Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Qreys Kelli

Grace KellyHaqqında yazacağım növbəti xanım, həqiqi gözəl xanım, gözəlliyi ilə yanaşı, kübar və zərif qadın olan aktrisa Qreys Kellidir...

Qreys o qadınlardan idi ki, bir baxışı, təbəssümü ilə istənilən kişinin ürəyini fəth edə, ovsunlaya bilərdi. Təəccüblü deyil ki, onun çoxsaylı pərəstişkarları, sevgililəri arasında İran şahı Rza Pəhləvi də vardı...

Amerikalı gözəl aktrisa özü də tez-tez aşiq olurdu, bəlkə də, idealını axtarırdı, bəlkə uşaqlıqda çoxlu nağıllar oxumuşdu və öz şahzadəsini axtarırdı... Elə də olur, nağıllar həqiqətə çevrilir. Qreys axtardığı şahzadəsini tapır, özü də şahzadə olur — Monako şahzadəsi Qreys Kelli… Ancaq bu hekayətin nağıldan bir fərqi vardı — Qreysin nağılı xoşbəxt sonluqla bitmir...

Qreys Kelli 1929-cu ilin 12 noyabrında Filadelfiyada dünyaya gəlib. Aktrisa olmaq arzusu ilə Qreys 17 yaşında Nyu-Yorka yollanır, müxtəlif müsabiqələrdən keçir. Lakin yeni başlayan aktrisa əsasən müxtəlif reklamlara çəkilirdi. 

Qreysin ən böyük uğuru tanınmış rejissor Alfred Hiçkokla tanışlıq olur. Hiçkok gözəl aktrisanı bir neçə filmində baş rola çəkir. Bunlar “Moqambo” (1953-cü il) melodramı və dedektiv janrlı “Qətl üçün M-i yığın”, “Arxa pəncərə”, “Oğrunu tutmalı” (1955-ci il) filmləridir. Sonralar Qreysin Monakoya köçməsi rejissor üçün böyük itki olur.    
Ardı →

Selma Lagerlöf

Selma LagerlofƏdəbiyyat üzrə Nobel Mükafatını alan ilk qadın yazar Selma Lagerlöfdür. O, eyni zamanda Nobel mükafatı alan ilk isveçli yazardır.
O, bu mükafatı 1909-cu ildə “əsərlərini digərlərindən fərqləndirən yüksək idealizmə, aydın parlaq təхəyyülə və mənəvi təsir qüdrətinə görə” almışdır.

 Əsl adı Selma Ottiliana Lovisa Lagerlöfdür. Selma Lagerlöf 20 Noyabr, 1858- ci ildə ölkənin cənubundakı Vermland əyalətində, Marbaka adlı fermada, istefaya çıхmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü olaraq dünyaya gəlmişdi. Selma üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalхa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. O dövrün tələblərinə görə evdə xüsusi təhsil almışdır. Nənəsindən dinlədiyi çoхsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözə bağlamışdır.

1882-ci ilin payızında Selma, atasının icazəsi olmadan Stokholmda müəllimlər məktəbinə girir. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdir. Təhsil aldığı müddətdə atası maddi sıxıntıya düşür və Marbaka ferması satılır. 1885-ci ildə atasını itirən Selma Lagerlöf həmən il, ailəsinə kömək məqsədilə Landskronda müəllimliyə başlayır. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilir.

Vermlandın təkrarsız mənzərələri, eşitdiyi хalq rəvayətləri Selmanı ilk romanını yazmağa ruhlandırmışdı. Hazır hissələr “İdun” jurnalının keçirdiyi müsabiqəyə göndərilmişdi. Jurnal onu sadəcə qalib kimi mükafatlandırmaqla kifayətlənməmiş, əsəri kitab şəklində çap etməyə hazır olduğunu da bildirmişdi.

 İki cildlik romanı “Host Berlinq haqqında saqa”nı (Gösta Berlings Saga) bu dövrdə, 1891-ci ildə yazdı. 1924-cü ildə Mouritz Stillerin (Mauritz Stiller) bu roman əsasında ekranlaşdırdığı film, Lagerlöfun doğulub, boya başa çatdığı Vermland bölgəsinin ən parlaq dönəmini, o illərdəki həyatı, yaşamı göstərirdi.


