Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Cina Lollobridcida

Gina LollobrigidaTamaşaçı italyan kinosunu niyə sevir? Cavab: — Əlbəttə burada italyan temperamenti, xarakteri, ehtirası və əsl italyan sevgisi var...Ayrı-ayrı dövrlərdə italyan kinosunu həm yaraşıqlı kişi, həm gözəl, cazibədar qadın simalar bəzəyib. Bu simalar arasında, sözsüz, Cina Lollobridcidanın da ismi var...

Luidcina Lollobridcida 1927-ci ilin, 4 iyulunda paytaxt Romadan çox da uzaq olmayan Subiako şəhərciyində dünyaya gəlir. Cinanın atası adi fəhlə idi, ailə bir təhər başını girləyirdi. Qızcığazın uşaqlığı müharibə illərinə təsadüf edir. İkinci Dünya Müharibəsi, Mussolini… və əlbəttə ki, imkansızlıq, kasıbçılıq…

Bütün bunlar Cinada varlı olmaq istəyini formalaşdırır. O, varlı olmalı idi, çox varlı… Bu məqsədinə çatmaq üçün onun böyük silahı da vardı – gözəllik! Bəli, Cina çox gözəl idi...!
Gələcək aktrisanın ən böyük arzusu rəssam və ya heykəltəraş olmaq idi. O, karikaturalar çəkir və Roma küçələrində satırdı. Lakin nəzərə alsaq ki, Roma dünyanın gözəllik, incəsənət paytaxtlarındandır, o zaman əgər gözəlsənsə, gözəllikdən uzaq qaça bilməzsən. İncəsənət səni özünə çəkəcək, sovuracaq. İstəsən də, istəmnəsən də…
Ardı →

Azərbaycanın ilk qadın hərbi təyyarəçisi

ilk qadın hərbi təyyarəciO yaş dövründəki qızlar sevir, ailə qurur, uşaq dünyaya gətirir, onları böyüdürlər, Züleyxa xanım müharibəyə getdi. Geri qayıdanda partiya işinə cəlb olundu. İki-üç il sonra nazir seçildi. Nazir necə oğlanla gəzərdi? Kim bu qıza gül bağışlaya, görüşə dəvət edə bilərdi?

…Yay idi. Yenə Şüvəlanda bağ evindəydilər. Mina xanım mətbəxdə nahara hazırlıq görürdü. Başı qarışıq olsa da, bir gözü həyətdəydi. Uşaqları oynayırdılar. Böyük qızı Sima xanım, oğlanları Kamal, Tələt və Xəlil… Bəs Züleyxa xanım hanı? Mina xanım əlini işdən çəkib özünü həyətə atdı. Yox, onun dəcəl qızı da buradaydı. Ürəyindən keçdi: “Nə əcəb…”. Kiçik qızı ipə-sapa yatmaz uşaq idi. Hər gün bir oyun çıxarırdı. Bir də görürdün yoxa çıxdı. Mina xanım qızını yerdə tapmayanda ağacın ən uca budaqlarında axtarırdı. Onu güc-bəla ilə aşağı düşürür, üz-gözündə, qollarında, ayaqlarında təzə yara yerlərini görəndə ah çəkirdi: “Bircə bu qız böyüsəydi…”.

Mina xanım qızına fərəhlə baxıb mətbəxə qayıtdı. İş görə-görə də onun barəsində düşündü. Züleyxa xanım onun ikinci övladıydı. İlki Simaydı. Mina xanım ondan on dörd, Züleyxa xanımdan isə on beş yaş böyük idi. Gəlin gələndə Mina xanımın on bir yaşı var idi. Onu ata babası Mir Əhməd ağanın əmisi oğlu Mir Həbib ağaya ərə vermişdilər.
Ardı →

Buludlarla yarışan türk qızı

Millət vəkili Qənirə Paşayeva "Tarixə adını yazan Qadınlar" silsiləsini yazır

O, dünyanın ilk qadın savaş pilotu olub!

O, ilk türk qadın pilot kimi adını tarixə yazıb.

O, «Dünya tarixinə adını yazdıran 20 aviator»dan biridir!

O, Mustafa Kamal Atatürkün səkkiz mənəvi övladından biriydi!

Böyük Atatürkün mənəvi övladı olan Səbihə Gökçəni görmək və söhbət etmək mənə də qismət olmuşdu. Həddindən artıq maraqlı bir qadın idi. Amma onunla istədiyim qədər söhbət edə bilməmişdim. Bir gün acı bir xəbər eşitdik. Atatürkün mənəvi qızı, dünyanın ilk qadın savaş pilotu olan Səbihə Gökçən dülnyasını dəyişmişdi. Dünyadan çox maraqlı bir qadın, maraqlı bir tarix köçmüşdü. Amma köçən cismi idi, onun adı hələ bundan sonra da yüzillərlə unudulmayacaq.
Ardı →

