Рейтинг
+23.58

Tibbi patologiya

20 üzv, 58 topik

Daun sindromu

Normal halda insanların bədən hüceyrələrinin hər birində 46, cinsi hüceyrələrində isə 23 xromosom olur. Cinsi hüceyrələr birləşərkən yeni orqanizmin 46 sayda olmaqla xromosom dəstini əmələ gətirirlər.Bəzi hallarda yeni orqanizmin xromosom dəstinin sayında dəyişiklik (normal saya nisbətən azalma, artma, xromosomların fraqmentlərinin itirilməsi və s.) baş verir. Statistik məlumatlara əsasən xromosom saylarının anomaliyası olan belə ruşeyimlərin 60%-i doğuşa qədər məhv olurlar. Belə xromosom dəsti ilə doğulanlarda isə əksər hallarda müxtəlif inkişaf qüsurları, zehni zəiflik və s. çatışmazlıqlar təsadüf edilir.


Ardı →

Terner sindromu

Yəqin ki, hamınız cinsiyyətsiz — neytral insanların varlığı haqqında eşitmisiniz. Belə insanlar X xromosomunun çatışmazlığı və ya zəifliyi nəticəsində dünyaya göz açır. Söhbət X xromosomundan getdiyi üçün, bu xəstəlik qızların xəstəliyidir. Dünyada hər 2500-3000 qızdan biri bu xəstəliyin daşıyıcısıdır.
Ardı →

Botulizm xəstəliyi

Ev şəraitində hazırlanan və çox sevilən müxtəlif turşular, mürəbbələr və kompotlar bəzən ağır zəhərlənmələrə səbəb olurlar. Bəzən isə bu məhsulların qəbul edilməsi insanın həyatına son qoya bilər. 
Bu xüsusən botulizm xəstəliyinə aiddir. 
Botulizmi törədən bakteriya Clostridium botulinumadlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar   tərəfindən «hazırlanan» toksin — botulotoksin — dünyada ən güclü bioloji zəhərlərdən sayılır.

Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Oradan bu bakteriyalar tərəvəzlərə, meyvələrə, suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər kifayyət qədər yaxşı təmizlənmir və yuyulmur, düzgün sterilizasiya olunmur və daha sonra isə uyğun olmayan şəraitdə saxlanılırsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər.


Ardı →

Amneziya

Hafizə pozuntularının bütün formaları amneziya adlanır.

Məsələn, siz axtardığınız əşyanı hara qoyduğunuzu tapa bilmirsinizsə deməli bu fiksasion amneziyadır.

Hər hansı bir hadisədən sonra (travma, sərxoşolma) məlumatlar unudularsa buna anteroqrad amneziya deyilir.

Amneziyaların geniş yayılmış formalarından biri də retroqrad amneziyadır – keçmişə aid olan hadisələrin və ya məlumatların unudulması....


Davamı →

Artroz (osteoartroz)

Artroz zamanı qığırdaq toxuması müxtəlif səbəblər üzündən zədələnir, quruyur, səthi kələ-kötür və çat-çat olur.

Normada oynaqdakı sümüklər arasında “yumşaq” sürüşmə olduğu halda, anormal sürtünmə baş verir – sümüklərin hərəkəti zamanı oynaq səthləri bir-birinə “ilişir”.Bu proses davam etdikcə qığırdaq toxuması get-gedə nazilərək “silinir”. Nəticədə qığırdaq toxuması öz amortizasiya xüsusiyyətini itirir və onun altında yerləşən sümük toxumasına olan təzyiqi yumşaltmaq funksiyasını icra etmir. Nazikləşmiş qığırdaq toxuması altında olan sümük toxumasına olan təzyiqin artması nəticəsində sümük toxuması tədricən əzilir, sıxılır və deformasiyaya uğrayır. Artroz əksər hallarda diz, bud-çanaq, ayaqların baş barmaqları və əl barmaqları oynaqlarını zədələyir.


Ardı →

İtdirsəyi və xalyazion

İtdirsəyi – göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli “başcıq” əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır.


Ardı →

Tibbdə inqilab edən dahilər

İnsanlar mövcudluqlarının bütün mərhələlərində xəstəliklərə məruz qalıblar.
Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib: Xəstəliklər bəşər tarixində rol oynamağa başladığı vaxtdan etibarən insanların bəziləri müxtəlif yollarla özünü müdafiə etmək üçün fəqli üsullar axtarmağa çalışıblar. Həkim adlandırdığımız bu şəxslər hələ tarixin qədim mərhələrindən etibarən formalaşmaqdadır. Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Modern.az tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib:
Davamı →

Zoba işarə edən 6 gizli simptom

Qalxanvari vəzi xəstəlikləri (el arasında — «zob») bir çox hallarda gizli inkişaf edərək ağır ürək xəstəlikləri, hamilə qadınlarda uşaqsalma, komaya səbəb ola bilər. Azərbaycanda «zob» ən yayılmış xəstəliklərdən biridir.

1. Səbəbsiz arıqlama və ya əksinə çəkinin artması
Qalxanvari vəzinin funksiyası artdıqda o, daha çox hormonları ifraz edir ki, bu zaman insan çox yesə də arıqlamağa başlayır. Əksinə isə qalxanvari vəzinin funksiyasında ləngimə olduqda hormonların ifrazı azalır və insan hətta ən ciddi pəhriz saxlasa belə arıqlamır, əksinə onun çəkisi arta bilər.
Davamı →

Dırnaq batması

Dırnağın dərinin içərisinə doğru batması və ya dərinin dırnağın üstünü örtəcək qədər boyüməsi dırnaq batması adlanır. Buna səbəb dırnaqların düzgün tutulmaması, sıx ayaqqabılar və ya dırnaqların anormal şəkildə olmasıdır.

Dırnaq batması zamanı dərinin üstü qızarır, şişkinləşmiş olur və ağrıyır. Adətən dırnaq batması ayağın baş barmağında olur. Bu bütün yaş qrupu adamlarda rast gəlinən xəstəlikdir.
Davamı →

Kuşinq sindromu

Kuşinq sindromu böyrəküstü vəzdən sintezlənən kortizol hormonunun normadan artıq ifraz olunması və ya insanın bu hormonu (tablet, krem, iynə) şəklində qəbul etməsi nəticəsində meydana gələn ciddi xəstəlikdir.

Qadınlar arasında daha sıx görülür. Həm hipofiz vəzdə özündən ACTH ifraz edən şişlər (Kuşinq xəstəliyi), həm də böyrəküstü vəzdən özündən kortizol ifraz edən şişlər kortizol yüksəkliyinə səbəb ola bilirlər.
Davamı →