Рейтинг
+12.07

Pediatriya

18 üzv, 83 topik

Körpənin məməsinə toxunmayın

Yenidoğulan körpələrin məmələrində erkən zamanlarda şişlik və sərtlik görülə bilər. Hətta bəzən körpənin məmələrindən süd belə gələ bilər. Bu vəziyyət körpənin cinsiyyətindən asılı olmadan meydana gələr. Körpənin qız və ya oğlan olmasıyla bu problemin bir əlaqəsi yoxdur. Hər iki cinstə də eyni sıxlıqda görüləbilən haldır.

Bu vəziyyət anadan keçən hormonların təsirilə yaranır. Körpə böyüdükcə anadan balasına ötürülən bu hormonlar körpənin orqanizmindən atılır, məmələrdəki sərtlik və şişkinlik də öz özündən keçər. Ancaq bu zamanda kiçik bir ehtimal da olsa başqa bir patoloji halın olmasın deyə pediatr tərəfindən dəyərləndirib ehtiyac olarsa ultrasəs ilə məmələrin kontrolü uyğun olacaqdır.
Davamı →

Körpələrə topuq testi

Orqanizmdə daxili sekrasiya vəzi kimi fəaliyyət göstərən qalxanabənzər vəz hormonunun çatışmazlığı hipotiroid adlandırılır.

Yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən endokrinoloji problemlərdəndir. Pediatr Altay Abdullaoğlunun sözlərinə görə, tiroid hormonu bətndaxili dövrdə və 2 yaşına kimi böyümə və əqli inkişafı təmin edən hormondur:

«Buna görə də erkən qoyulmuş diaqnoz və müalicə əqli geriliyin qarşısını ala bilər. Gec müalicə edilərsə, əqli inkişaf geriliyi qalıcı olur. Bu baxımdan erkən diaqnoz çox önəmlidir. Bunun üçün bir çox ölkələrdə yeni doğulmuş körpələrdən „topuq testi“ adlandırılan metodla qan alınaraq erkən diaqnoz qoyula bilir».
Davamı →

Əmgəyin funksiyası nədir?

Yeni doğulan uşaqların əmgəyi ilə bağlı valideynlər çox narahat olur. Onun kiçik, ya da böyük olması ilə bağlı tez-tez həkimə müraciət edirlər. Hətta bəzən lazımsız yerə dərmanlardan, kalsium preparatlarından da istifadə olunur. Bu isə əmgəyin həddindən tez bağlanmasınar səbəb olur. Bəs əslində əmgəyin normal ölçüləri necə olmalıdır? 

Nevroloq Rayihə Xudiyeva bildirir ki, böyük əmgək alın və təpə sümükləri ardında yerləşən rombşəkilli boşluqdur: “Normalda əmgək kəllə sümükləri ilə eyni səviyyədə olur, əlimizi üzərinə qoyanda pulsasiya edir. Uşaq ağlayanda, qışqıranda, öskürəndə qabara bilər. Bu, nevroloji əlamət deyil.
Davamı →

Uşaqların burnu niyə qanayır?

Uşaqlarda burun qanaması,xüsusilə quru iqlimli yerlərdə daha çox müşahidə edilir və ailələri narahat edir. 
Türkiyəli mütəxəssislər uşaqlarda burun qanamalarının nə zaman təhlükəli olmadığını açıqlayıblar. Burunun ön qismində asanlıqla zədələnə biləcək incə damarlar yerləşir. Uşaqların əksəriyyətində görünən burun qanaması da burnun məhz ön qismində inkişaf edir.

Burun qanamasına nə səbəb olur?
Burun qanamasının hansı faktorlardan qaynaqlandığını mütəxəssis Melih Çiçək bildirib:
Davamı →

"Smes"in uşağa düşmədiyini necə bilmək olar?

Pediatrlar ana südünü uşağa vacib qida olaraq bilirlər. Onlar bildirir ki, körpə ilk 6 ay ancaq ana südü ilə qidalanmalıdır.

Ancaq ana südü kifayət etməyəndə hazır qidalar tövsiyə edilir.
Son zamanlar isə həkimlər firma reklamı ilə bağlı istədikləri yeməyi anaya məsləhət görürlər. Bəzən isə smes uşağa düşmür və bunu ananın anlaması bir az çətin olur.

