Hamının üzü içindədir...

Sifətlərə inanmayın,
Hamının üzü içindədir.
Gözlərə çox aldanmayın,
Gözlərin gözü içdədir...

 

Deyəndə mənə toxunur,
Ki, hər şey gendən oxunur.
Dili çöldədir çoxunun,
Amma ki, sözü içdədir...

 

Qardaşsa da şərlə xeyir,
Bu onu, o bunu yeyir,
İblis düşmən qorxunc deyil,
Əsl iblisim içdədir...

 

Daim tənha, təkdir insan,
Şeytandır, fələkdir insan,
Zahirdən mələkdir insan,
Yırtıcı nəfsi içdədir...

 

İkidir hər şəxsin özü,
Qoy özünə baxsın özü,
Daxildədir əslin üzü,
Yalanı, düzü içdədir...

 

Nəşəni meydə gəzməyin,
Əlifi beydə gəzməyin,
Allahı göydə gəzməyin,
Allahın özü içdədir...

Müəllif: Cabir Novruz.

 

8 şərh

MaksiMuS
Cabir Novruz yaradıcılığını çox bəyənirəm. Bu şeiri də gözəl və ibrətvericidi.Əməyə hörmət.sağol
Nailə_Qasarayeva
Siz də sağ olun, MaksiMus. Cabir Novruz sevimli şairimdir. Onu real həyatda görməsəm də şeirlərini oxuduqdan sonra onun yaxşı insan olduğunu düşündüm. Maraqlı, düşündürücü, zəngin mənalı, doğru yolu göstərən şeirləri var.
_BUMERANQ_
Cabir Novruz mənim də sevimli şairlərimdəndir. Onun yaradıcılığı ilə tanış olarkən mən də sizinlə eyni qənaətə gəldim.

Nədənsə, şeiri oxuyanda dahi Cavidin bu misralarını xatırladım: "İblis nədir?-cümlə xəyanətlərə bais.
Ya hər kəsə xain olan insan nədir?- İBLİS!"
Nə iblisi, nə də Allahı kənarda axtarmayaq. Nəfsimiz iblis, iradəmiz isə Allahın özüdür!
Paylaşıma görə təşəkkür edirəm.
soni_memmedzade
çox sağ ol doğrudan da gözəl ibrətamiz şerdir.Cabir Novruz yaradıcılığına söz yoxdur.
soni_memmedzade
bir az redaktəyə ehtiyac var.
Nailə_Qasarayeva
Yaxşı, bəs harada səhvlər var?
soni_memmedzade
şəxsiyə yazmışam oxu
Nailə_Qasarayeva
Bura da bildirmək olar, mənim üçün fərq etməz.