Ardı →

Şahzadə Diana

İngiltərə kral ailəsinin ən tanınmış üzvü hesab olunan Diananı "ürəklərin kraliçası" adlandırırdılar. Şahzadə Çarlzla boşanma ərəfəsində ictimai rəy Diananın tərəfində idi. O, mərhəməti ilə tanınmış və xeyriyyəçilik aksiyalarının fəalçısı idi.

Uels şahzadəsi Diana 1961-ci il iyulun 1-də Norfolk qraflığında, məşhur zadəgan ailəsində anadan olub. Valideynləri 1975-ci ildə boşanırlar. Diana təhsilini İsveçrədə alır və İngiltərəyə qayıdanda imtiyazlı uşaq bağçasında tərbiyəçi işləyir. O özünə kral ailəsinin diqqətini çəkir və şahzadə Çarlzla başlayan dostluğu mətbuatın marağına səbəb olur. Ümumiyyətlə, Diana Çarlzla hələ 16 yaşında atası evində tanış olur. İş ondadır ki, ingilis taxt-tacının varisi Diananın böyük bacısı Sara Spenserlə görüşürdü. O dövrdə Çarlzın başı təhsilə qarışmış, soyuqqanlı, özünə qapalı olsa da, yüksək statusu qızların böyük marağına səbəb olurdu. Şən Diana kralın nə məqsədlə evlərinə gəldiyini bilirdi. Onunla görüşdə Diana gülümsəyir, fransız dilində söhbətləşirdi. Diana bacısını həqiqətən sevir və ona xoşbəxtlik arzulayırdı.


Ardı →

Ölümə doğru uçan təyyarəçi qadın

* Qadınlar arasında yüksəklik rekordu: 14 min fut (4200 metr) – 1928-ci il
* Atlantik okeanını keçən ilk qadın sərnişin – 1928-ci il
* 100 km-də sürət rekordu – 1931-ci il
* Avtojir (təyyarə ilə helikopter arasında bir uçuş aparatı) uçurdan ilk qadın – 1931-ci il
* Avtojirlə yüksəklik rekordu: 15 min fut (4500 metr) − 1931-ci il

Ardı →

Öz həyatını canlandıran aktrisa

Vera Alentova. “Moskva göz yaşlarına inanmır” filmində oynadığı rolu ilə böyük şöhrət qazanan bu aktrisa mənim də yeniyetmə yaşlarımdan pərəstiş etdiyim sənətkarlardan biridir. Aktrisa həmin filmdə canlandırdığı kənddən böyük şəhərə gələn, həyatın çətinlikləri ilə üzləşən, xəyanət görən, lakin buna rəğmən zavodda fəhlə işləməklə bərabər əzmi, iradəsi sayəsində institut bitirən, daha sonra karyera qazanan, zavodun direktoru vəzifəsinədək yüksələn, qızını tək böyüdən Katerina Tixomirovanı milyonlarla tamaşaçıya sevdirməyi bacardı.

O, 1942-ci il fevralın 21-də Arxangelsk vilayətinin Kotlas şəhərində anadan olub. Valideynlərinin ikisi də teatr aktyoru olub. Vera 4 yaşında ikən atası dünyasını dəyişir. Anası həmişə ona təsəlli verərək deyirdi ki, qorxma, sənin bütün işlərin yaxşı olacaq. Çünki Allah yetimlərə kömək edir. Bir müddətdən sonra onlar Ukraynaya köçürlər. Geniş fantaziyaya malik Vera qonşu uşaqlarla birgə səhnəciklər düzəldir, köhnə pərdələrdən paltarlar tikir və onları güllərlə, yarpaqlarla bəzəyirdi. Anası teatrla qastrollara getdiyindən onlar müxtəlif şəhərlərdə olurdular. Vera məktəbə Ukraynada getsə də, orta təhsilini Altayda bitirir, Barnaul şəhərində tibb institutuna daxil olur.
Davamı →