Aqata Kristinin həyatı

Onu «cinayətlərin kraliçası» adlandırırdılar, amma özünün başqa — "Ölüm hersoginyası" titulu xoşuna gəlirdi. Onun dahi təfəkküründə yüzlərlə ölüm və oğurluq hadisəsinin ideyası yaranmışdı. Odlu silahdan zəhləsi getsə də, zəhərləri cəlbedici hesab edirdi. Ginnesin Rekordlar kitabında onun əsərləri 103 dildə 2 milyard nüsxədə çap olunub. O, dünyada ən çox oxunan müəllifdir.
Davamı →

Elena Rubinşteyn

O, zorla ərə verilməkdən yaxasını qurtarmaq üçün qaçıb getdiyi Avstraliyada, dünyanın ən böyük kosmetika markasını meydana gətirdi.
O, deyilənə görə, ilk dəfə Amerikaya getdiyi vaxt belə deyibmiş: “Bütün amerikalı qadınların burunları çəhrayı, dodaqları isə bozdur. Hamısının da üzü ağappaqdır. Burada ömrümün ən böyük uğurunu qazana bilərəm”.
Bir müddət sonra isə o qədər böyük uğur qazandı ki, dünya ondan danışmağa başladı. Bu qadın Elena Rubinşteyn idi.


“Çirkin qadın yoxdu, tənbəl qadın var.”
Elena Rubinşteyn


Ardı →

Rita Xeyvort

Ötən əsrin 40-cı illərinin parlaq siması olan Rita Xeyvort yalnız adi aktrisa deyildi, o, həmçinin, kino tarixinin ilk “seks-simvol”u idi.

O, hamının qəbul etdiyi “sevgi ilahəsi” idi, onun gözəlliyi insanları dəli edirdi… İri gözləri, kürən gur saçları, inanılmaz dərəcədə qadınlıq keyfiyyəti, gözəl bədən quruluşu və kübarlıq – o, peşəkar rəqqasə idi. Təəccüblü deyil ki, Ritanı ekranda görən hər kəs — adi əsgərdən tutmuş məşhurlara qədər hər kəs bu gözəlliyin qarşısında ağlını itirirdi...

26 yaşlı Orson Uellsin Ritanı ekranda görər-görməz başqa heç nə barədə düşünə bilməməsi də təəccüblü görünməməlidir. – “Bu qadın mənim həyat yoldaşım olacaq”- o söyləyir. Rita onunla tanış olmaq istəmirdi. Orson isə fasiləsiz olaraq ona zəng edirdi. Rita zənglərə cavab vermirdi. Bu zaman Uells açıq hücuma keçir. O, axşam saat altından səhər saat altıya qədər onun evinin yanında keşiş çəkir. Nə Hevvortun əri, nə jurnalistlər – heç kim onu yerindən tərpədə bilmir. Nəhayət, Rita onun inadının qarşısında tab gətirmir. O, aşağı düşüb, Orsonun evlənmək təklifini qəbul edir. Cadsona isə boşanmaq qalır. İnsanlığın ən ali arzusu yerinə yetir: ölkənin ən arzuolunan qadını zamanının ən istedadlı kişisinin xanımına çevrilir.
Davamı →

Sofiya Rotaru

Həyat bir an kimidir
Sofiya Rotaru“Niyə məni tək buraxdın?  Axı sonu belə olmamalıydı. Bilirəm, qayıdacaqsan. Və hər şey nikbin sonluqla bitəcək”, — yoldaşını bərk-bərk qucaqlayan Sofiya pıçıltı ilə danışır, olub-keçənlərlə barışmaq istəmirdi. Amma artıq çox gec idi… 
Dəfn mərasimində Sofiya Rotaru saatlarla tabutun yanında oturdu. Ayrılıq ona ağır gəlirdi.

Sofiya Mixaylovna Yevdokimenko-Rotaru ailədə altı uşaqdan ikincisi idi. 1947-ci il avqustun 7-də Ukraynanın Çernovitsk vilayətinin Novoselsk rayonunda anadan olub. Atası Jdanov rayonunda üzümçülük kolxozunun sədri idi. 

«Sonika, qalx, süfrəni açmağın vaxtıdır!» — Sofiyanı nə saatın zəngi, nə də günəşin pəncərədən düşən narıncı şüaları oyada bilirdi. Onu həmişə anası səsləyərdi. Balaca Sofiya narazılıq etmədən qalxar, süfrə açar və birlikdə nahar edərdilər. Nahardan sonra anası ilə bazara göyərti satmağa gedərdi.

Axşamlar çox vaxt dodağının altında xalq mahnılarından birini zümzümə edə-edə örüşdən qayıdan inəkləri sağar, südü götürüb böyük bacısı Zinagilə gedərdi. Keçirdiyi tif xəstəliyindən sonra Zinanın gözləri tutulmuşdu, odur ki, Sofiya kiçik bacı və qardaşlarına baxmaqla yanaşı, onun da qayğısına qalırdı. Birlikdə radioda rus mahnılarına qulaq asıb rus dilini öyrənirdilər. 


