Londonda Vivyen Linin əşyalarının sərgisi
Arzu edən hər kəs Vivyenin ailəsində qorunub saxlanılan rəsm əsərləri, zinət əşyaları, geyimləri, kitabları, mebel əşyaları vasitəsilə onun həyatının bir parçasına toxuna biləcək. Şəxsi fotoları, hədiyyələri və hətta çəkilişləri bitdikdən sonra ona hədiyyə olunan əfsanəvi rolunun ssenarisi onun Londonda müharibə öncəsi illərindən başlayaraq Hollivuddakı işlərinin, həmçinin 1967-ci ildə vəfatınadək həyatının müxtəlif tərəflərini göstərəcək.
Sərgi tamamilə fərqli Vivyen görməyə kömək edəcək: Britaniya rəssamlarının himayədarı, ədəbiyyat pərəstişkarı və mesenatı.
0 şərh