Psixoloji travma nədir?

Ayrılıq, boşanma, iş itkisi, ailə daxili şiddət, aldadılma, cinsi istismar, yol qəzası, ani xəstəlik, şikəst qalma və ani ölümlər fərdi travmalar siyahısına daxildir. Terror hadisəsi, təbii fəlakətlər, böyük iqtisadi böhranlar isə sosial travmalar olaraq xarakterizə edilir.

Travma nədir?
Fiziki və psixoloji olaraq bizdə mənfi izlər qoyan bütün hadisələr travmadır. Travma, heç gözləmədiyimiz bir anda və nə etsək də ona qarşı əsla hazırlıqlı ola bilməyəcəyimiz ani bir zərbədir.

Ayrılıq və boşanma, iş itkisi, ailə daxili şiddət, təcavüz, yol qəzası, ani xəstəlik, əlil qalma və ani ölümlər fərdi travmalar siyahısına daxildir. Müharibə, terror, təbii fəlakətlər, diametri geniş olan iqtisadi böhranlar isə ictimai travmalar kimi xarakterizə olunur.

Travmadan sonra meydana çıxan reaksiyalar
Emosional reaksiyalar:
Travmalarımız yaşanan an, şok, kədər, hirs, əndişə, günahkarlıq, ümidsizlik, daxili narahatlıq, qorxu, pessimizm, donuqluq, həddən artıq əsəbilik, çarəsizlik və bu kimi emosional reaksiyalara səbəb olur. 

Fikri reaksiyalar:
İnamsızlıq, düşüncə və diqqət dağınıqlığı, unutqanlıq, bəzən intihar düşüncələri, səhv və ümumiləşdirməyə söykənən (hər şey və hər kəs pisdir kimi) düşüncələr, tez-tez meydana çıxan imiclər, hadisəylə əlaqədar görüntülərin xatırlanması və hadisəni təkrar-təkrar yaşamaq, fikri reaksiyalardır.

Fiziki reaksiyalar:
Baş, sinə ağrısı, mədə göynəməsi, ürəkbulanma, ürək sıxılması, səs-küyə qarşı həssaslıq, iştahın artması ya da əksinə azalması, davamlı olaraq yorğunluq halı, nəfəs darlığı və asan xəstələnmək kimi fiziki reaksiyalar əslində bədənimizin travma qarşısında bir növ özünü ifadə etmə formasıdır.

Davranış reaksiyalar:
Yuxu və yemək pozğunluqlar, sosial mühitdən uzaqlaşma, özünə laqeyd yanaşma, özünə qapılma, alkoqol və başqa maddələrin istifadəsi, susqunluq, diqqətsizlik və dağınıqlıq, davamlı olaraq eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq, travma qarşısında göstərilən müəyyən davranış formalarıdır.

Öhdəsindən necə gələ bilərik?
Dözümlük:

Çoxlu ünsiyyət qurmaq və məlumat əldə etmək, kiçik amma reallaşdıra biləcəyiniz məsuliyyətlər əldə etmək, əsla ictimai əlaqələri itirməmək, etibar etdiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq. Unutmamalısınızki siz yox, başınıza gələn vəziyyət ANORMALDIR! Fiziki baxımdan qüvvətli olmaq üçün, özünüzə əsla laqeyd yanaşmayın və yaxşı qidalanın. İstirahət üçün özünüzə zaman ayırın. İdman etmək stressi azaltmağın ən yaxşı yollarından biridir. Spirt və narkotik maddələrdən uzaq olun!

Düşüncələrinizi toplayın:
Başınıza gələn travmanın sizin iradəniz, idarəniz xaricində formalaşdığını və nə edirsiniz edin bu kimi vəziyyətlər qarşısında hazırlıqlı ola bilməyəcəyinizi unutmayın. Unutmayın ki, yaşadığınız travmalar, mənfi hadisələrlə hər kəs rastlaşa bilər. Bu vəziyyət sizə xas bir şey deyil.

Mənfiyə deyil, müsbətə köklənin və həyatınızı yaşanan mənfilərə görə məhv etməyin.

 

0 şərh