Bəs smesin vücuda düşüb-düşmədiyini necə anlamaq olar?
Mövzu ilə bağlı pediatr Xəyalə Quliyeva smesin düşmədiyini göstərən əlamətləri açıqlayıb: "Əsasən smeslər inək südü ilə hazırlanır. Bəzən uşaqlarda bu, allergiya verə bilər. Təbii ki, uşağın südə allergiyası varsa, bu? meydana çıxacaq.
Davamı →

Uşağa yod çəkərkən bu məqamlara diqqət edin

Əksər valideynlər uşaq bir azca soyuqlayan, yaxud öskürən kimi türkəçarə vasitələr əl atırlar. Bu sırada yod çəkmək ən öndə gedən vasitələrdən biridir. Böyüklər yod çəkərkən özlərinə faydası olduğu kimi, uşaqlara da faydalı olduğunu əsas gətirərək bunu edirlər. Amma mütəxəssislər yod çəkilən zaman müəyyən nüanslara diqqət etmək lazım olduğu barədə xəbərdarlıq edir.

Mövzu ilə bağlı pediatr Aytən İsmayılzadə məlumat verir ki, yod dezinfeksiyaedici bir maddədir: “Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki, yod dəridən qana keçərək də eyni işi görə bilər. Amma yod qana keçərsə, bədəndə yod artıqlığına gətirə bilər. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər”.
Davamı →

Uşaqlarda qəbizlik problemi

Uşaqlarda qəbizlik – çox geniş yayılmış, uşağın qarın nahiyəsində ağrılara səbəb olan, bir sıra fəsadlara gətirən (fiziki inkişafın ləngiməsi, düz bağırsağın çatı, hemorroy, yoğun bağırsağın genişlənməsi, şişi və s.) delikat problemdir. Bəs hansı vəziyyətdə uşaqda yaranan problemə qəbizlik demək olar? Və hansı səbəblərdən qəbizlik yarana bilər? Gəlin aydınlaşdıraq.

Qəbizlik nədir?
— Uşağın defekasiyasının (böyük bayıra çıxması) tezliyi yaşına uyğun normadan aşağı olması
— Defekasiya zamanı gücənmə, yaxud bayıra çıxmaq üçün işlədici preparatların qəbulu 
— Bağırsağın natamam boşalma hissi,
— Quru, bərk nəcisin xaric olunması.
Davamı →

Uşaqlarda beyinə su niyə yığılır?

Hidrosefaliya (yunan. «hidro» — su, «sefalon» — baş) zamanı beyinin mədəciklərinin ölçüləri artır. Bunun səbəbi beyində likvorun həcminin artmasıdır.

Likvor beyinin mədəciklərində hazırlanan və beyinin normal fəaliyyəti üçün çox vacib olan xüsusi şəffaf suya oxşayan mayedir. Bu maye burada daim hazırlanır və daim da geri sovrulur. Likvorun geri sovrulması prosesində müxtəlif səbəblərə görə pozulmalar baş verə bilər ki, nəticədə likvor beyinin mədəciklərində yığılmağa başlayır. Bunun nəticəsində isə uşaqda kəllə daxili təzyiq artır.
Davamı →

Eynəkli uşaqlar niyə çoxalır?

Eynəkli uşaqların sayının çoxalmasını hər birimiz görürük. Əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemi indi lap azyaşlı uşaqlarda və dəfələrlə çox görürük.

Bu, tək hər kəsin müşahidəsi ilə yekunlaşmır, statistik rəqəmlərdə də problem əks olunub. 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikaya baxanda, son 10 ildə iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10 000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən çox olub.

Fikir versək görərik ki, bir çox hallarda uşaqlar uzağı görmə problemi yaşayırlar. Ancaq yaxını görürlər ki, tibdə bu, miopiya adlanır. Bəs miopiyanın ildən-ilə artmasının səbəbi nədir? Eynəkli uşaqlarımızın sayı niyə çoxalır?
Davamı →

Uşaqlarda dırnaq yemə vərdişi

Ömründə bir dəfə də olsun dırnaqlarının «dadına» baxmayan uşaq çətin tapılar. Dırnaqlar təbii və süniliyindən asılı olmayaraq içində gizlətdiyi bir çox mikroblara görə təhlükə mənbəyi sayılır. Kiçik yaşlı uşaqlar üçün həmin təhlükə daha yüksək olur, çünki daim əli ağzında olan uşaq çox mikrob udur.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova bu barədə  deyib: «Dırnaq yemək vərdişinin 3-4 yaşından tez başlamadığı müəyyən olunub. Bəzi valideynlər uşaqlarda dırnaq yemə vərdişinə o qədər əhəmiyyət verməsələr də, əslində bu, çox ciddi problemdir. Həmin problem nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur.

Uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır. Onun səbəbini aşkar etmək vacibdir, Birincisi, uşaqlar ətrafdakıların qınağına tuş gəlmir. Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. İkincisi, uşaqlar böyükləri təkrarlamağa meyilli olurlar. Böyüklərdə həmin əlamət müşahidə ediləndə istər-istəməz uşaq da ona maraq göstərir və pis vərdişin təməli qoyulur.
Davamı →