Рейтинг
+74.31

Qadın

91 üzv, 372 topik

Hamilə qadınlar üçün ciddi təhlükə

Sağlam hamiləlik keçirmək üçün hamiləliyin ilk aylarında bəzi məsləhətlərə, hətta qadağalara əməl etmək vacibdir. Gözəlləşmək üçün edilən saç rəngləmə, saç  düzləşdirmə, saç rəngini açdırmaq və s. hamiləlik üçün təhlükəlidir.
Saç boyalarının tərkibindəki kimyəvi maddələr hamilələr ciddi təhlükədir. Hamiləliyin ilk 3 ayında saç boyamaq, açdırmaq, düzləşdirmək olmaz.
Hamiləlikdə saçlarınızı xına ilə rəngləyin
Saç boylarının tərkibindəki ammonyak boyanın bir qismini buxarlandırır və bu buxarın nəfəs alarkən udulması böyüməkdə olan uşaq üçün ciddi təhlükəyə səbəb olur. Saç boyasının bir qismi saç dərisi tərəfindən əmildiyi üçün hamiləlik zamanı saç boyalarından istifadə etməmək daha təhlükəsizdir. Buna görə hamiləlik zamanı qısa müddətli boyamalar və reflelər təhlükəsiz hesab edilir. Saç düzləşdirilməsi zamanı da istifadə edilən kimyəvi maddələrin qoxusunun udulması təhlükəli olduğu üçün bunlardan uzaq durmaq vacibdir. Saçlarınızı rəngləmək istəyirsinizsə, xınadan istifadə edin.
Saçlarınızı rənglədikdən sonra salonda çox gözləməyin. Saç boyasını saçınızda çox saxlamayın. Sonra saç dərinizi yaxşıca durulayın. Saç rəngləyərkən əlcəklərdən istifadə edilməlidir. Qaş və kirpiklərə kimyəvi tərkibli boyalardan istifadə etməyin. Həssas və alergiyası olan insanlarda ilk öncə alergik test edilməlidir.
Gözəllik salonunda çalışan hamilə qadınlar kimyəvi maddələrdən istifadəyə diqqət yetirməlidir. Qoruyucu geyim, əlcəklərdən istifadə etməklə həmin yerin yaxşı havalandırılması salonda yeyib-içməməklə sizi gözləyən bu təhlükədən az da olsa, qoruna bilərsiniz.
 
Yazar: Fərizə Əhmədova



Davamı →

Qadınların kişilərdən oğurladıqları

  • Qadın
Bugünkü qadın qarderobu kişi geyimləri ilə doludur.
Heç bilirsiz, kişilərə məxsus olan nə qədər geyim və əşyanı qadınlar “borc olaraq” alıb və bir daha geri qaytarmayıb?

Sarafan
Bu geyimi qadınlar kişilərdən XVII əsrdə oğurlayıb, göründüyü kimi bir daha geri verməmişlər. Amma bir zamanlar sarafan öz formasına görə fars geyimi olan “qolsuz kişi kaftanı” –“sərapa” adlanırdı. İvan Qroznıy da bu şəkildə geyinirdi: “ Padişahın əynində bir geyim vardı –kənarları albalı rəngli işləməli al rəngli bahalı sarafan”.

Hündür daban
“Burun hissəsindən pasxa yumurtası diyirlənər, qırmızı daban altından quş uşar”. Bu nə deməkdir? Müasir dəbli hündür daban qadın çəkmələri, bu “qoçaq, cəsarətli kazak Stepan Razin” in çəkmələri barəsindədir. Uzun illər qadınlara hündür daban çəkmə geyinməyə icazə verilməmişdi, çünki bunu “öz ağasının gözündə yüksəlmə” kimi dəyərləndirirdilər. Daha sonralar bu dövrün gözəlçələri tərəfindən hiyləgərliklə oğurlanmışdır.
Ardı →

Eleqant qadın necə olmalıdır?

  • Qadın
Dəb dedikdə insan həyatının bir çox aspektləri başa düşülür. Məsələn, hər hansı bir saç düzümü dəbi, prestijli ixtisasa yiyələnmək dəbi və s. Bunlardan biri də geyim dəbinin prinsipləridir. Bu prinsiplərdə müəyyən şərtlər var. 

