Saçları təbii üsulla düzləşdirmənin yolu

İstər buruq olsun istər dalğalı, əksər xanımlar saçlarının ipək kimi düz və baxımlı olmasını istəyir. Və bunun üçün adətən ya kimyəvi maddələrə ya da saç düzləşdirici elektrikli vasitələrdən istifadə olunur.
Bəs təbii üsulla da saçları düzləşdirməyin yolu olduğunu bilirsinizmi ? 

Kayzen.az sizinlə bu sirri bölüşəcək. 

Süd maskası.
Südün qida olaraq qəbuluyla yanaşı maskalarda da stifadəsi çox faydalıdır.

«Süd maskası»
1 sprey şüşəsi
1 stəkanın yarısı süd
və daraq
bal, banan və ya çiyələk

Hazırlanması:
Sprey şüşəsinin üçdə birini süd ilə doldurun.
İçinə bir az bal, yaxşıca su kimi püre hala gətirdiyiniz çiyələk və ya bananı əlavə edirsiniz.

Hazırlanan maskanı saçlarınıza sürtün.Daha sonra saçlarınızı iri dişli bir daraqla darayın, əlinizlə masaj edib, maskanı saçlarınızda 20 dəqiqə saxlayın. Sonra saç şampunu ilə saçlarınızı yuyub qurulayın. Dalğalı saçlarınız varsa bu üsulla saçlarınız düzləşəcək. Lakin buruq saçlarda effekt az ola bilər. Ən azından saçlarınıza zülal maskası tətbiq etmiş olacaqsınız.

Əlavə olaraq isə meyvələr saçınızın həm gözəl qoxmasına səbəb olacaq həm də saçlarınızı nəmləndirəcək.
 

0 şərh