Depressiya şkalası

Aşağıda verilən cümlələri diqqətlə oxuyun və özünüzü hiss etmənizə görə müvafiq olan rəqəmi dairəyə alın.Suallar üzərində çox fikirləşməyin çünki,düzgün və düzgün olmayan cavab yoxdur.
1 - Heç bir zaman 
2 - Bəzən
3 - Tez-tez
4 - Daima

1. Mən ruhdan düşmüşəm. 
1 2 3 4
2. Səhərlər mən özümü çox yaxşı hiss edirəm. 
1 2 3 4
3. Mənim ağlar günlərim olur. 
1 2 3 4
4. Mənim gecə yuxum çox pisdir. 
1 2 3 4
5. Adətən işdahım çox yaxşıdır. 
1 2 3 4
6. Maraqlı insanlara baxmaq,onlarla söhbət etmək,onların yanında olmaq mənə xoşdur. 
1 2 3 4
7. Mən öz çəkimi itirdikdə bunu hiss edirəm. 
1 2 3 4
8. Məni qəbizlik halları narahat edir. 
1 2 3 4
9. Ürəyim tez-tez döyünür. 
1 2 3 4
10. Kifayət qədər səbəb olmadan tez yoruluram. 
1 2 3 4
11. Hər şeyi aydın dərk edirəm. 
1 2 3 4
12. Bacardığım işi görmək mənə çox asandır. 
1 2 3 4
13. Çox narahatam bir yerdə otura bilmirəm. 
1 2 3 4
14. Mənim gələcəyə çox böyük ümidlərim var. 
1 2 3 4
15. Mən həmişə olduğumdan indi daha çox əsəbiyəm. 
1 2 3 4
16. Qərar qəbul etmək mənim üçün çox asandır. 
1 2 3 4
17. Hiss edirəm ki,mən çox lazımlı adamam. 
1 2 3 4
18. Mən çox xoşbəxtəm. 
1 2 3 4
19. Mən hiss edirəm ki,əgər ölsəm başqa adamlara yaxşı olar. 
1 2 3 4
20. Hər kiçik bir işdən zövq alıram,hər bir şey məni sevindirə bilər.
1 2 3 4
Açar
Depresiya səviyyəsi (DS) aşağıdakı formul üzrə hesablanır.
DS = ∑B + ∑Ə
∑B - 1,3,4,7,8,9,10,13,15,19 cümlələrin qarşısındakı olan dairəyə alınmış rəqəmlərin cəmidir.
∑Ə – 2,5,6,11,12,14,16,17,18,20 cümlələrin qarşısında olan dairəyə alınmış rəqəmlərin əksidir.
Qeyd: 1-in əksi 4 , 4-ün əksi 1-dir. 2-nin əksi 3 , 3-ün əksi isə 2-dir.

Nəticə
DS- 20 və 80 bal arasında təzahür edə bilər.Əgər DS-50 baldan çox deyilsə o zaman depressiv vəziyyətin olmadığı diaqnozlaşdırılır.Əgər DS-50 və 59 bal arasındadırsa o zaman yüngül depressiv vəziyyətin olduğu diaqnozlaşdırılır.Buna situativ depressiya da deyirlər.Əgər DS-60-69 ballar arasında olarsa subdepressiv vəziyyət diaqnozlaşdırılır.Həqiqi depressiv vəziyyət DS-70 baldan çox olanda diaqnozlaşdırılır.

1 şərh

Xrizoberil
nəticə 41 oldu....yaxşı qurtardıq :D