Travma sonrası strees pozuntusu

İnsanı həddindən artıq qorxudan, dəhşətlə bürüyən, çarəsizlik yaradan, çox vaxt anidən/gözlənilmədən gələn hadisələrin yaratdığı təsirlərə psixoloji travmalar deyilir.
İnsan həyatında kədər, kefsizlik yaradan hadisələr çox olar, ancaq bunların hərbiri psixoloji travma yaratmaz.
Hadisə- insanda qorxu, dəhşət, çarəsizlik yaradırsa,
Hadisədə- insanın və yaxınlarının ölüm və ya yaralanma riski varsa, psixoloji travma yaranır.

Psixoloji travmalar

  •     hamıya eyni cür təsir etmir
  •     çox vaxt yüngül formada xüsusi bir müalicəyə ehtiyac olmadan keçir
  •     bəzən müalicəyə ehtiyac yaranacaq qədər şiddətli olur.
  •     hamıya eyni cür təsir etmir
  •     çox vaxt yüngül formada xüsusi bir müalicəyə ehtiyac olmadan keçir
  •     bəzən müalicəyə ehtiyac yaranacaq qədər şiddətli olur.
  •     əvvəlcədən psixoloji problemləri olanlarda
  •     uşaqlarda və yaşlılarda
  •     psixoloji travmaya uzun müddətli məruz qalanlarda
  •     yaxın, ailə üzvlərinin travma nəticəsində itirilməsi zamanı

Simptomlar
Hadisəni təkrar yaşama (insanın özündən asılı olmadan hadisəni təkrar təkrar xatırlamaq, yuxuda hadisə ilə bağlı kabus görmək, hadisəni təkrar hiss etmək, hadisəni xatırladan vəziyyətlərlə qarşılaşanda psixoloji narahatçılıq və ya fiziki simptomların olması )
misal. müharibədə yaralanan bir əsgərlə  hadisədən 2 gün sonra söhbətdə “yanımıza düşən minaların səsin orda baş verənləri yemək yeyəndə, söhbət edəndə belə xatırlayıram”, yenə həmin əsgərin “yatsam mütləq yuxuda ora, əsgər yoldaşlarımın yanına qayıdıram, yenə partlayışları görürəm”. Yaxınını Covid xəstəliyindən itirən şəxsin “eşitsəm ki tanıdıqlarımdan kimsə Covidə yoluxub, çarəsizlik hissini və baş ağrısını çox şiddətli keçirdirəm”
Uzaqlaşma və ya robotlaşma (Hadisədən təsirlənən biri həmin hadisəni xatırladan yerdən, söhbətlərdən, həmin düşüncə və duyğulardan mümkün olduğu qədər uzaq dayanar. Hadisəni xatırlamaq sıxıntı, kədər, narahaçılıq, gərginlik verdiyi üçün həmin yerlərə getməz, hadisə haqqında danışılsa oradan uzaqlaşar.)
Misal. Yasmalda yaşayan bir şəxs Qələbə dairəsində yaşadığı avtoqəzadan sonra həmin ərazini görməmək üçün gündəlik 1 saat əlavə yol qət edirdi.

Əsəblərin həssaslaşması (yuxuya getməkdə, yuxunu davam etdirməkdə çətinlik, gərginliyin artması, tez əsəbiləşmə, pis hadisə olacaq hissi və/vəya bu pis hadisəyə hazır olmaq hissi, səksənmə, diqqəti toplamaqda və davam etdirməkdə çətinlik, səbirsizlik )
Covid pandemiyasından təsirləndiyini deyən bir şəxs “ yatmaq istədiyimdə sanki uçuruma düşürəm hissi yaşayıram, səhər qalxanda yuxudan yorğun qalxıram, xırda şeylər belə məni özümdən çıxardır, səbirsizləmişəm, işlərimi görməkdə çətinlik çəkirəm” şəklində şikayətlərin dilə gətirir

Psixoloji travmalar hansı xəstəliklərə yol aça bilər?

