Рейтинг
+12.07

Pediatriya

18 üzv, 83 topik

Övladınıza üzməyi öyrədin

Havalar isti keçir. Nə etmək lazımdır? Təbii ki, üzmək. Əgər dənizə gedə bilmirsinizsə pis olmayın, çünki şəhərdəki üzmə hovuzlarından yararlana bilərsiniz. Üzmək həm sizin, həm də uşağınız üçün mükəmməl bir fəaliyyətdir. Balaca yaşından düzgün şəkildə üzməyi öyrənməsi uşaqların sudan qorxmalarının qarşısını alır və asan şəkildə bu fəaliyyəti öyrənmələrinə şərait yaradır.

Araşdırmalara görə, kiçik yaşlarından uşağı üzməyə öyrəşdirmək onun həm fiziki, həm də mənəvi inkişafına təsir göstərir.
Davamı →

Uşaqlarda ürək xəstəliyinin 6 əlaməti

Anadangəlmə ürək xəstəliyi dünyaya gələn hər min uşaqdan 5-8-ində rast gəlinir. Xəstəlik bəzən valideynlərin fərqinə vara biləcəyi əlamət göstərmir. Pediatr müayinə etdiyi zaman ürək xəstəliyinin olduğundan şübhələnərsə uşaq kardioloquna yönləndirir. Mütəxəssislər uşaqlarda rast gəlinən ürək xəstəliklərinin əlamətlərini sadalayır:

— Göyərmə — Böyümə və inkişaf geriliyi
— Döş qəfəsində ağrılar
— Özündəngetmə
— Gərginlik zamanı və ya sakit vəziyyətdə təngnəfəslik
— Çox tərləmə, tez yorulma.
Davamı →

Uşağı yelləməyin!

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı?
Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

Uşaqları yelləmək nələrə səbəb olur?
Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur. Nevroloq Aynur Zeynalova deyir ki, körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmaq olmaz. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem — vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye — labirint mayesi olur.
Davamı →

Körpələrdə diş çıxartmada gecikmələr

Körpələrin ilk dişləri təxminən yeddi aylıqlarında görünməyə başlayır. Adətən diş çıxarma əlamətləri dişlərdən iki-üç ay əvvəl özünü büruzə verir. Bu simptomlar hər uşaqda müxtəlif formalarda özünü göstərir. Adətən diş çıxaran bir körpədə ağız suyunun axması, tüpürcəyin mütəmadi olması səbəbindən meydana çıxan çənə və ya üz nahiyyəsində qızartılar, dəridə qurumalar, yüngül öskürək, dişləməyə meyilliliyin artması, ağrı, yeməkdən imtina etmək, ishal, hərarətin artması, yuxu pozuntuları, qulaq çəkişdirmə, yanaq qaşıma kimi əlamətlər meydana çıxa bilər.

Lakin bəzən ilk dişin çıxmasına təxminən üçüncü ayda, bəzən isə on iki və daha sonrakı aylarında rast gəlmək mümkündür. Dişlərin çıxması vaxtı adətən irsi xarakter daşıyır. Yəni, erkən diş çıxarmış valideynlərin körpələrində də bu halın təkrarlanması normaldır. Lakin bunun başqa səbəbi də ola bilər.
Davamı →

Uşaqlara çörək yedirtməyin!

“Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır. Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq. Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar.

1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir: “Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”...

Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə “canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: “Çörəklə ye ki, doyasan”.
Davamı →

Sünnət üçün ən uyğun yaş

Bəzi valideynlər elə düşünür ki, sünnət çox asan bir əməliyyatdır. Amma reallıq göstərir ki, sünnət ölüm kimi ağır fəsadlarla nəticələnə bilər.

Bəs əslində sünnət neçə yaşda olmalıdır və valideynlər nəyə diqqət etməlidir? Kimi uşaq elə doğulan kimi, kimi isə 10 yaşından sonra sünnət elətdirir. Xüsusi ilə bölgələrdə həkim vəya valideynlərin laqeydliyi bəzi sünnət toylarını yasa çevrir.

