Рейтинг
+1.22

qədim Şərq tarixi

20 üzv, 30 topik

Qədim Şərqdə tarixin başlanğıcı

Diplomatiya tarixi öz başlanğıcını dövlətlərarası münasibətlərin yarandığı dövrdən götürür. Bu mənada dövlətlər e.ə. IV minilliyin ortalarından etibarən tarix səhnəsinə qədəm qoymuşdur. Dövlətlərarası münasibətlərin erkən dövrlərində bunlar əsasən hərbi-iqtisadi xarakterli olmuşdur. Diplomatiya bir elm sahəsi kimi XVI-XVII əsrlərdən etibarən formalaşmağa başlasa da, daimi peşə kimi XVII əsrin sonu XVIII əsrlərdən etibarən təşəkkül tapmışdır.
Dövlətlər meydana gəldiyi vaxtdan bir-biriləri ilə müxtəlif xarakterli münasibətlərdə olmuşlar ki, bunlar müəyyən ənənələrəəsaslanmışdır. Həmin adət vəənənələrin üzərində müasir beynəlxalq hüquq elmi təşəkkül tapmışdır.


E.ə. XV yüzilliyə aid edildiyi hesab olunan və Misirdə aşkarlanan El-amarn yazıları təqribən 500 ədəd kitabdan ibarət olub, həm təsərrüfat xarakterli, həm də nomlararası xarakterli münasibətləri öyrənmək üçün əhəmiyyətlidir. Diplomatiya tarixi bir elm sahəsi kimi götürülsə də, bu əslində tarix elminin bir hissəsi kimi mövcud olmuşdur. Məlum olduğu kimi, elmlər öz təsnifatına görə Aristotelə borcludular. «Tarixin atası» Herodot yunan-iran müharibələrinin tarixini işləyərkən dövlətlərarası münasibətlərə xüsusi diqqət yetirmişdir. Beynəlxalq münasibətlər tarixinin müasir dövrləşməsi tarixi dövrləşməyə uyğundur.


Ardı →

Misir tarixi və mədəniyyəti

1.Misirdə sinfi cəmiyyətin yaranması
2.Erkən padşahlıq
3.Qədim padşaqlıq

Eneolit dövründə yer kürəsinin iki vilayətlərində Nil vadisi və Mesopotamiyada tarixdə ilk dəfə olaraq sinfli cəmiyyət və dövlət yaranmışdı. Qədimdə yalnız Nil çayının vadisi Misir sayılırdı. Bütün Nil vadisi mahiyyətcə vahədir. Nil çayının, onun vadisinin münbit səviyyəsinə çatılması üçün insan əməyi tələb olunurdu. Çaxmaq daşından istehsal olunmuş kənd təsərrüfat alətləri ən mükəmməliklə seçilirdi. Kənd icması üzvləri tərəfindən əzəmətli suvarma sistemləri yaradılırdı. Mərkəzləşmiş dövlətlərin yaranmasından əvvəl Misir bir neçə vilayətə bölünmüşdü.


Ardı →

Hindistan tarixi qədim zamanda

E.ə. III minillikdə Mohenco-Daro və Harappa səhərləri meydana gəlmişdir. Bu şəhərlərin əhalisi:
►  Metal işləmə ilə məşğul olurdular
►  Tunc  və qızıldan   müxtəlif  əsyalar düzəldirdilər
►  Yazıdan istifadə edirdilər.
Ardı →

Assuriya mədəniyyəti

Assuriya dövləti İkiçayarasının şimal hissəsində, İraqın ərazisində mövcud olmuşdur. Assuriyanın ərazisi əsasən dağlıq olduğu üçün burada əkinçilik bir o qədər inkişaf etməmişdir. Lakin burada çoxlu faydalı qazıntılar və meşə materialları vardır. Assuriya əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir. Assuriyalılar mis, tunc, qalay və sonra dəmirdən istifadə etmişlər.

