Dinozavrlar haqda

Dinozavrlar 160 milyon il ərzində bizim planetimizdə ən üstün  canlılar idi. İndi bu nəhəng məxluqların bütün qalıqları sümüklərdir. Daşlaşmış qalıqlar göstərir ki, 65 milyon il əvvəl  nəsə Yerin bütün ekosistemini məhv etdi və dinozavrlar bütün başqa növlərin təxminən 50%i ilə birlikdə qəfildən qırıldı. Bəs onların nəslinin kəsilməsinə nə səbəb oldu? Çox illər, bu sual fərziyyələrdə itib -batan sirr olmuşdur.

Dinozavrların daşlaşmış qalığı: dinozavrlar niyə qırıldı? Yox olma  hadisəsi  :1970-ci illərdə bu fərziyyələr  Kaliforniya Universitetinin Berkley  komandanın sayəsində real elmi tədqiqata çevrildi Geoloq Walter Alvarez Italiyadaki  Guppio dağlarındakı qaya laylarını araşdırırdı. Bu vaxt O Təbaşir və üçüncü dövr laylarının arasında ( bu qatların sərhəddi kt sərhəddi kimi də tanınır) bir qata çatdı.təbaşir qayası daşlaşmış qalıqlarla dolu  amma üçüncü dövr qaysında  heç nə yox idi.Bu qara-qəhvəyi K-T qatı dinozavrların məhv olduğu dövrdə formalaşmışdır.

Alvarez bu laydan bir sıxma götürdü atası dahi fizik Luis Alvarezin analiz etməsi üçün. Onlar nüvə kimyaçısı Elen Michels və Frank Asaronun köməkliyiylə kəşf etdilər ki, o element iridiumun yüksək miqdarını özündə saxlyır.Bu element yer qabığının çox ndir elementidir, amma  K-T sərhəddində iridiumun səviyyəsi  əvvəlki tapıntılrdan 200 dəfə daha çox idi.bu qədər iridium haradan gəlmişdi? Başqa planetdən gələn komet və asteroidlər kimi o ərazilər iridiumla zəngin idi.Bu qat   Alvarezin kamandasına asteroidin fərqli əlamətlərini  göstərirdi. 1980-ci ildə Luis Alvarez və onun oğlu asteroidlərin dinozavrların məhvinə səbəb olması fikrini irəli sürdülər.

O vaxtan bəri geokimyaçılar iridium anomaliyalarını  K-T  sərhəddində dünyanın yüzlərlə ərazisində kəşf etdilər.Bu ərazilərdəki sərhəd qayaları meteorit əlamətlərini  heç bir dəyişikliyə uğramadan özündə saxlayır.Bu aşınmış qayalar yüksək hərarət və  partlayışın gücündən  ərimiş, sınmış  və deformasiyaya uğramış fiziki dəyişikliklərin  başlama  əlamətlərini göstərir.Məsələn kvars kimi dəyişikliyə uğramış minerallar ümumilikdə K-T sərhəd qayasındadır. Bunlar gözlənilməz təzyiq altında formalaşır.indiki dünya səthində itmiş asteroid izləri  vaxtilə nəhəng olub.Bəs asteroidlər hansı ərazilərə düşmüşdilər?Asteroidlərin  qoyduğu izlər   tədqiq  etdilən ərazilər idi .      Asteroidlər hansı ərazilərə düşmüşdü? 1990-cı ildə Arizona universitetinin  mütəxəsisi Alan Hildebrand Meksika Neft Şirkətinin  prezidenti  işləmiş  geofizik Glen Penfieldlə əlaqə qurdu. Penfield  onun potensial crater  sahəsini  kəşf etməsinə  inandı.Meksika  neft şirkətinin Yukatan  yarmadasındakı  qədim tədqiqat tarixinə  baxarkən Penfield  qayanın  nəhəng  batmış bir  qövsünü  gördü.sonra o 1960-cı illərin region qravitasiya  xəritəsində  başqa bir qövs aşkar etdi.Bu qövs böyük dayirəylə  formalaşmada  ilk uyğun gələni idi.Dərin dairə Yukatan yarmadasının ucunda  Puerto Chixulub kəndindin ətrafındaydı. Penfieldin tapdığı  krater 100  mil  enliyində  idi.Penfield bilirdi ki. Meksika Neft Şirkəti 50  il  əvvəl yukatan yarmadasının  həmin ərazilərində neft axtarışları aparıb. Tədqiqat quyusu  qazılarkən işçilər  andezit  adlanan  qeyri-adi bir vulkanik qayaya  çatdılar. Hildebrand və Penfield andezit nümunələrini  yenidən tədqiq etdilər. Analizlər zamanı müəyyən olundu ki, qaya özündə çoxlu  metamorfik  minerallar saxlyır.Daha sonra dəlillər sübut  etdi ki, Chixulub krateri K-T təsirli ərazidə idi.Elmi komitə belə qərara gəldi ki, burda nəvaxtsa yer üzərində mövcud olmuş təsirlərdən məhv olmuş solğun  çapıqlar  var.



Belə ki,65 milyon il əvvəl Everest dağı boyda 2.6 milyard tonluq  asteroid  səmadan saatda 40000 mil sürətlə  yerə  çırpıldı.Asteroid 100 milyon meqaton dinamit enerjiylə  Meksika ərazisinə düşdü. Böyük təsirli dalğalar bir saniyəyə  yayılırdı. Yaranmış toqquşma nəticəsində  Meksika körfəzi ətrafında böyük sunamilər  yarandı. Yer titrədi , vulkanlar püskürdü , böyük küləkli qasırğalar  yarandı. Atmosferdə ümumilikdə trilyon tonlarla çəkidə  kütlə yığıldı. Ətrafı  böyük ildırımlar  bürüdü. Hər şey 300 mil ərazidə toqquşmanın təsirindən dərhal  dağıldı. ,amma bu asteroid  qlobal dəyişikliyə  səbəb oldy.Toqquşma nəticəsində yaranan  toz kütləsi  atmosferə  yayıldı. Asteroid  çirkləndirən ərazilərə günəş işığı  düşmürdü.  Beləliklə yerdə aylarl qaranlıq  hökm sürdü.Qida zənciri dağıldı və dinozavrın 165 milyon illik yerdəki həyatı sona çatdı.Yer kütləsi canlılarının 85% -i məhv oldu. Yalnız 15 % sağ qaldı .İridiumla zəngin lay dinozavrlarla məməlilərin  yaşını müəyyən etməyə imkan  verdi.Dinozavrların yox olması məməlilərin inkişafına səbəb oldu.                                                                                                                                                                                                            Müəllif: Dilqəm Kərimov


Oxşar məqalələr

 

2 şərh

2ral
Sonuncu dəfə xəbərdarlıq olunur.CAPSLOCK-dan istifadə etməyin. Həm postun adında,həm də teqlərdə CAPSLoCK qəti yolverilməzdir. Cümlələrinizdə vergüldən istifadə edin. Cümlələrinizin mənası da mükəmməl deyil.