Ardı →

Tereza Ana

Aqnes Qondja Boyadjiu“Həyat kədərdir, ona qalib gəlin”

“Dünən keçmişdə qaldı. Sabah hələ gəlməyib. Ancaq bu günümüz var. Gəlin başlayaq”.

“Yoxsulları sevməyin verdiyi sevinci həmişə hiss et və bunu tanıdığın hər kəslə paylaş. Unutma, sevgiylə dolu olmaq, sülhlə dolu olmaq deməkdir. Tanrı səni qorusun”.

Bu sözlərin müəllifi Tereza Anadır.

Kimdir Tereza Ana?

Əsl adı Aqnes Qondja Boyadjiu olan Tereza Ana 26 avqust 1910-cu ildə köhnə Yuqoslaviyanın Makedoniya bölgəsində anadan olub.
Aqnes gənc ikən “Qardaşlar” adlı yerli təşkilata qoşulmuşdu. Katolik rahibin başçılığı ilə keçirilən mərasimlərdə iştirak edən Aqnes missionerliyə maraq göstərməyə başladı.

17 yaşı olanda Allah tərəfindən onun qarşısına müəyyən vəzifələrin qoyulduğunu iddia etdi. İrlandiyanın Loretto adlı missioner təşkilatına qoşulduqdan sonra Tereza adını götürdü.

Hindistanda Müqəddəs Meri məktəbində dini dərslər keçməyə başladı. 1946-cı ildə həmin məktəbin direktoru vəzifəsinə keçdi…


Ardı →

Möminat Qurbanova

Mominat QurbanovaHəmin tarixdə mətbuat orqanlarında belə bir informasiya getmişdi: “Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ənvər Həsənovun idarə etdiyi maşın aşıb, nəticədə sərnişin Möminat Qurbanova yerindəcə keçinib”.
Quru, ürəksiz informasiyalardan zəhləm gedir, çünki həmin anda onu deyən aparıcı, yazan jurnalist gündəlik işini görür, heç ağlına da gəlmir ki, bu acı xəbərin arxasında neçə-neçə yıxılmış talelər, qaralmış dünyalar durur. Bu dəfə də elə oldu.

 Buzovnada sadə bir ailədə dünyaya gəlib Möminat xanım.  Ailədə altı uşaq olublar, beş bacı, bir qardaş. Ailənin sonbeşiyi olduğundanmı, yoxsa xarakterinə görəmi Möminat  hamıdan ərköyün və çılğın uşaq idi. Ona görə də orta məktəbdə komsomol fəalı, özfəaliyyət kollektivinin, idmanın öncüllərindən olan bu qız məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verəndə hamı bunu ərköyünlük kimi qarşıladı və reaksiya vermədilər. Dedilər ki, yəqin tezliklə həvəsdən düşüb özünə bir “düz-əməlli peşə” tapar.
Amma Möminatın bu ərköyünlüyü ötəri olmadı. Hələ orta məktəb illərində  “7 oğul istərəm” filminə o qədər baxmışdı ki, filmi əzbər bilirdi. Cəlalın dedikləri dilindən düşmürdü. Cəlalın (Ənvər Həsənovun-red.) şəklini otağının divarından asmışdı. Hərdən bu rəsmlə söhbət edirdi. Ona demişdi ki, səninlə bir filmə çəkilmək üçün aktrisa olacağam. Ənvər Həsənov haqqında mətbuatda yazılan məqalələr, tənqidlər, təriflər qovluqda, Möminatın kitab dolabında layiqli yerdə dururdu. İllər keçəcək Möminat Qurbanova Ənvər Həsənovun  evinə həmin qovluqla gəlin köçəcəkdi. Amma hələ ki, buna bir neçə il var. Hələ ki, Möminat  institutun aşağı kurslarında oxuyur, Ənvər Həsənov isə ardıcıl kinolara çəkilir.


Ardı →

Şəfiqə xanım Qaspıralı: Modernist türk qadını

Modernist türk millətçiliyinin önəm verdiyi dəyərlərdən biri türk qadınının ictimai-siyasi yaşamda fəal iştirakıdır. Aydınlanma sürəcindən cumhuriyyətin süqutunadək olan dönəmdə ictimai həyatda dəyər qazanan qadınlar oldu. Həmidə xanım Cavanşir, Hənifə xanım Mikayılova bu cür qadınlardan idi. Azərbaycanda kifayət qədər tanıdılmayan tanınmış şəxsiyyətlərdən biri də Şəfiqə xanım Qaspıralıdır.

Türk dünyasının aydınlarından İsmayıl bəy Qaspıralının qızı, Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəylinin xanımı.

Nəsib bəylə Şəfiqə xanım 1902-ci ildə Baxçasarayda tanış olublar. Həmin dönəmdə Novorossiysk universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə “Tərcüman” qəzetinin iyirmi illik yubileyinə dəvət edilir.
Davamı →