Sapioseksual

«Sapioseksual» terminini ilk dəfə məşhur İngilis aktrisası, müğənnisi Marianne Faithfull Evelyn işlədib. Onun zəkasına, ağlına kübar nəsil xanım nümayəndələri həsəd aparırdılar.

Image of Singer Marianne Faithfull in Dressingroom in Olympia in Paris March

Maraqlısı odur ki, bu ailə seksologiya sferasına daha bir neçə termin bəxş etmişdi. Marianne Faithfull Evelynin böyük əmisi məşhur Avstriya yazıçısı, psixoloq və seksopatoloq Leopold von Sacher-Masoch 1886-ci ildə ilk dəfə «mazoxizm» terminini işlətmişdi. 
Elə insanlar var ki, maraqlı ünsiyyətdən daha çox həzz alırlar nəinki cinsi münasibətdən. Bu insanlara ağıllı ünsiyyət, diskussiya daha çox, maksimal həzz verir.
İntellektin ehtirasa gətirdiyi insanları tanıyırsınızmı?


Sapioseksual elə insandır ki, intellekti ən cazibədar xüsusiyyət hesab edir. Təsəvvür edin, bir insanın intellekti başqa bir insanı cəzb edir və ehtirasa gətirir. Latınca «sapio» — ağıllı dərrakəli olmaq deməkdir. Bu insanlar üçün həzz — ağlın qüdrəti və dərinliyi, həzz almaq — intellektual söhbət və intellektə maddi görünüşdə tamaşa etməkdir. Fərqi yoxdur, hansı cinsdəndir və ya neçə yaşı var, bu hamıya şamildir.. Sapioseksualların ünsiyyəti başqaları üçün erudisiya və terminologiya bilgisinin olmamasına görə anlaşılmaz ola bilər. 
Partnyorla birbaşa əlaqə yaratmağa ehtiyac yoxdur ki, intellektdən həzz alasan. Bəziləri yazıçının, filosofun, film qəhrəmanlarının ağlına heyran olurlar. Birbaşa iştirak etmədən, sapioseksuallıq üçün misal kimi, Şerlok Holmsun İren Adlerə qarşı hisslərini və ya onun Moriarti ilə qarşılaşmasından sonra asılılığını çəkə bilərik. Höte, Hokinq, Volter, Niçşe və s. insanlara heyran olmağı da buna misal çəkmək olar.
 

0 şərh