...


Bu nə cür sükutdu? — kar etdi məni.
Bu nə qaranlıqdı? — kor etdi məni.
Bu nə arzu idi? — gor etdi məni.
Bilmirəm, gor mənəm? ya bu gordakı?
 
Göylərdən gələrək dünya qoynuna.
Yeni hərisliklə düşdük oyuna.
Deyəsən, bu dünya salıb toruna?
Nə qədər xoşbəxtdir, görən tordakı?
 
Çox da Səmalarda yazılsın ayyət -
Özümüz kirliyik, kirlidi niyyət.
Günahlar üstünə yeni qəbahət
Yazmaqdan yorulur indi ORDAKI.

Cavidan Hacıyev
 

0 şərh