yoxdur. “Paris məktəbi”nə mənsub olan rəssamlar Birinci Dünya Savaşı ərəfəsində və savaşdan sonra Avropanın müxtəlif ölkələrindən, fərqli mədəniyyətlərdən gəlib kosmopolit Parisdə məskunlaşan, burada yaşayıb-yaradan sənətkarlardır. Bununla belə, onların yaradıcılığını Fransız mədəniyyəti konteksində qəbul etmək və incələmək ən düzgün yoldur.


Ardı →

Pol Qogen

1895-ci ildə fransız müstəmləkəsi olan Taitinin əsas limanı — Papeetaya bir neçə ay əvvəl Marseldən çıxmış gəmi yan alırdı. Göyərtədə gəzişən sərnişinlərin gördüyü mənzərə heç də ürək gedən deyildi: kobud şalbanlardan yığılmış körpü, palma yarpaqlarıyla örtülmüş və ağardılmış evlər, taxta kilsə və «Jandarmeriya» yazılmış ikimərtəbəli koma.
Bu gəmidə gəlmiş 47 yaşlı Pol Qoqen sınıq-salxaq ömrünü, ümidsiz arzularını qoyub qaçmışdı. Müasirlərinin gülüb ələ saldığı rəssamı, uşaqların unutduğu atanı və Paris jurnalistlərinin ələ saldığı yazıçını irəlidə heç nə gözləmirdi. Ticarətçilər və çinovniklərlə bir dəstədə vaxtından qabaq qocalmış, hündür və kürəyi əyilmiş insan da sahilə düşdü. Vaxt vardı, indi hamının rədd etdiyi rəssam firavan burjua sayılırdı.
Davamı →

Modilyani (Amedeo Modigliani)

Parisə yağış yağırdı və kimsə itlərlə birgə islanırdı…
İtlər onu tanıyırdı. İtlər, sərxoşlar, avaralar və Parisin bütün sənət mühiti onu tanıyırdı.
Onun Parisdə şərab içmədiyi meyxana, tiryək çəkmədiyi dalan, hansısa qızla sevişmədiyi otaq və çılpaq rəsmlərini çəkmədiyi qadın, demək olar ki, qalmamışdı.
Onu ölməmişdən dahi sayırdılar. Pikasso onun rəsmlərini dəli kimi qısqanırdı. Ən yaxın rəqibi, dostu və düşməni Pikasso kimi əsərlərini pula çevirə bilmirdi. Düzü, heç cəhd də eləmirdi.
O, əyyaşın, avaranın, tərbiyəsizin biriydi.
Ardı →

Amedeo Modilyani

Sovet dönəmində hər hansı intelligentin evində «Leopold Zborovskinin portreti», yaxıd «Janna Ebüternin portreti»nin reproduksiyasını görmək olardı. Axı o vaxtlar çoxu «Monparnas 19» filmini görmüş və qadınların sevimlisi, «bogema şahzadəsi», alkoqol, narkotik  və vərəmin birgə səyi ilə məhv olandan sonra dünya şöhrəti qazanmış dahi rəssam haqqında əhvalatı yaxşı bilirdi. Bir balaca artıq məlumatı olanlar Anna Axmatovanın Modilyaniyə «Rotonda» kafesində çılpaq pozaları haqqında qeybətlər də eləyirdi. Kimsə İlya Erenburqun «qarğışlanmış rəssam» haqqında şerlərini oxumuşdu. «Modi» ifadəsi fransızca qarğışlanmış, lənətlənmiş mənasını verir.


Ardı →

Diana Dengel (Dianne Dengel)

Diana Dengel (Dianne Dengel)


diana Dengelin rəsmiDiana Dengel əslən İspanıylı olan ABŞ rəssmıdır. O,  1939-ci il yanvar ayının 1-ində dünyaya göz açıb. Diananın çox erkən yaşda yaradıcılıq istedadı olduğunu demək olar ki, onu tanıyan hər kəs hiss edib. Diananın ailəsi çox kasıb idi. O, kasıbçılıqdan rəng, fırça və s. bir sözlə şəkil çəkmək üçün lazım olan materiala sahib deyildi. Hətda rəsmlərini fırça olmadığından öz barmaqları ilə və yaxud diyirləyib fırça kimi istifadə edə biləcəyi vəziyyətə gətirdiyi qazet parçaları ilə rəngləməli olurdu. Belə ehtiyac içində olmasına baxmayaraq o istedadlı idi və bu qız gecə-gündüz maddi cəhətdən nə isə əldə etmək üçün yaxşı şəkillər çəkməyə çalışırdı bu səbəbdən sənəti günü-gündən inkişaf etdi və nəhayət Diana Dengel tanınmış rəssamlardan biri olmağı bacardı.


Ardı →

Veneranın doğuluşu

Veneranın doğuluşu


İtaliyalı rəssam Sandro Botticellinin 1482-1486 -cı illərdə çəkmiş olduğu Veneranın doğuluşu tablosu dünyanın ən məhşur əsərlərdən biridir. Əsərdə Veneranın dənizdən bir gənc qadın olaraq doğuluşu təsvir olunub. Hal hazırda bu rəsm əsəri Florensiyada Uffizi müzeyində (İtalyanca: Galleria degli Uffizi) sərgilənməkdədir.


Ardı →

Guernika

Guernika — Bu rəsm əsəri Pablo Picassonun ən məhşur əsərlərindən biridi. Tablonun eni 7,76 m, hündürlüyü isə 3,49 m-dir. Əsərdə Almanıyanın 26 aprel 1937-ci ildə İspanıyadakı Guernika şəhərini bonbalanması Pablo Pikasso tərzinə uyğun şəkildə simvolik olaraq təsvir olunub. Bu rəsm əsərinin çəkilməsinə səbəb Ispaniya hökümətinin 1937-ci ildə Parisdə keçiriləcək sərgidə İspaniyaya ayrılmış bölmə üçün  Pablo Pikassoya böyük bir divar şəkli sifariş etməsi olub. Elə həmin zamanda Guernika şəhəri Almaniyası tərəfindən bonbalandığı üçün rəssam əsərin ideyasını məhs bu hadisədən götürdü və Guernikanın bombalanmasından 15 gün sonra isə rəsmi tamamladı.
Davamı →

Salvador Dali və La persistencia de la memoria

Elə sənət əsərləri var ki, məsələn, «Mona Liza» kimi sözün həqiqi mənasında baxılmağa və haqqında məlumat öyrənməyə dəyər. Bu səbəbdən ən çox xoşuma gələn bir əsərlə Salvador Dalinin “Yaddaşın əzmi” (və ya “Yaddaşın sabitliyi”) əsəri ilə başlamaq istədim.
La persistencia de la memoria – Bu əsər eyni zamanda “Əriyən saatlar” kimi də məhşurdu.
1931-ci ilə aid olan bu rəsm əsəri 1932-ci ildə 250 ABŞ dolları müqabilində satılıb. 
Ardı →