Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

Fransız impressionist rəssam Klod Mone

Klod Mone (14 Noyabr 1840 — 5 Dekabr 1926), Fransız impressionist rəssam.
Oskar-Klod Monet və ya Klod Oskar Monet olaraq da tanınır. İmpressionizm termini, Monetin Gün Doğuşu adlı rəsmindən gəlir. İmpressionizm, müasir rəsm sənətindəki ilk böyük inqilabi hərəkatdır. Monet, rəsmlərində fırça zərbələri ilə yaratdığı müxtəlif rənglərdə nöqtələrlə istədiyi təsəvvürü yaradacaq rəng və işıq təsirini yaratmağı bacarmışdır.

Uşaqlığı və gəncliyi
Adolf və Louise-Justine Monet cütlüyünün övladı olan Monet, Parisdə dünyaya gəlib. 1845-də, yəni Monet beş yaşında olanda, ailəsi Normandiyadakı La Havreyə köçüb. 1851-ci ilin aprelində, Monet Le Havredə orta məktəbə başladı.
Davamı →

Francisco Goya | Uşaqlarını yeyən Saturn

İspan rəssam Qoyya ( Francisco Goya) xəstəliklərlə keçən son illərində 1819-cu ildə Madrid yaxınlarında Manzanares sahilində “Quinta del Sordo”, yəni “Karın evi” adlı bir ev aldı. Iki mərtəbəli evin adı əvvəlki ev sahibinin kar olmasından irəli gəlirdi. Bu ad, həmçinin, 1792-ci ildə keçirdiyi xəstəliyə görə kar olan Qoyyaya da uyğun gəlirdi. Rəssam 1819-cu ildən Bordoya getdiyi 1823-cü ilə qədər evin divarlarına yağlı boya ilə 14 rəsmdən ibarət bir sıra əsərlər çəkmişdir. 73 yaşındakı Qoyya iki ciddi həyati xəstəlik keçirdiyinə görə öz ölümünə diqqətini yönəltmişdi və eyni zamanda, Ispaniyadakı daxili münaqişələrə görə olduqca bədbin idi. Əvvəllər evin divarlarına daha əyləncəli rəsmlər çəksə də, sonradan bunların üstünə daha depressiv və bu gün “Qara rəsmlər” adlanan rəsmləri çəkmişdir. Bu rəsmlərin heç birinə Qoyya tərəfindən ad verilməmişdir.
Davamı →

Bürünc əl

İtalyan heykəltəraş Giuseppe Penone, təbiətə və insan əlaqələrinə yönəlmiş sənət əsərləri ilə tanınır. Ağaclar Panonenin işlərinin əksəriyyətində aparıcı rol oynayır. Bu əsərlərin ən məşhurlarından biri sənətçinin 1968-ci ildə düzəltdiyi «Bürünc əl» heykəlləridir.

Giuseppe Penone bürünc əli illər əvvəl Dallasdakı Nasher Heykəl Mərkəzində yeni əkilən ağacın üzərinə yerləşdirir. Zamanla ağac böyüdükcə və gövdəsi qalınlaşdıqca, heykəldə yeni bir görünümə bürünür. Sənətçinin yerləşdirdiyi əlin bürünc nüsxəsi olan bu bürünc əl, ağacın gövdəsini normaldan fərqli şəkildə dəyişirmiş kimi görünür. Heykələ “Continuerà a crescere tranne che in quel punto” yəni "Bu hissənin xaricində böyüməyə davam edəcək" adının verilmiş olması əsəri daha mənalı edir.
Davamı →

Cekson Pollok

C. Pollok (1912-1956) – amerikan rəssamı, abstrakt ekspressionizmin görkəmli nümayəndəsi. Pollok özünəməxsus rəssamlıq texnikası yaratması ilə məhşurdur, bu texnikaya çox vaxt “damcı üslubu” deyilir, ancaq rəssam özü onu “axan texnika” adlandırırdı.

“Mənim boyakarlığımın molbert ilə heç bir əlaqəsi yoxdur. Mən heç bilmirəm axırıncı dəfə kətanı çərçivəyə nə vaxt salmışam. Mən kətanı divara ya döşəməyə bərkitməyi üstün tuturam. Bərk səthin müqavimətini hiss etməliyəm. Döşəmədə ən asanıdır.
Davamı →

Pikasso qadınları niyə əyri çəkirdi?

Miqren, katarakta və şizofreniya sadəcə günümüzün problemi deyil. Bir çoxunun iş-gücünü, gündəlik həyat tərzini ciddi şəkildə ləngidən bu xəstəliklər dahilərin öz əsərlərini yaratmalarını əngəlləyə bilmədi.