Hələ də evdə köhnə üsullarla «ara həkimlərini» üstün tutanlar az deyil. Bunu isə valideynlər müxtəlif səbəblərlə izah edirlər. Həkimlər isə sünnət əməliyyatı uşaq müayinə edilməmiş və müvafiq şərait olmayan bir vəziyyətdə, icra edilməsinin fəsadlarının hər zaman ola biləcəyini deyirlər.
Davamı →

Qırxlı uşağın üstünə getməzlər

Nəsib Quliyev: “Bu gün uşaqların qayğısına qalmaq, onların üstündə əsməyin birinci şərti təbii şəraitdə böyümələrinin təmin olunmasıdır”

Tikilən binanın möhkəm olması üçün birinci vacib faktor bünövrənin yaxşı olmasıdır. Çünki dayaq möhkəm olanda, külək-boran ona çox da təsir edə bilmir. İnsan orqanizmini də bir binaya bənzətsək, sağlamlığın qeydinə uşaq vaxtından qalınmalıdır. Uşağın sağlamlığının diqqətdə saxlanması isə valideynlərdən asılı olur. Son vaxtlar isə illər öncə ilə müqayisədə uşaqların tez-tez xəstələndiyini görürük. Uşaqların sağlamlığı ilə bağlı məsələ ətrafında K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyevlə söhbətləşdik.
Davamı →

Alaliya

Alaliya (“a”- yunanca inkar ədatı, “laliya” isə nitq deməkdir) normal eşitmə qabiliyyəti olduğu halda, uşaqlarda nitqin olmaması və inkişafdan qalması deməkdir. Alaliyaya səbəb bətndaxili, yaxud bir yaşına qədər, yəni uşaqda nitqin yaranmasından əvvəl alınan beyin zədəsi və ya keçirilən xəstəlik nəticəsində beynin nitq mərkəzlərinin zədələnməsi və ya onların struktur inkişafının pozulması olur.

Bundan başqa, alaliya ağır raxit, nəfəs sisteminin ağır xəstəliklərinə düçar olmuş və ya həyatının ilk aylarında yuxu və qidası pozulmuş uşaqlarda yarana bilər. Alaliya zamanı beynin lokal sahəsi zədələndiyi üçün ekspressiv nitq inkişafdan qalır, yəni aktiv lüğətin mənimsənilməsi, dilin qrammatik quruluş itir. Eyni zamanda nitqin anlama səviyyəsi aşağı düşür, yəni impressiv nitq inkişafdan qalır.
Davamı →

Uşaqda immunitetin zəifləməsinin əlamətləri və səbəbləri

Bəzi uşaqlar az-az hallarda xəstələnir və xəstələndikdən sonra da sağlamlıqlarını tez bir zamanda bərpa edirlər. Digərləri isə asanlıqla bir xəstəlikdən digərinə “keçir” və bunun sonu görünmür.

Bunun səbəbi isə uşaq immunitetinin vəziyyətindən asılıdır. Doğulduğu ilk günlərdən uşağın immunitetinin qayğısına qalmaq valideynlərin əsas vəzifələrindən biridir. Uşağın həyatının nə qədər sağlam və tam dəyərli şəkildə keçməsi bir çox hallarda məhz onun immunitetinin vəziyyətindən asılı olur.

Kiçik yaşlı uşaqlarda immunitetin zəifləməsinin əlamətləri bunlardır:

— Uşaq soyuqdəymə və infeksion xəstəliklərə (KRVX — kəskin respirator virus xəstəliyi, qrip) il ərzində 5 dəfədən artıq tutulur.

— Bu xəstəliklərin uşaqda hərarətin qalxmadan keçməsi mənfi əlamətdir. Bu, immun sisteminin fəaliyyətində ciddi pozulmaların olmasını sübut edir. Bu halda immun sistemi o qədər zəifləmiş olur ki, bakteriya və viruslara qarşı ciddi şəkildə müqavimət göstərə bilmir.


Ardı →

Peyvənd

peyvəndErkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.

Peyvəndin mənfi təsirləri təhlükəlidirmi?
Peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq meydana gətirir. Nadir hallarda rast gəlinən bu təsirlər narahatlığa səbəb olsa da, peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan qoruyur. Allergiyaya meyilli uşağa peyvənd olmaz.

Peyvənd erkən aparılmalıdır.
Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır.
Peyvəndsiz keçinmək yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan uşaqların dəhşətli xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin möhkəm olmasından asılıdır. 

Həmçinin bax:
-Uşaqlara peyvənd vurduraqmı? I 
-Uşaqlara peyvənd vurduraqmı? II


Davamı →