Hər bir dərdin dərmanı var

Hər bir dərdin dərmanı var. Dərdin dərmanı tapılsa, Allahın iznilə sağalar.
Peyğəmbər (s): Müalicə olunun. Allah göndərdiyi hər bir dərd üçün dərman da göndərib.
İmam Sadiq (ə) - babalarından: Allahın Rəsulu (s) buyurdu:
"Müalicə olunun. Allah hər bir dərd üçün dərman da göndərib, yalnız ölümdən savayı. Onun dərmanı yoxdur."
"Əl - müstədrək ələs - səhiheyn" kitabında - Əbu Səid Xidri Peyğəmbərdən (s): Allah hər bir dərd üçün dərman yaradıb. O dərmanı bilən bilib, bilməyən bilməyib. Yalnız "Sam" -dan başqa.
Camaat soruşdu: - Sam nədir?
- Ölüm.

"Bağdadın tarixi" - kitabında - Cabirdən :Peyğəmbər (s) bir xəstəni yoluxmağa getdi. Mən onunla idim. Peyğəmbər (s) dedi: - Həkim çağıraq?
Xəstə: - Ey Allahın Rəsulu, sən kimi bir şəxs həkim çağırmağı əmr edirsən?!
- Bəli, Allah göndərdiyi hər bir xəstəlik üçün dərman da göndərib.

"Əl - Müsənnəf" - Hilal ibn Yasəfdən: Peyğəmbər (s) zamanında bir nəfər yaralandı. Peyğəmbər (s) həkim çağırmağı əmr etdi. Xəstə dedi: - Ey Allahın Rəsulu, məgər həkim onu sağalda bilər?
- Bəli, Allah göndərdiyi hər bir dər üçün şəfa da göndərib.
İmam Əli (ə): Hər bir canlının xəstəliyi var, hər xəstəliyin də dərmanı.
İmam Rza (ə): Allah bəndəni düçar etdiyi hər bir dərd üçün onu sağaldacaq dərman da göndərib. Hər bir növ dərd üçün bir növ dərman və tədbir vardır.
 

0 şərh