Təklik nədir?!

Günlərlə telefonunun susması - bu təklik deyildir
Bu-pis dostların olmasıdır

Saatın əqrəblərinin səsisini eşitmən- bu təklik deyildir

Bu boş vaxtlarının çox olmasıdır
Gözlədiyin biri yoxdursa- bu təklik deyildir
Bu-pessimizmdir
Başqalarının həyatından oğurlayıb,öz həyatını tamamlamaq-bu təklik deyildir
Bu-özünə inamsızlığındır.

Danışmağa heç kim olmayanda və sən özün -özünlə danışmağa başlamağın-bu təklik deyildir
Bu-xəstəlikdir

Öz boş otağında günlərlə ağlamağın- bu təklik deyildir
Bu-depressiyadır

Düşünürsən ki, səni heç kim anlamır- bu təklik deyildir
Bu-eqoizmdir

Nəfəsin kəsilənə kimi qışqırmaq istəməyin- bu təklik deyildir
Bu-ağrıdır

Sən heç kimə lazım deyilsənsə- bu təklik deyildir
Bu-özünü aldatmaqdır

Mən Səni Sevirəm... 
Təklik - bizə 3 sözdən ibarət cümlə deyilmədiyi zaman özümüzün uydurduğumuz yalandır.
 
 

16 şərh

rezerv

Men hec ne de anlamadim

MaksiMuS
Mən tənhalığı çox sevirəm, bəlkə də ruhumla, O-nunla ancaq o zaman baş-başa qala bilirəm.Tənhalığın verdiyi hüzuru heçkim və heçnə verə bilməz.AMA HƏYATI paylaşmaq ondan da gözəl və hüzurvericidi.Əlbət paylaşacaq insan varsa, yoxdusa hüzuru pozanları çıxartmaq gərək həyatından!
Topik
MaksiMuS
Topik maraqlı üslubda yazılıb.Oxunulasıdı.Əməyə hörmət təşəkkür.
rezerv

Burda yanliz mene tam aid olan :daismaga hec kim olmayanda ve sen oz — ozunle danismaga baslamagin. Bu hal mende cooooox yasanir bele cixir ki, men xesteyem. Amma mence padrukam yoxdur.

Mayak
Eyni ile mendede olur oz-ozumle daniwmaq… menim refiqem var amma meni anlayan yoxdur… :(
Rene
Tam məni təsvir eləmisiniz ki… ))
MaksiMuS
Rezerv gentlemanlıqdan uzaq da olsa neçə yaşınız var?
rezerv
Xosdur o bir az orta yasli xanimlara agir gelir. Menim 17 yasim var.
Rene
Belə çıxır ki, orta yaşlarınızda yaşınızı deməkdən çəkinəcəksiniz? ))
Blue

Rene burdasan 

 

rezerv

Elbetde xeyir.Hec zaman cekinmerem. Ehdiyyacimiz mence yoxdur cunki Xanimlar her yasda gozeldir.

MaksiMuS
Şablon səslənsə də düzdü :)
heyatin-ellerinde
Tənhalıq gözəldir əslində. Tənhalığı sevirəm, çünki insanın özü ilə tək qaldığı yeganə vaxtdır. Nəyi səhv nəyi düz etdiyini onda anlayır insan.
Maraqlıdı
azadmamedov90
razılaşıram-ama… Əgər sən fərqli dildədanışırsansa bu eqo`dan irəli gəlmir-
das_dovru
məncə  yürüdülmüş mühakimələrdə ziddiyyət çoxdur. 
A_T_zade
Maragli topikdir. Fikirlərlə həm raziyam həm də yox. Həyatimizda rastlaşa biləcəyimiz ən kiçik çətinliyin belə öz funksiyasi var. Elə tənhaliğında. Sadecə önəmli olan bizin nədən necə nəticə çıxara bilməyimizdir. Axı həyatda mənasız olan və ya öyrənilməyəcək bir şey yoxdur. Tənhalıq öz-özümüzlə hesablaşa biləcəyimiz yeganə andır. Yalnışlarımızı və ya doğrularımızı görə biləcəyimiz bir an. Bəzən gücdən düşdüyümüz zamanlar yenidən özümüzü toplaya bilməyimiz üçündür tanhalıq. Bəzən özümüzü, bəsənsə başqalarını anlaya bilməyimiz üçündür tanhalıq.
  Günlərlə telefonun susması təlik deyil. Bu pis dostlarin da olması deyil. Bu sadecə mənim yalnış insanlara dost deməyimdir.
   Saatın əqrəblərinin səsini eşıtməyimizdə təklik deyil. Bu bəlkədə boş vaxtımın çox olması ola bilər. Amma bəzən itirdiyim vaxtıda nəzərə ala bilmək üçün tənhaliq önəmlidir.
   Gözlədiyim biri yoxdursa, bu nə təklik nə də pessimizim deyil. Bu sadecə hələki gözlənilməyə laiq olan insanın həyatımda olmamasıdır.
   " Başqalarının həyatından oğurlayıb öz həyatını tamamlamaq təklik deyil, bu özünə inamsızliğındır". Bəlkə də bu bəzi hallarda düzgün işlədilən bir fikir ola bilər. Yalnız bir şeyidə unutmamalıyıq. Bəzən kiminsə qazanmağı üçün digərinin itirməsi gərəkdir. Amma bu məğlubiyyət anlamına gəlməz.
    Danışmağa kimsə olmayanda özüm-özümlə danışmağım bu nə tənhalıq nə də xəstəlik deyil. Bu sadecə o an yanımda məni dinləyə biləcək insanın olmamasıdır. 
    Günlərlə otağımda tək qalarkan ağlamağım nə tanhalıq nə də depresiya deyil. Bu içimdə alışan hisslərimi göz yaşlarımla söndürməyimdir.
     Düşünürsənki səni heç kim anlamır? Bu nə təklik nə də eqoizimdir.  Bu sadecə özünü doğru insana düzgün anlada bilməməyindir.
     Nəfəsim kəsilənə qədər qışqırmaq  istəməyim bu nə təklik deyil nə də yalnızca ağrı. Bu sadecə içimdə olan özümdür. Çox hallarda susturduğum içimdəki məndir.
      Tənhalıq üç sözdən ibarət olan " Mən səni sevirəm" ifadəsinin bizə deyilmədiyi zaman uydurduğumuz yalan deyil… Tanhalıq gəlbimizdə sevginin bitdiyi yerdə başlayən bir doğrudur və ən nəhayət tənhalıq bütün bunları düşünərək yaza bilməyimə səbəb olan bir həqiqətdir.