Kim deyir ki mən sənsizəm?

Sən yuxusuz gecəmdəsən.
Ürək kimi sinəmdəsən.
Ölənəcən, mənimləsən,
Kim deyir ki, mən sənsizəm?

Sən gözümün, qarasısan,
Bu qəlbimin yarasısan.
Məndə mənlə qalasısan,
Kim deyir ki, mən sənsizəm?

Sən ən əziz yerimdəsən,
Sən nəgməmədə, şeirimdəsən,
Ruhum tək bədənimdəsən,
Kim deyir ki, mən sənsizəm?

Rəhimli tək, qanımdasan,
Mən sağ ikən canımdasan,
Hər dəqiqə, yanımdasan,
Kim deyir ki, mən sənsizəm?



Müəllif:Aygün Rəhimli
 

35 şərh

kulturoloq
Şeir özu mənə görə Bayağıdır.Şəkildə həmçinin!!!
Kinosunas
Cahandar,əllərinə sağlıq
cahandar
bayağı deyəndə nəyi nəzərdə tutursan?
Shabnam_Ilham
Çox xoşuma gəldi, oxuyarkən adamı bezdirmir… Əlaaa :)
lili95
ikinci bənd məhşur bir mahnını xatırladır
lili95
sekildeki qiz da deyesen tanış simadır axı
cahandar
Şəkildəki qız keçənlərdə «Mehriban düşmən» filmi gedirdi ordakı Vikkidir -Viktoriya yadınıza düşdü? Migel Anxel,Mariya Laura və.s  Çox sevilən və baxılan serial idi.
Rene
Xulyo Sasaq Gerero ))) Adları indiyə kimi yadımdadı. )))) Uşaq idim o vaxt, Aztv-de verirdilər,  H.Əliyevin 2-3 saatlıq çıxışları olurdu deyə serialı gecə 1-də, 2-də verirdilər, biz də oturub gözləyirdik ))))) Hətta atam da baxırdı )))))
Rene
Sasar olmalıydı ))) Yazıda səhv gedib ha, ad düz yadımda qalıb. ))
Angelie
Bəlkə, Sesar idi?))
Rene

Özünü burda da biruzə verməsən olmazdı?! )))) Nə yaxşı Xulyo yox Julio olduğunu yazmamısan? ))) Öldürəcəm səni ))))

Angelie
Çünki Julio dilimizin orfoqrafiya qaydalarına uyğun deyil, Rene,
Rene
Siz necə də kinlisiniz ))) Bəs Angelie dilimizin orfoqrafiya qaydalarına uyğundu? Gül kimi adınız var ))))))
Angelie

Məncə, dilimizdə heç Rene adı da yoxdu)).

Rene

Bu ad deyil, təxəllüsdü )))) Məndən olsa adımla qeydiyyatdan keçərdim, amma kayzendə o adda istifadəçi var imiş, mən də Rene seçdim.  Ən azından yazıldığı kimi oxunur, yoxsa sizə adam bilmir Anjeli desin, Angel desin, yoxsa nə desin. Bəlkə Ancelina? )))))) Ancelina bacı ))))))

Angelie
Tay Sizə sözüm yoxdu))). Siz qalibsiniz).
lili95
he uzundeki xallardan xatirladim.
məryam
Ne kinosuna baxmışam, ne üzünü görmüşem.
cahandar
:)) o kino gedəndə sənin yəqinki 1-2 yaşın olardı.Bəlkə də həyatda yox idin :)) mən 1-8ci sinifdə oxuyurdum səhv etmirəmsə.orta məktəbi də bitirdiyim hardasa 11 ildir.
məryam
Deyesen 0 olmalıdı:)
lili95
he ele deyesen 1998 ci il idi.6 da oxuyurdum
MaksiMuS
Qeweng qizdi, tfu cawdime qewey weirdi.ama sevgiye aid weirler meni hemiwe kederlendirir.odurki menden sadece +
Silen_ce
Şerə bənzəyən heç nə yoxdur axı burda
cahandar
silen sən onda nağıl hesab et.yadaki ədəbiyyata müraciət et. :)))
Silen_ce
bəlkə Braziliya seriallarına müraciət edim? :)))
Karizma

meslehetdi

ElcinHesenov
Paylaşım üçün təşəkkür
pascal
Elə bil uşaq yazıb bu şeiri. Hanı bu şeirin dərin mənası? İstiotu, duzu? Hanı zəfəranı, sarıkökü? ;) :)
_BUMERANQ_
pascal
)) Еmosiyadan əlavə, şeiri insana sevdirən ondakı məna, axıcılıq, bir az da fəlsəfəsidir. Burda məna da yoxdur axı. Adi sözlər yan-yana düzülüb. Kulturoloqla tamamilə razıyam. Son kupletdəki «Rəhimli tək, qanımdasan»ı başa düşən varsa, mənə anlatsın. :)
_BUMERANQ_
mən başa düşmüşəm, qafiyə xətrinədi  ;)