  • Major Depressiv Pozuntu
  • Travma sonrası Stress Pozuntusu
  • Somatofrom Pozuntu
  • Təşviş Pozuntusu
  • Emosiyonal sferanın təsirləndiyi digər pozuntularEmosiyonal sferanın təsirləndiyi digər pozuntular
  • Bipolar pozuntu
  • Psixotik hallar
  • Katatoniya və s.

Travma sonrası Stress Pozuntusu
 
  • YuxusuzluqKabus görmə
  • Hadisə ilə bağlı xatirələrin xatırlanması vı narahatçılıq
  • Hadisənin təkrar baş verəcək düşüncəsi
  • Səksənmə
  • Tez əsəbiləşmə, özündən çıxma
  • Gələcəklə əlaqəli plan qura bilməmək
  • Reallıqdan qopma (başqaları məni anlamır hissi)
  • Hadisəni xatırladan vəziyyətlərdən narahat olma, uzaqlaşma
  • Psixoloji travmaya məruz qalan hər kəs bundan təsirlənir, ancaq..
  • Çox vaxt psixoloji travma insanı böyüdür
  • Çox vaxt ömür boyu unudulmur, eyni zamanda xatırlandığında narahatlıq vermir
  • Çox vaxt əlavə xəstəlik yaranmır
  • Bəzən xəstəlik yaranır, yaranan xəstəliklər çox vaxt müalicə ilə tam düzəlir
  • Bəzən yaranan xəstəlik xronikləşir
 
 
Travma sonrası böyümə (öyrənmə, yeni bacarıq əldə etmə, psixoloji inkişaf, bütünlük, özünə güvənmə)

  • təmizlik, fərdi və sosial gigiyena
  • elmin əhəmiyyəti (xəstəliyi vaxtında anlamaq, xəstəliyə qarşı peyvənd)
  • birlik (müharibə vaxtı Ali Baş Komandan, Ordu, xalq birliyi)
  • yardımlaşmaq (Əsgərə yardım, xəstəxanalarda könüllü yardımı)
  • güclü olmaq

Müalicə prinsipləri
Ağırlaşmaların qarşısını almaq

Xəstəliyin müalicəsi
Xəstəlik müalicəsi fərdi qaydada, ilkin müayinə psixiatr tərəfindən aparılır, müalicə xəstəliyin diaqnozuna və gedişatına əsasən təyin olunur. Çox vaxt dərman vasitəsi və ya psixoterapiya ilə bəzən isə hər ikisinin birgə istifadəsi ilə aparılır.

Ağırlaşmaların qarşısını almaq
Zərər çəkən şəxsin şikayətlərinin davam etməyinə səbəb olan xətalı düşüncələri sağlam düşüncələrə dəyişdirmək (Onsuzda hamı yoluxacaq- əgər deyilənlərə əməl etsək yoluxma ehtimalı azdır. Düşmən yenə bomba ata bilər- müharibə qutardı, düşmənin atacaq bombası qalmadı vs  )
Qorxmağı səbəbi ilə uzaqlaşdığı vəziyyətlərin üzərinə getməyi təşviq edilir. (Bomba atılmasından zərər görən biri, digər bütün şikayətləri düzəlməyinə baxmayaraq evinə girməyi yoxlamamışdı…)

Niyə problemlər həllsiz kimi görsənir?

1 Yaşanan problemlərin psixoloji olduğun bilmədikləri üçün və ya şikayətlərin öz gücsüzlüklərinə və ya iradə zəifliklərinə əsaslandırdıqları üçün
2 Şikayətlərinin müalicə ilə düzəldiyin bilmirlər
3 Müalicəni kim edir, necə edir haqqında məlumatsızlıq
4 Maddi imkanları olmadığı üçün
5 Şikayətlərin danışmağa utandıqları üçün

Əngəllər

  • Kömək almağa çəkinmək
  • Ümidsizlik
  • Hadisəni xatırlamaqdan çəkinmək
  • İnsanlara olan güvəni itirmək


Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Mənbə: psixiatr.com

Oxşar məqalələr

 

0 şərh