Eleqant qadın necə olmalıdır? 
Bəzən elə olur ki, bahalı və tanınmış firmaların libaslarını geyinən qadında cəzbedicilikdən əsər-əlamət belə olmur. Sanki nəsə çatışmır. Bu məhz eleqantlılıqdır. Bəzən də olur ki, çox sadə geyinmiş bir xanım diqqəti dərhal cəlb edir. Eleqantlılığın sirri nəyi geyinmək yox, onu necə geyinməkdir. Eleqant görünməyin 7 əsas prinsipini sizinlə bölüşürük. 
Davamı →

Yaxşı gəlin olmaq üçün

  • Qadın
1. Ayrı yaşayın. Qaynananızla yaxşı münasibətlərin təməlini qoymaq üçün ayrı yaşayın. Psixoloq O.Q.Torsunovun fikirlərinə əsasən qadın kişinin, kişi isə qadının ailəsini toydan sonra öz doğmalarından daha çox sevməlidir. Yalnız bu halda mehriban ailədən söhbət açmaq olar. Düşünəndə ki, yoldaşınız sizin valideyinlərinizə dəyər verəcək və onları həmişə qoruyacaq bu fikir çox cəzbedici səslənir.

2. Qaynananıza hörmət edin. Onu sevməyə çalışın. Nəyə görə? Ən az ona görə ki, sizi xoşbəxt edən insanı o böyüdübdür. Düşünün ki, sizə qarşı göstərdiyi pis davranışların 2 səbəbi ola bilər: oğluna qarşı məhəbbət və ya sizə qarşı qısqanclıq hissi. Buna görə də müharibə elan etmədən öncə düşünün.  O daima sizin həyatınıza qarışırsa: köynəyi necə ütüləməlisiniz, yeməyi necə bişirməlisiniz, uşaqların tərbiyəsini necə qurmalısınız deyə məsləhərlər verirsə-onu dinləyin və onun istədiyini etməsəniz belə cavab qaytarmayın.
Davamı →

Qadını ələ alan 18 cümlə

  • Qadın

Qadını özünə aşiq etmək üçün kişilər hansı yollara əl atmalıdır? Bunun üçün gül, romantik axşam yeməyi, yoxsa sevgi haqqında filmə baxmaq lazımdır?

1. Uşaqlarla yaxşı yola gedin. Onlarla yola getməsəniz də, ən azından hər dəfə gördüyümüzdə nifrət etdiyinizi deməyin. 

2. Özünüzə gülməkdən qorxmayın. 

3. Qadınlara hörmət edin, hətta əvvəlki sevgiliniz haqqında pis söz deməyin. 

4. Gözlənilməz anlarda qəhvə ya da səhər yeməyi hazırlayın. Səhəri yataqda ləzzətli şirniyyatlarla da aça bilərsiniz. 

5. Qorxu filmlərinə baxanda, onu bərk-bərk qucaqlayın. 

6. Köynəklərinizdən biri ona verin. 

7. Köynəyinizin ona çox yaraşdığını söyləyin. 


Ardı →

İqtisadiyyat və qadın

  • Qadın
1. İkisi də tələb-təklif əlaqəsinə görə bir-birinə istiqamət verir .

2. İkisi də mikro səviyyədə sadə, makro səviyyədə mürəkkəbdir. 

3. İkisində də ideal olan nəzəriyyədə mümkün, realda qeyri-mümkündür. 

4.  İkisində də gələcəyi görmək mümkün deyil.

5. İkisində də bazarlar günə müsbət başlayar. 

6. İkisi haqqında da söz söyləyən çox, lakin həqiqətən anlayan azdır. 

