Futbol - gözəl qollar

Aprel ayının son həftəsinin ən gözəl qolları....
Məncə ən xoşuma gələn qollar ilk və son qollardı. Sizcə hansı qol daha gözəldi?
 

11 şərh

bankir
Həmin gün Interə uduzsa sa,Barcelonada Gerard Piquenin qolu çox gözəl idi.
Birinci və axırıncı qol isə danışmıram.Super!
Amma seçimlər yaxşı olsa da,video xoşuma gəldi,ekranın yarısı qara lent,ortanın da xeyli hissəsini loqo və reklam tutur.
r9perviz
Orası düzdü, amma bu gözəl qolları başqa videoda tapa bilmədim.
Freddie
Məncə Pique-nin qolu ən gözəli idi. O biri qolların bənzəri çoxdur. Baxsan, hər həftə o cür qollar görmək mümkündür. Amma Pique-nin qolu necə deyərlər «special one» idi. r9perviz, sən deyəsən c.ronaldonun pərəstişkarısan. onun niki cr9-dur ona görə deyirəm…
r9perviz
Yuxarıdakı qolların hər birinin öz gözəlliyi var. Əlbəttə ki zövqlər müxtəlifdir və mübahisə edilməz. 
Cristiano Ronaldo yaxhsı oyunçudur, oyunundan da xoşum gəlir. Amma mən əsl Ronaldonun pərəstişkarıyam, hansının ki niki R9-du. Duzdu, o artıq qocalıb, amma yenə də pis oynamır. İndi onun oyununa baxacam, Corintians — Flamenqo :)
Freddie
Mənim də əsl Ronaldodan xoşum gəlir. Amma bir şeyə görə də ondan zəhləm gedir. Pula görə Barcadan çıxıb İnterə getməsi. düzdü onun transferi vaxtı İtaliya çempionatı dünyanın ən güclü çümpionatı idi. Elə Fiqo da İtaliyada oynamaq üçün alışıb yanırdı. Amma bir şey var ki, Ronaldo Barcada qalsaydı heç bir şübhə olmadan Yer üzünə gəlib getmiş ən güclü futbolçu olacaqdı. Bir mövsüm oynadı Barcada. 49 oyuna 48 qol. Bu onun ən yaxşı göstəricisi olub. Hələ ortada Coppa Americada da oynamışdı. Olmasa daha çox qol vurardı. İtaliyaya gedən kimi isə bədbəxt oldu.
r9perviz
Əslində o italiyada oyununa görə yox, zədəyə görə bədbəxt oldu. Yenə də dünyanın ən yaxşı oyunçularından biridi. Barcelonada bir sezona 47 qol vurub, bu Barcelona rekordudu. Messi bu rekordu təzələmək üçün son iki oyunda 3 qol vurmalıdı :(:)
r9perviz
Oyunun 32-ci dəqiqəsində Ronaldo əl barmaqlarının ucu ilə qol vurdu :) Düzdü qol rəqib komandanın oyunçusunun ayağına yazıldı, amma son olaraq Ronaldanın əlinə dəyib qapıya girdi :)
r9perviz
İndi isə Ronaldo özü baş ilə qol vurdu, ondan çıxmayan iş :)
Freddie
livescore-da ikisi də Ronaldonun ayağına yazılıb… Sabah dünya çempionatı başlayacaq, ancaq bunların libertadoresi indi başlayır :)) deyəsən 1/8-di.
Freddie
Əməlli başlı uluduzlar yığınıdıre… Ronaldo, Carlos, Adrionao, Vaqner Lav… Vaqner yaxşı qol da vurdu ha :))
r9perviz
Bütün sönmüş ulduzlar Braziliya çempionatına yığılıb. Flamenqoda Kleberson və Maldonado da oynayır. Bu dəfə Ronaldo nə əcəbsə yaxşı oynayır :)
Hesab hələ ki 2-1di, amma bu hesab Corintiansa sərf eləmir, 1-ni də vurmalıdılar :(