Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

Sirli şam yeməyi | Salvador Dali


Salvador Dali “Sirli şam yeməyi” 1955, kətan, yağlı boya, 167×268 sm, Milli incəsənət qalereyası, Vaşinqton, ABŞ.

Dali klassik bibliya sujetinə əsaslanan bu rəsm əsərini üç aya tamamlamışdır. Dalinin interpretasiyasında Sirli şam yeməyi əsərini bir çox incəsənət tənqidçiləri tamamilə rədd etsələr də, digərləri rəssamın bu əsərini onun bibliya mövzusunda ən yaxşı əsərlərindən biri sayırlar.

Rəsm əsəri matematikanın prinsipləri əsasında çəkilmişdir. Dali intibah dövrü elminin nailiyyətlərindən və Leonardo Da Vincinin yaradıçılığından bəhrələnərək bu rəsm əsərini yaratmışdır. Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək. Bu yeməkdə İsa Məsih Rəbbin Sürfəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin “sirli” və ya “gizli” şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər.
Davamı →

Milyonluq rəsmlər

Müasir incəsənət bir çoxlarına müəmmalı və anlaşılmaz görünsə də, varlı kolleksionerlər tapılır ki, onlar bu bahalı sənət nümunələrinə milyonlar ödəyirlər. Kolleksionerlərin bu jesti nəinki adi camaatı, müəlliflərin özünü də heyrətə salır. 

1. Luço Fontan – 1 500 000 dollar.
 

Ardı →

Angel Boliqan dünyası

İncəsənət güclü ideya və mesajları ifadə etmək üçün bir vasitədir və Kubalı karikaturaçı Angel Boliqanın siyasi və ictimai karikaturaları təsirli və tənqidi incəsənətin necə olduğuna dair çox gözəl nümunədir. Onun geniş karikatura kolleksiyası müasir siyasət və cəmiyyətlə bağlı istehzalı şərhlərə malikdir.

Hər bir karikaturanın dərin və güclü mənası vardır. Qeyd etməliyik ki, Boliqan bu işinə görə 130-dan çox beynəlxalq mükafat almışdır.  Ola bilsin ki, onun karikaturalarında ən təsirli şey mövzunun nə qədər fərqli olmasınsa baxmayaraq, həmişə güclü istehzanın hiss olunmasıdır. O, tez-tez istehlakçı hüquqları, korrupsiya və riakarlıq mövzularına müraciət etsə də, ənənəvi olaraq, rəssamların toxunduğu ictimai-siyasi mövzular və tənhalıq, şöhrətpərəstlik və ümidsizlik kimi sosial və emosional problemləri də təsvir etmək onun üçün çətin deyil.

Biz məsləhət görərdik ki, siz bir qədər vaxt ayırıb bu karikaturalara baxasınız, çünki onlar, şübhəsiz, sizi düşünməyə vadar edəcəklər.


Ardı →

Fikrət Mualla

Fikrət Mualla(1903-1967)
Fikret MuallaAyıb bir şey – mən bu dünyada, iyirminci yüzildə belə bir rəssamın yaşayıb-yaratdığı haqqında yalnız iki il bundan öncə xəbər tutdum. Onun tablolarına baxıb heyrətə gəldim. Həyatı ilə maraqlandım. Öyrəndiklərimi bu gün sizinlə bölüşmək istəyirəm.

1932-ci ildə İstanbulda “Şillerin həyatı və yaradıcılığı” adlı bir kitab nəşr olunur. Kitabın müəllifi – Fikrət Mualla.
Ədəbiyyata böyük maraq göstərən rəssam bircə kitabla yetinməyərək az sonra daha iki kitab nəşr etdirir. Onun həmin dönəmdə 30 yaşı vardı.

Fikrət Mualla İstanbulda doğulub. Bir çox valideyinlərdən fərqli olaraq onun ata-anası qız uşağı arzulayır və gözləyirdilər. Hətta ona ad da fikirləşib tapmışdılar – Mualla. Ancaq onların gözləntilərinin əksinə oğlan uşağı doğulunca Muallanın qabağına bir Fikrət də əlavə etməli olurlar.
Ardı →

Rəssam olmayan məşhurların əsərləri

Son zamanlar rəssamların özü yox, şou- biznes adamları, dövlət xadimləri yaratdıqları rəsm əsərləri ilə daha çox tanınmağa başlayır. Yaradılan əsərlər arasında böyük maraq doğuranları çoxdur. Misal üçün, Pol Makkartninin rəsm sərgilərinə çoxlu insanlar gəlir; Silvestr Stallonenin bir rəsmi tam 40.000 dollara, Vladimir Putinin isə bir rəsm əsəri 37 mln. rubl qiymətlərinə satılmışdı. 
Ardı →

Klod Monenin çiçəkləri

«Rəsmlərimdən, çiçəklərimdən başqa heç nə məni maraqlandırmır» deyən Klod Mone deyilənlərə görə, ətrafındakılara qarşı çox biganə adam olub. Bəzən xəbər-ətərsiz yoxa çıxan, sevgililərini, arvadını, uşaqlarını görməzdən gələn bir adam olsa da, söhbət rəssamlığa gələndə o, özünə qarşı çox tələbkar olub.
Hətta məşhurluğunun zirvəsində olduğu vaxtlarda belə, «bu nədir, bu necə rəsmdir?» deyib üstünə şığıyan tənqidçilərə «haqlıdırlar, rəsmlərim bir qəpiyə dəyməz» deyə cavab vermişdi. 78 yaşına qədər davamlı əsəb böhranları keçirən rəssam bir çox əsərlərini parçalayıb məhv eləmişdi. Gördüyü işlərdən heç vaxt razı qalmadığı üçün həyatının sonuna qədər ətrafındakı insanlara buna görə nə qədər böyük əzab-əziyyətlər çəkdiyi barədə şikayətlər etmişdi. 
Ardı →

Renuarın ecazkar dünyası

«Zövqümüz və məqsədimiz yoxdursa, yaşamağın mənası da yoxdu»
Emalatxanasında farfor boşqab rəngləyən Renuar (1841-1919) bu sahədə istedadının olduğunu görüb, axşamlar rəssamlıq dərsləri öyrənmək üçün rəssamlıq məktəbinə getməyə başlamışdı. Həyatı məhrumiyyətlər içində keçirdi, bu azmış kimi 1850-ci illərdə maşınların əl əməyinin yerini tutmasından sonra işsiz qalmışdı.

Amma onun rəssamlıqla məşğul olmaq arzusu qarşısındakı bütün səddlərdən, çətinliklərdən daha böyük idi. Yaşamaq və sevdiyi peşəylə məşğul olmaq üçün pul qazanmaq lazımıydı, bunun üçün o, böyük məharətlə 18-ci əsrə aid rəsm əsərlərinin surətlərini, təqlidlərini çəkməyə başladı.


Ardı →

Domeniko Girlandayo

Tam adı: Tommaso Bigordi Domeniko
Doğulduğu tarix: 1449-ci il
Doğulduğu yer: Florensiya, İtaliya                                                             
Ölüm tarixi: 11 Yanvar 1494-ci il
Öldüyü yer: Florensiya, İtaliya
Ölümün səbəbi: təyin olunmamış
Cinsi: Kişi
Din: Katolik
İrq  və ya Etnik mənsubolma: Ağ
Məşğuliyyəti: Rəssam
Milliyyəti: İtaliyan
Ardı →