Pablo Pikasso miqrendən, Klad Mone ilə Van Qoq kataraktadan, Luis Vein şizofreniyadan əziyyət çəkib. Əsərləri bu gün milyonlarla ölçülən bu dahiləri adi insanlardan ayıran sadəcə istedadları idimi? Tablolarında xəstəliklərinin təsiri var idimi? İddialara görə Van Qoqun sarısı, kölgəli işıqları, Pikassonun üzü parçalanmış tabloları əslində xəstəliklərinin təsirindən qaynaqlanır.

Göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyinə katarakta deyilir. Bütün dünyada ən çox rast gəlinən, görmə qabiliyyətinin itirilməsinə səbəb olan bu xəstəliyin qarşısı müalicəylə alına bilər.
Davamı →

Mirvari sırğalı qız | Yan Vermeer

Mirvari sırğalı qız” Yan Vermeerin şah əsəri hesab olunur. Rəsmin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Sözügedən əsəri bəzən «Qərb Mona Lozası» və ya «Holland Mona Lizası» da adlandırırlar

Veermerin əsərləri haqda geniş məlumat demək olar ki, yoxdur. Bu əsər də istisna deyil. Rəsm əsəri «4Meer» şəklində imzalanıb, amma tarix qeyd edilməyib. Rəsmin 1994-ci ildəki sonuncu bərpasından sonra şəklin incə rəngli kombinasiyası və qızın tamaşaçıya baxışının yaxınlığı daha çox artıb. 

Veermerin nadir əsərlərinin xaricə satılmasının qarşısını almağa çalışan Viktor de Stuersin məsləhətilə Dos Tombe 1887-ci ildə tablonu Haaqada keçirilən sərgidə satın alıb, amma varisi olmadığından bu əsərlə birgə başqa tabloları da 1902-ci ildə Mauritshuisa bağışlayıb. Əsər XX əsrin sonlarına doğru məşhurlaşmağa başlayıb. 
Davamı →

Caritas Romana

Caritas Romana – Qədim Roma əfsanəsidir. Latıncadan tərcümədə “Roma mərhəməti” adlanır. Bir digər adı isə “Simon və Pero”dur.

Maksim Valeri öz məqaləsində (“Ata-anaya pərəstiş”) Simon adlı insandan bəhs edir. Qoca Simona ac qalmaqla ölmək hökmü oxunub. Zindan gözətçisi onun qızı Peronun atasını ziyarət etməyinə icazə verir. Qız da gözətçidən yayınaraq öz döşündən atasına süd verir. Tezliklə qızın bu əməlinin üstü açılır. Amma hadisə hakimləri hiddətləndirmək yerinə onları təsirləndirir və qocanın azad edilməsi haqqında qərar verirlər.

Bu əfsanə Romada qızların atasına hörməti və sayğısına bir nümunə kimi hörmətlə xatırlanırdı. İlahə Pietanın məbədində isə bu səhnəni təsvir edən freska var idi. Bu əfsanədə həmçinin Yunanın Herkulesi əmizdirməsi adlı etrusk mifi ilə paralellər də var.
Davamı →

Unikal rəssam Rəşad Mehdiyev

Rəşad Mehdiyev — insanların obrazını qeyri-adi formada çəkən rəssamdır. Fırça ustasının obrazlara, palitranın orijinallığına və müxtəlif janrların yaradıcı sintezinə özünəməxsus yanaşması var.

Rəşad Mehdiyev Azərbaycanın xalq rəssamı Rafiq Mehdiyevin ailəsində anadan olub. Rəssamlıq Akademiyasında baş müəllim olaraq pedaqoji fəaliyyət göstərir, Rəssamlıq Akademiyasının Fəxri Akademiki, Rəssamlar İttifaqının üzvüdür.

Rəşad Mehdiyevin rəsm əsərləri dünyanın bir çox ölkələrində nümayiş etdirilib. Rəssamın əsərləri təkcə məşhurların şəxsi kolleksiyalarında deyil, həmçinin Avropa və Asiyanın bir sıra muzeylərində da saxlanılır. 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatında fərdi sərgisi keçirilib.
Davamı →

Məhbusların gəzintisi | Van Qoq

Dünya rəngkarlıq sənətinin daim yaşar əfsanəsi Vinsent Van Qoqa aid «Məhbusların gəzintisi» rəsm əsəri.

Rəsm əsəri Van Qoq tərəfindən 1890-çı ilin fevralında Qüstav Dorenin «Dustaqxana» qravürası əsassında çəkilmişdir. Hal hazırda Moskvada Puşkin muzeyində saxlanılır.

Rəsm əsərində məhkum olunmuş dustaqların balaça və dar türmə həyətində zənçirvari hərəkəti təsvir edilib. Rəsm göy-yaşıl qammada yaradılıb.

Məhbusların gəzintisi rəssamın ideyasına görə bağlı dairə olan həyatı simvolizə edir. Ön plandaki mərkəzi fiqur simaları yalnız bir rənglə çəkilmiş digər məhbuslardan fərqli olaraq daha individuallaşdırılmışdır. Bu personajda Van Qoqun öz əlamətləri sezilir.
Davamı →