Rübabə Muradova

Ədəbiyat və mədəniyyətimizin siyasi senzurasına baxış...
İllər ötsə də, zaman kainatla qocalıb, öz işini aramla görsə də, bu həyatdan boylanıb, xalqı üçün dahiyanə əməlləriylə keçənlər heç zaman unudulmur. Elə bu ənənə ədəbiyyat salnaməmizə ilk tarixi roman janrımız “Qılınc və Qələm”dən də məlumdur. Sözünü vərəqlərə nizam edən Nizaminin həyat hekayəsi buna əyani sübut olmuşdur. Dünya döndükcə, insanlar seçilir-ömrünü, gününü xalq sevgisindən xalqına sənətlə fəda etməklə…

Millət olaraq tariximizdə senzura ədəbiyatı; gərək keçmiş SSRİ’də şura ədəbiyatının xadimlərinə, gərəksədə Cənubi Azərbaycanda şah üsulunda amansız edamlar, sürgünlər yan keçməmişdir. Bundan əlavə, bağlanan sərhəd dirəkləri bizi cənubdan və Türkiyəmizdən ayrı salmaq istəsədə, ədəbiyyatımızın və mədəniyyətimizin xadimləri qorxmadan buna qarşı gələrək həyatlarını sənətə fəda etməklə- bir sözlə, sənətə möhür vuraraq xalqlarının rifahı və gələcəyi uğruna öz həyati mübarizələrinə çevirmişdirlər… Cənubdan gələn şair və sənətkarlar köhnə Bakısına sığınırdılar…
Davamı →

Emmanuel Bear

Əlbəttə ki, həyat kinodur, ancaq heç də hər kino həyat deyil. Fransa kinematoqrafiyasını isə bəri başdan istisnalara daxil edirik.

O, zəriflik nümunəsidir, incəsənətdir, həyatdır – heç bir pafos, heç bir şişirtmə olmayan həyat — dərimizə qədər hiss etdiyimiz həyat...

Avropa kinosunun pərəstişkarları bu aktrisanı çox gözəl tanıyır, onu sevir, onunla fəxr edir: Emmanuel Bear — Avropanın ən cəsarətli və gözəl xanımlarından biri.

“Bədən aktyorun alətidir. Lüt çəkilməyin mənəviyyata zidd olduğunu heç vaxt düşünməmişəm. Təəccüblənmək və hiddətlənmək də gərək deyil”. 

Atası şansonye və şair (Qay Bear), anası model (Jenevyeva Qalea) olan aktrisanın uşaqlığı səs-küylü paytaxt həyatından kənarda keçib. Bear xatırlayır:
“Biz Yerlə birbaşa təmasda idik. Günəşi, təbiətin ritmini hiss edir, təpələrlə, ağaclarla söhbət edirdik. Mən kinonun, musiqinin və teatrın olmadığı mühitdə böyümüşəm. Bütün uşaqlığım yarıçılpaq və ayaqyalın keçib. Bu səbəbdən, kinoda çılpaq səhnələri oynayarkən zərrə qədər sıxılmamışam”.


Ardı →

Dünyanın ən qəddar 11 qadını

1. Darya Nikolayevna Saltikova (1730—1801)
Tarixə inkişaf etmiş rus mülkədari kimi düşmüşdür.
139-a yaxın qulluqçusunu öldürtmüşdür.

2. Kraliça I Mariya (1516-1558)

İnglis kralı VIII Henrinin və onun birinci xanımının qızı. Atasının ölümündən sonra taxta çıxan xanım Mariya ölkədə bərpa dövrünü başlayır və bu bərpa dövrü xalqa divan tutmaqla keçir. Minlərlə insan öldürülür, asılır və yandırılır.

3. Mayra Hindli (1942-2002).
Killer xanım dostu İen Brayenlə «ingiltərəli Bonni və Klayd” adı almışlar. Bir neçə il ərzində ikisi əl-ələ verərək 10-17 yaşlı 5 azyaşlı uşağı oğurlayıb təcavüz edib öldürmüşdülər.

