Zəhərlənmələr- ilk yardım

Hər hansı bir kimyəvi ,üzvi və fiziki maddə orqanızmə daxil olduqdan sonra yerli və ümumi zədələnmə meydana gətirirsə, ölümə səbəb olursa bu maddə zəhər ,proses isə zəhərlənmə adlanır.

Əlamətlər: Yerli — Sancılan, dişlənən, zəhərin təmas etdildiyi yerdə qızartı, şiş, ağrı,qaşınma meydana gəlir.Ümumi — Bədən hərarəti yüksəlir,bütün bədəndə qızartı,qaşıntı əmələ gəlməsi, tənəffüsün  cətinləşməsi,nəbzin sürətli və səthi olması,baş ağrısı,qulalarda cingilti,halsızlıq, özündəngetmə,şüurun itməsi,şok və  ölüm.

Zəhər bədənə qəsdən  və qəza ilə daxil ola bilər. Zəhərin daxil olmasının 4 yolu var: Həzm, tənəffüs,dəri və qan yolu.

HƏZM  YOLU  ZƏHƏRLƏNMƏLƏRİ

Ağız yolu ilə alınan  hər cür zəhərli təsiri olan maddələrlə meydana gəlir — boyat yeməklər,dərmanlar, alkoqollu içkilər, korroziv yandırıcı maddələr və ya allergik reaksiya törədən maddələr.

İlk yardım

Əgər zəhərin daxil olmasından hələ 30 dəqiqə keçməyibsə qusdurulur.Qusdurmaq üçün yardım edən öz barmağı ilə dil kökünün qıcıqlandıraraq zəhərlənəni qusdurur.İlıq su içirərək də ( özü içməlidir) qusdurmaq olar.

DİQQƏT !  Turşu və ya qələvi ( korroziv maddə ), neft tərkibli maye içibsə  və huşu aydın deyılsə  qusdurulmaz !

Qusdurduqdan sonra və qusdurlmayacaq hallarda soyuq və ya ilıq su içirilir.Xəstəxanaya  aparılır. Xüsusilə korroziv maddə içən insanları xüsusilə xəstəxanaya çatdırmaq vacibdir.

Nə  edəcəyinizi bilmədiyiniz hallarda  təcili yardıma müraciət edin.Zəng vurmadan öncə bu bilikləri toplayın: Zəhərlənmə nə ilə meydana gəldi? Zəhərləyici maddənin qutusu və ya anatasiyasını yanınızda saxlayın.Qutuda, şüşədə hansı miqdarda maddə qalıb,əvvəl nə qədər idi, ətrafa saçılmışmı? Zəhərli maddə nə zaman qəbul olunub, hazırda xəstənin halı necədir?

QİDA   ZƏHƏRLƏNMƏLƏRİ

Bakteriya və onların toksinləri  ilə törənən zəhərlənmələridir.Mədə bulantısı, qusma ,kramp şəklində qarın ağrısı  və ishal ilə müşahidə olunur.

Salmonella

Bakteriya ilə kontaminasiya olunmuş ət, süd, yumutra ilə zəhərlənmə  baş verirYedikdən 12-24 saat sonra mədə bulanması, qusma, qarın agrısı,ishal kımı əlamətlər üzə çıxır.

2-3 günə öz-özünə keçir.Antibiotik verilmir.

İlk yardım

İshal və qusma səbəbindən dehidratasiya əmələ gəldiyindən çoxlu  maye qəbul  edlməlidir.

Stafilakokk

Tez-tez rast gəlinən   qida zəhərlənməsidir.Karbohidratlı, südlü,şəkərli qidalarla ( dondurma, mayonez və s. ) meydana gələn zəhərlənmələrdir, yedikdən 2-6 saat sonra mədə bulantısı, qusma şəklində özünü göstərir.

4-6 saat ərzində keçib gedir

Belə halların yaşanmaması üçün südlü şirniyatların və qaynadılmadan bişirilən yeməklər hazırlandıqdan sonra uzun müddət saxlanmamalıdır.

Clostridium perfringens

Hazırlanan yeməklərin uzun müddət otaq temperaturunda saxlanması ,və kifaəyət qədər soyuqda saxlanmaması nəticəsində, bu bakteriyalar artıb çoxalır, və ya  bakteriyaların yoluxduğu balıqların yeyilməsi zamanı  zəhərlənmə baş verir.Yedıkdən 8-10 saat sonra mədə bulantısı qarında kramplar şəklində ağrı, ishal ilə təzahür edir.

24 saat ərzində keçib gedir.

İlk yardım

Dehidtasiya baş verməməsi üçün bol maye içirdilir,duz və elektrik itkisini aradan qaldırmaq üçün bir stəkan suya duz və soda qarışdıraraq içirilir.Duzlu ayran, meyvə suyu, mineral su içmək olar.Su daha yaxşıdır.

Yaxşı yuyulmamış, yemək qalıqları qalmış qablar zəhərlənmə mənbəyidir !

Clostridium Botilinium

Yaxşı konservləşdirilməmiş qidalardan törənən  ən təhlükəli və hətta ölümcül zəhərlənmələrdir.Yedikdən 24 saat sonra  əlamətlər görülür.İshal olmur, qəbizlik ola bilər.Şiddətli halsızlıq,gücün itməsi, ölüm baş verə bilir.

Əlamətlər: Ağız və boğaz quru və ağrlı olur.Gozlərin foksu pozulur, iki görmə,bulanıq görmə ola bilir. Halsızlıq, udma, və danıışmada çətinlik, gücsüzlük,gözlərin  hərəkətinin məhdudlaşması,  göz bəbəklərinin genışlənməsi, tənəffüs əzələlərinin  sinir tənziminin pozulması, tənəffüsün və nitqin çətinləşməsi,başın ön hissəsində ağrılar.

İlk yardım

ABC kontrol edilir, davamlılığı təmin edilir.İmkan varsa oksigen verilir.Süni tənəffüs verilə bilər.Təcili xəstxanaya çatdırılmalıdır, antitoksin vurulmalıdır.


TƏNƏFFÜS  YOLU   ZƏHƏRLƏNMƏLƏRİ

Dəm qazı,duman və digərzəhərli qazlarla nəfəs alma nəticəsində görülür.

Əlamətlər: Baş ağrısı, başgicəllənmə, qulaqlarda cingilti, özündəngetmə,mədə bulanması, qusma, dəri rənginin dəyişməsi.

İlk yardım

Qaz mənbəyi bağlanır, hava dəyişilir,xəstə təmiz havaya çıxarılır.

Üzünə su vurulur,qolları açıb- bağlamaqla hərəkət etdirilir, ehtiyac varsa süni tənəffüs və ürək masaj edilir.Xəstəxanaya çatdırılmalıdır.


DƏRİ   YOLU   İLƏ   ZƏHƏRLƏNMƏ

Kremlər, tozlar, mayelər ilə təmas nəticəsində, dişləmə, sancma, ınyeksiya ilə meydana gəlir. Zəhərin təsir   səviyyəsinə görə yerlı və ümumi əlamətlər  müşahidə olunur .

İlk  yardım

Maddə  krem və ya toz şəklindədirsə  bol su ilə yuyulur,yara varsa steril tənziflə örtülür.Yerlı əlamətlər getdikcə atrır, ümumi əlamətlər meydana çıxmağa başlayıbsa tez bir zamanda xəstəxanaya çatdırılmalıdır.Allergik şoka qarşı tədbir görülməlidir.


İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş məqalə ilkin müdaxiləyə kömək məqsədi daşıyır.

Mənbə: pozitiv.az

 

0 şərh