Dəclə çayı sahilində Aşşur (indiki Kilat-Şerkət) şəhəri salınmışdır. Bu şəhər dini mərkəz və paytaxt hesab olunurdu. Aşşur allah adı və Assuriya ölkə adı bu şəhərin adından əmələ gəlmişdir. Assuriya əvvəlcə Cənubi Mesopotamiyadan asılı idi, e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı. I minilliyin başlanğıcında Ön Asiyada dəmirdən istifadə təsərrüfatla yanaşı, hərbi sənətin inkişafında mühüm rol oynamışdır. Assuriyalılar bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük nailiyyətlər qazanmışlar. E.ə. VIII-VI əsrlərdə Assuriya Ön Asiyada ən qüdrətli hərbi dövlətə çevrildi.


Ardı →

Qədim Misir

Misirin coğrafi mövqeyi. Nil daşqını. Qədim Misir Afrikanın şimali-şərqində Nil çayının vadisində və deltasında yerləşirdi.Dünyanın ən uzun və ən çox lil gətirən çayı Misir ərazisində axırdı. Onu «Böyük çay» da adlandırırdılar. Qədim Şərqdə Misir qızılı çox olan ölkə hesab edilirdi. Qızıl Nubiyada, mis Sina yarımadasında hasil edilirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvü maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini «Qara torpaq» adlandırırdılar. Qədim Misirlilər ili üç dövrə bölürdülər: 1. İlin başlanğıc dövrü (iyul). 2. Torpağın oyanışı, əkin-biçin dövrü. 3. Quraqlıq (susuzluq) dövrü.
Davamı →

Qədim Misir və Xet dövləti

Yeni Şahlıq dövründə Xet dövləti xeyli yüksəlmiş və qüdrətli bir dövlətə çevrilmişdir. Kiçik Asiyada öz mövqelərini möhkəmlətdikdən sonra Xet şahlığı cənuba doğru irəliləyir və Simali Suriyada böyük nəticələr əldə edirdi. Hetlərin müəyyən zaman zəifləməsindən istifadə edən Mitanni Fəratdan qərbdə, əsasən dəŞimali Suriyada müvəffəqiyyət qazanmışdır. Xet şahı I Suppiluliumas Mitanninin qüdrətinə son qoydu. Xet qoşunları yuxarı Fəratdan keçərək kiçik hürri şahlıqlarmı məğlub edir və Mitanninin paytaxtı Başşkanini darmadağın edirdi. Suppiluliumasm Şimali Suriyaya müvəffəqiyyətli yürüşləri nəticəsində Mitanni Fəratdan qərbdəki torpaqlarını itirdi. Bu dövrdən Şimali Suriyada Hetlərin uzunmüddətli ağalığı başlayır.
Supiiluliumasın dövründə Xet dövləti ilə Misir arasında münasibətlər yaxşı idi. Buna əsasən Supiiluliumasın firon Exnatona taxt-taca çıxması münasibətilə yazdığı təbrik məktubunu göstərmək olar. Lakin xetlərin Suriyada apardığı siyasət onların Misir ilə toqquşmasına gətirib çıxardı. Xet dövləti öz hakimiyyətini cənuba doğru genişləndirməkdə davam etdirdi.


Ardı →

Əhəmənilər dövləti

Əhəmənilər dövləti (е.ə. 550 — е.ə. 330)
Midiya dövlətinin zəifləməsindən istifadə edən fars tayfa başçısı II Kir e.ə. 553-cü ildə muharibəyə başladı və e.ə. 550-ci ildə Midiya dövlətinə son qoydu. e.ə. 550-ci ildə Əhəmənilər dövləti yarandı. II Kirin hakimiyyəti illərində (e.ə. 550-530) asağıdakı ərazilər işğal edildi:
►e.ə. 547-ci il Kiçik Asiyada Lidiya carlığı
►Kiçik Asiyada bəzi yunan koloniyaları
► e.ə. 539-cu ildə Babil padsahlığı
Qeyd: II Kir e. ə. 530-cu ildə Massaget hökmdarı Tomris tərəfindən öldürüldü.
Davamı →