4. İzabella Kastilskaya (1451-1504)
İzabella katolik olmayanlara divan tutmaqla məşhurdur. İzabella Kastilskayanın dövründə İspaniyadan çoxlu yəhudi və ərəb köçmüşdür (200 minə yaxın), qalanlarını isə güc ilə xristianlığı qəbul etməyə məcbur edirdilər, qəbul etməyənləri isə ocaq gözləyirdi.

5. Beverli Eplit (1968)
İngiltərəli tibb bacısı 1991-ci ildə 4 körpə öldürmüşdür, daha beşini isə ciddi zədələmişdi. O uşaqların qanına küllü miqdarda insulin vuraraq onlarda ürəkağrısı yaradırdı.

Ardı →

Vanessa Mey

Vanessa MaeMəşhur skripkaçı, bəstəkar,oranjemançı Vanessa Mey məşhur skripkaçı Nikolo Paqanini ilə eyni gündə, lakin 196 il sonra, 27 oktyabr 1978 – ci ildə Sinqapurda dünyaya gəlib, 4 il Sinqapurda yaşadıqdan sonra atası ingilis olduğu üçün Londona köçürlər.

5 yaşında artıq skripka və fortopianoda çalmağı öyrənir. 8 yaşında ingilis gənc pianoçularının müsabiqəsində qalib gəlir. Pekində rus məktəbində təhsil alır. 11 yaşında Beynəlxalq musiqi kollecinə daxil olur, lakin orda bir neçə ay oxuyur.

Həmin məktəbdə musiqi texnikasını öyrədirdilər, Vanessa isə yaratmaq, yeniliklər kəşf etmək istəyirdi. Vanessa eyni stili sevmir, müxtəlif janrları caz, pop, klassika və s. janrları bir yerdə istifadə etməyə üstünlük verir. Ilk albomu, The Classical Album 1 alman musiqisinə, ikinci isə Çin musiqisinə həsr edib.

1996 – cı ildə ilk diski olan «The Violin Player» işıq üzü görür.

1998 – ci ilin aprelində ilk dəfə «Storm On» adlı dünya turnesinə çıxır. İlk konserti Dubayda keçirilir. Onun səhnədə çıxışı üçün 5000 hava şarından ibarət vulkana bənzər səhnə quraşdırmışdılar. Klassik repertuarına baxmayaraq, Vanessa müasir pop-musiqisinə də xüsusi diqqət ayırır.
Ardı →

Anna Axmatova

Anna AxmatovaŞöhrəti bu gün də azalmayan, hələ sağlığında rus ədəbiyyatının klassiki hesab olunan rus şairəsi, yazıçısı, ədəbiyyatşünası, tərcüməçisi Anna Axmatova yaradıcılığı ilə yanaşı öz faciəvi taleyi ilə məşhurdur.

Doğrudur, Anna Axmatova şəxsən həbs edilməyib, sürgün olunmayıb. Amma sovet rejimi onun doğmaları olan iki nəfəri — birinci əri Nikolay Qumilyov və oğlu Lev Qumilyova qarşı amansız davranıb.

1910-1018-ci illərdəki həyat yoldaşı Nikolay Qumilyov 1921-ci ildə güllələnib, oğlu Lev Qumilyov isə ömrünün 10 ilini barmaqlıqlar arxasında keçirib. Özünün isə yaradıcılığı nəzarət, daimi qadağa altında olub. Hətta ölümündən bir neçə onillik keçəndən sonra belə Anna Axmatovanın əsərlərinə qadağa mövcud olub. «Vətən xaini»nin anası və «vətən xaini»nin arvadı Anna Axmatovanın «təcrübəsi» öz əksini «Rekviem» poemasında tapıb.

Əsərlərinə qoyulan qadağalara, Kommunist Partiyasının ona qarşı «personal» nifrətinə baxmayaraq, Anna Axmatova sağlığında rus ədəbi mühitini daima öz ətrafına yığa bilib, dövrünün ən istedadlı gəncləri ilə əhatə olunub. Məşhur rus şairəsinin həyat hekayətini sizə təqdim edirik.
Ardı →