Həndəsənin əsas anlayışları

1. Həndəsənin əsas anlayişları asağıdakılardır:
Ø Nöqtə
Ø Düz xətt
Ø Yarım düz xətt və ya şüa
Ø Parça
Ø Bucaq

2. Nöqtə və düz xətt ilkin anlayışlar olduğundan onlara tərif verilmir.
Düz xətti kiçik hərflə və ya onun üzərində olan hər hansı iki nöqtə ilə də işarə etmək olar. Мəsələn; a-düz xətti və ya AB düz xətti
AB düz xətti
3. Düz xəttin verilmis nöqtəsindən bir tərəfdə olan bütün nöqtələrindən ibarət hissəsinə yarım düz хətt və ya şüa deyilir.
A – şüanın baslanğıc nöqtəsidir.
şüa yaxud yarım düz xətt
4. Düz xəttin iki nöqtə ilə məhdudlanmıs hissəsinə parça deyilir.
A və В nöqtələri parçanın uç nöqtələridir.
Parça |AB| kimi işarə edilir. Parçanı ölçmək üçün mm, sm, dm, m, km kimi uzunluq vahidlərindən istifadə edirlər.
AB parçası (həndəsə)
5. Bir nöqtədən şıxan iki süanın əmələ gətirdiyi həndəsi fiqura bucaq deyilir.
Şəkildə O-təpə nöqrəsi, АО və BO bucağın tərəfləridir.
Bucağı bucağı işarələməkkimi işarə edirlər.
Bucağı dərəcə və ya radianla ölcürlər.
Məsələn, 15°, 30°, 2 rad, — və s. Bir radian təqribən 57°-yə bərabər götürülür.
1 radian bucaq=57 dərəcə
Aşağıdakı cevrilmələri də bilmək lazımdır:
bucaqların dərəcə ölçüsü
Bucaq və bucağın növləri haqqında.
 

2 şərh

Abdulyar
Abituriyent vaxtları xatırladım.
Ferbara
luminat, sizə təşəkkür edirəm. Həndəsə ən sevdiyim fəndir. Sizə uğurlar.