Yağış

Pəncərənin o tayında,

Yenə də bulud çağlayır

Bəlkə səma öz hayında,

Bu gecə yenə ağlayır.

.

Yaman tez ağlar payızı

Ərköyün uşaqlar kimi.

Göylərin yoxmu atası?

Onun gözlərin silmirmi?

.

Bu qədər ağlamaq olmaz.

Verin göyə bir təsəlli.

Ağlamaqla dərd azalmaz -

Səma bunları bilmirmi?

.

Nədir səmanın görəsən

Bu payızla ədavəti?

Uca ikən, olub küsən

Uşaqtək ağlamaq nədi?

.

Amma dəymə, ağlasın da.

Kiritməyin o yazığı.

Bəlkə elə səmanın da

Ağlamaqdır ucalığı.

.

Göylər ağlayır hər dərdə.

Səmada nə yalan olar?

Heç olmasa o göylərdə

Ağlamağa cəsarət var.


Cavidan Hacıyev

 

0 şərh