Payızın məndəki yeri

Payızdan xoşum gəlir.
Bədənləri yorğun ruhların fəslidir payız.
Payız mənim fəslimdir.
Bu fəsildə doğulmadım deyəmənimdir payız.
Buludlar da ağladığı üçün məndəndir payız.
Sakitlik çökür payızda küçələrə, sakitlik çökürdərdli qəlblərə.
Tənha,
xəstə qəlblərə.
İnsanlar öləndə payız olur həmişə.
Payızdakı yorğunluq, küskünlük bürüyür insanı
Sən adlı ağacdan bir yarpaq da düşür sevdiklərin öldükcə,
sevdiklərin getdikcə.
Nə qışı gətirib unuda bilirsən,
nə yazı qaytarıb yenidən başlamaq gəlir əlindən.
Zəif düşürsən payız kimi,
hər gün daha çox, hər gün daha artıq üşüyürsən.
Yoxluqlar dondurur ruhunu. Yağdıqca sevinirsən.
Sevinirsən ağlaya bildiyinə.
Yoxsa qəhərin dondurar səni.
İnsan payız var olduğu üçün güclüdür.
İnsan dolub- dolub boşaldıqca,
sellərini axıtdıqca yanağından aşağı ölməyə bilir,
gətirməyə bilir dərdləri ilə dərdli qışı.
Darıxıram.
Ürəyim çırpınır nəyi isə gözləyən adamlar kimi.
Gözlədiyim yoxdur ki,
payızdan savayı.
Mən bir tək payızı gözlədim,
Səni gözlədiyim kimi.
Payız gələndə yadıma düşür sənin getməyin.
Səni itirməyim,
məndə ölməyin payızda gəlir ancaq yadıma.
Payız ovudur məni, mən güldükcə gülənlərim getdi hamısı.
Bircə payız məni göz yaşlarımla tək qoymadı,ağladı mənimlə
- mənim dərdimə.
Birgə ağlayırıq payızla ,
Sənə.
Sən mənə xoşbəxtlik verdin gedişinlə.
Çünki sən gedəndən payız gəldi ömrümə.
Sevdiyim fəsillə bir ömür boyu yaşamağı bəxş etdin mənə.
Öz ömrün yazlarda, qışlarda bəlkə.
Payızın məndədir,
payızın mənimlədir.
Payızı görürəm mən hər güzgüyə baxanda.
Nəmli gözlərimdə bir qara bulud.
Saralmış bənizimdə xəzan görürəm.
Heç bir ümidim yox axrım soyuq qış.
Sənli yazlarımı uzaq görürəm.
Yox olub üzümdən gülüşüm.
Gedib həmişəlik sənli günəşim.

 
 

10 şərh

Shabnam_Ilham
Payız, bu fəsli həqiqətən də çox sevirəm. İnsanı düşünməyə vadar edir. Mənə elə gəlir ki, insanlarla söhbət edə bilmədiyim, dil tapmadığım zamanlarda Payız mənə kömək olur, onun o soyuqluğu, qaranlığı mənim bütün fikirlərimi, düşüncələrimi oxuyur, mənə bir növ yardımçı olur. Çox sağ olun bu şeir üçün :)
ayik

Buyurun. Şad oldum ki, bəyəndiniz

SAmkam
PAYIZA OLAN SEVGIN MENI SEVINDIRDI SONRA KEDERLENDIRDI SONDA COXXXXXXXXXXXX DUSHUNDURDU
Someone
əgər bu hisslərə maliksinizsə deməli çox xoçbəxtsiniz…
SAmkam
HEEEEEEEEEEE COX BEYENDIM COXXXXXXXX?HER KES BELE DERIN DUSHUNE BILMEZ SIZI KIMI.
ayik
Ne xosh mene ki SAmkam oxudu yazdigimi — dushundu. sevindiiiii
Medikamentoz
Təəssüf ki,bir o qədər romantik deyiləm.
azadmamedov90
agilli insanlara gozel ibretler var bu fesilde...1az dusunmek gerek...her yerde de olmur bu fesil,ya hemise qis, yada hemise yaz olur,belkede yay olur,ama bu fesil yalniz bizde gozlenilmez olur,yagis yagir kucelerimizde sel olur, yarpaqlar tokulur yollarimiz zibil olur…
Medikamentoz
Təşəkkürlər Şükran :)
heyatin-ellerinde
coxsaolun emeye twk..cox gozel idi.bezen deyirler ki sevgi bu fesilde bitir belke de sevgiler bitmek ucun bu fesli gozleyir.........
Can ey payiz gunahkarsan menim kimi
etmediyin emellerde istemeden parca-parca azalirsan
gelenlerde gedenlerde.............................
.....................................................
..........................................
Indi yene gelirsen sen amma onsuz
onun mende qalan izin silmek ucun?
yoxsa onsuz menim nece oldugumu bilmek ucun ?
gel ey payiz gozleyirem
Sebebini bilmeyirem
Belke boyuk sehv edirem amma seni gozleyirem
Bir sevginin huznu ile hesretini gozleyirem
Xezan olub tokulmekcun
her kes sevgi gozleyerken
Men de seni gozleyirem