Ardı →

Kişi xəyanətinin əsas səbəbi

  • Qadın
Kişilər sevidiyi qadına xeyanət edə bilərmi?
Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir. Deməli onlar öz həyat yoldaşlarını sevmirlər? Kişi xəyanətinin əsas səbəbi nədir? Nəyə görə xəyanət yalnız kişilərə icazə verilən hərəkət kimi qəbul olunur? Xəyanətkar-qadına isə cəmiyyət daha ciddi reaksiyalar verir. Sənə qarşı xəyanət olunubsa, bu heç də sizin sevgidə uğursuzluğunuz demək deyil. Əksinə, bu cür hallar qadına imkan verir ki, öz həyatına bir daha nəzər salsın və onu yaxşı tərəfə dəyişsin.
Davamı →

Qadın vücudunun sirləri

  • Qadın

Bir qadın milyonlarla yumurta ilə doğulur, ömrünün 6 ilini yataraq keçirir.
Bunlar qadın vücudu haqqında maraqlı faktlardan bir neçəsidir. Bəs, təxminən 77 il ömrü olan qadının anatomiyası necədir və hansı xüsusiyyətlərə sahibdir. Bu suallara cavab verən mütəxəssislər qadın vücudunun kompyuterdən fərqi olmadığını söyləyir.

Beyin — Qadının beyni bədəninin ağırlığının 2 faizini təşkil edir. Qadın beynində mesajlar, spinal (onuğa-bel sümüyü) sinirlərə 432 km sürətlə çatır. Bir qadın beyni dəqiqədə 100 milyon məlumat ala bilər. Gündə 7 milyon beyin hüceyrəsini istifadə edən qadın təxminən 7-8 saat yatır. Ömrünün isə 6 ilini yuxuda keçir.

Göz  — Qadınların çoxunun gözləri qəhvəyi rəngdə olur. Qadın bir gündə təxminən 25 min dəfə göz qırpır. Hər göz qırpma müddəti təxminən 0,4 saniyədir. Qadınlar kişilərlə müqayisədə 2 dəfə artıq göz qırpır.


Ardı →

Hamiləlikdə saç tökülməsi

  • Qadın

Hamiləlik dönəmində saç tökülməsinə tez-tez rast gəlinir. Mütəxəssislər hamiləlikdə saç tökülməsinin qarşısını almaq üçün bəzi məsləhətlər verir.

Hamiləlikdə hormonlardakı dəyişikliklərə və xüsusiyyətlərə ostrojenə bağlı olaraq saçların uzanması müddəti artır. Doğuşdan sonra bir çox hamilə qadınların saçları tökülməyə başlayır.

Dermatoloq Ersoy Hazneci doğuşdan 6 sonra saç tökülməsinin dayandığını və saçın gurlaşmağa başladığını söyləyir. Lakin hamiləlikdən sonra saç tökülməsi əvvəlki gurluqda və qalınlıqda olmaya bilər. Hamiləlikdə vücudda tüklənmə də hormonlara bağlı olaraq arta bilər.

Doğuşdan sonra 6-9 ay ərzində bu tüklər də itir. Hamiləlikdə bu tüklərdən xilas olmaq üçün təraş və mum üsulundan istifadə edə bilərsiniz. Ancaq tük tökücü kremlərin istifadə edilmək ziyandır və qadağandır.


Ardı →

Gözəl qadınlar çox zaman bədbəxt olur

  • Qadın

Gözəl qadınlara həsəd aparan çox olsa da, onların yerində olmaq istəyən minlərlə qadın olmaq istəsə də, çox gözəl olmaq şanssız bir seydir. Hətta gözəl qadınlar çox zaman bədbəxt olur.

Həyatda uğur, şans və ailə səadəti çox zaman gözəl qadınlardan kənar durar.
Həyat verdiyi gözəlliyi həmin qadınlardan artıqlaması ilə əvəzini çıxar.

Məs: Digər qızlar çox gözəl qadınlarla dostluq etmək və münasibət qurmaq istəməzlər. Çünki baxışların öz üstlərində olmamasından və ətrafdakıların yalnız gözəl qadınlarla maraqlandıqları üçün narahat olarlar. Qısa desək, paxıllıq edərlər...

Gözəlin yanında kölgə kimi görünməkdən qorxarlar…
Şanssızlıq çox gözəl qadınları böyüdükləri zaman da rahat buraxmır.


Ardı →