qədim Hindistan

Təbiəti. Qədim şəhər xarabalıqları. Qədim Hindistan Asiya qitəsinin cənubunda eyni adlı yarımadada yerləşirdi. Himalay sıra dağları Hindistanı başqa ölkələrdən ayırdığına və şimal küləklərindən qoruduğuna görə burada havalar hətta qışda da isti keçir. Hindistan yarımadası yayladan ibarətdir. Yayla ilə Himalay sıra dağları arasında ovalıq yerləşir. Hindistan ovalığının qərbində Hind, Şərqində Qanq çayı axır. Bu çaylar başlanğıcını Himalay dağlarından götürür.
İnsanlar Hindistanda qədim zamanlardan məskən salmışlar. Arxeoloqlar e.ə. III minillikdə salınmışMohenco-Daro və Harappa şəhər xarabalıqlarını aşkar etmişlər. Qazıntı zamanı qala, onun içərisində saray, üçmərtəbəli evlər, tunc, qızıl əşyalar, hələ də oxunması mümkün olmayan yazılar tapılmışdır. E.ə. II minillikdə naməlum səbəbdən əhali şəhəri tərk etmişdir.


Ardı →

Möhtəşəm sivilizasiya: Qədim Misir

Qədim Misir insanın minilliklər əvvəl qurduğu incəsənət və elm cəhətdən ən heyranedici sivilizasiyalarından biridir. Qədim misirlilər ibtidai cəmiyyətin davamçısı olmayacaq qədər dərin təcrübə və biliyə malik idilər. Batil bütpərəst dinə mənsub olan misirlilər arasında hz. Nuh, hz. İbrahim dövründən qalan incəsənət biliyinə malik ustalar vardı. Bu yəhudi ustalar keçmiş peyğəmbərlərin dövründən öyrəndikləri bilikləri tətbiq edirdilər.

Dövrümüzdə dünyanın bir çox ölkəsi misirlilərin mədəniyyət səviyyəsinə çata bilməyib. Bu gün Afrikanın müxtəlif bölgələrində, Cənubi Amerikanın bəzi yerlərində, Asiya torpaqlarında, Misir də daxil olmaqla, bir çox ölkədə keçmişdəki sivilizasiya səviyyəsindən çox geri qalmış həyat tərzi hökm sürür. Tibb, anatomiya başda olmaqla, şəhər planlaşdırma, memarlıq, incəsənət, toxuculuq kimi sahələrdə çox irəliləmiş Misir sivilizasiyası bu gün böyük təqdir və heyrətlə elm adamları tərəfindən tədqiq olunur.

 Tibbin mənşəyi qədim Misirdə

Qədim Misirdə tibbin çatdığı inkişaf səviyyəsi çox təəccüblüdür. Qazıntılarda əldə edilmiş tapıntılar arxeoloqlarla yanaşı, bir çox tarixçini də heyrətə salmışdır. Çünki heç bir tarixçi e.ə. 3000-cü ildə yaşamış qədim sivilizasiyadan bu cür inkişaf etmiş texnologiya gözləmirdi. Bu gün rentgen şüaları vasitəsilə mumiyalar üzərində aparılan təhlillər nəticəsində qədim Misirdə beyin əməliyyatlarının aparıldığı üzə çıxmışdır. Üstəlik, bu əməliyyatlar olduqca peşəkar metodlarla həyata keçirilmişdir. Cərrahiyyə əməliyyatı aparılmış mumiyaların kəllə sümüyünü tədqiq etdikdə əməliyyat yerlərinin düzgün kəsildiyi görülüb. Hətta bu insanların əməliyyatdan sonra həyatda qaldıqlarını sübut edən bitişmiş kəllə sümüklərinə rast gəlinmişdir.


Ardı →

Mesopotamiya dövlətləri və Misir əlaqələri

Mitanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı və Fələstini özünə tabe etmişdi.
Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi. Mitanni ərazisindən Ön Asiya ölkələrinin mühüm ticarət yolları keçirdi. Mitanni dövləti bir çox qonşu ölkələr ilə əlaqələr saxlayırdı. Ell-Amarn məktublarındakı məlumata görə, müxtəlif Mitanni malları Misirə göndərilirdi.
Mitanni əhalisi mənşəyinə görə, əsasən hürilərdən ibarət olmuşdur. Mitanni şahları – hətta Hind-ari mənşəli adlar daşıyanlar da, məişətdə hürri və akkad dilində danışırdılar. Akkad dili beynəlxalq ünsiyyət vasitəsi idi. Hürri dövlətlərinin (Arrapxa, Alalax, Uqarit) sosial quruluşlarındakı oxşarlıq, Mitanni cəmiyyətinin də onlardan o qədər seçilmədiyini göstərir.


Ardı →