Рейтинг
+41.60

Şahmat

39 üzv, 29 topik

Şahmatı necə oynayırlar?: Qaydalar və başlanğıc bilgilər

şahmat
Dünyada ən məşhur oyun — Şahmat oynamağı öyrənmək heç vaxt gec deyil! Şahmatın qaydalarını öyrənmək asandır:

1-ci Addım. Şahmat taxtasını necə düzməli
Oyunun başlanğıcında şahmat taxtası elə qurulur ki, hər bir oyunçu tərəfdə sağ aşağı küncdəki xana ağ rəngdə olsun. Daha sonra şahmat fiqurları həmişə eyni qaydada düzülür. İkinci sıra tamamilə piyadalardan ibarət olur. Toplar künclərə gedir, onların yanında atlar olur, daha sonra isə fillər gəlir. Mərkəzdə öz rənginə uyğun xanada vəzir (ağ vəzir ağ xanada, qara vəzir qara xanada) və onun yanındakı xanada isə şah olur.
Davamı →

Çempion Aleksandr Alyoxin

1946-cı ilin mart ayının 24-də Portuqaliyanın Eştoril şəhərinin “Park” otelində kişi meyidi aşkar edildi. Ölüm, bu naməlum insanı qəribə vəziyyətdə yaxalamışdı. O, qarşısında şahmat taxtası, kresloda oturmuş vəziyyətdə tapılmışdı. Polis zorakılıq əlamətləri müşahidə olunmayan meyidi ekspertizaya göndərdi. Ekspertlər ölümün səbəbini asfiksiya, udlaqda ilişmiş tikədən boğulma ilə izah etdilər.
Dünya tarixinin ən dahi şahmatçılarından sayılan, birinci rus dünya çempionu Aleksandr Alyoxin, ömrünü sonadək həsr etdiyi işinə sadiq qalaraq, şahmat taxtası arxasında vəfat etdi.
Davamı →

Samuel Herman Reshevsky

Bəşəriyyət tarixi insanları öz bacarıqları ilə heyrət içərisində qoyan bir çox dahi insanlara sahib olmuşdur. Onlardan biri də 8 yaşında 8 qat Amerika çempionu olmağı bacarmış Samuel Herman Reshevsky idi. Ən təəccüblüsü o idi ki, adi əlifbanı belə bilməyən 4 yaşlı uşaq şahmat ustalarını asanlıqla “mat” etməyi bacarırdı.

Gələcəyin çempionu 1911-ci ilin noyabr ayında Rusiya imperiyasının Ozorkuv adlı qəsəbəsində dünyaya gəlir. Onun artıq 2 yaşı olduqda lövhə üzərində şahmat fiqurları çəkməyə başlamış, 4 yaşında isə əyalətdə şahmat oyunu üzrə özünə rəqib tanımırdı. Bir qədər sonra o ailəsi ilə Polşanın Lodz şəhərinə köçür. Məhz burada onun dahi Salye ilə görüşü baş turu və bu görüş Samuel-in şahmat karyerasına böyük təkan verir. Yoxsul ailənin 6-cı övladı olan Samuel-in həyatda irəli getmək üçün bundan daha yaxşı şansı ola bilməzdi. Maraqlısı odur ki, kiçik Samuel məktəbə getmir, heyvanları ayırd edə bilmir, riyaziyyat və digər elmləri bilmirdi. Lakin o hər hansı bir şəkildə böyüklərin belə həll edə bilmədiyi tapşırıqları həll edirdi.
Davamı →

Şahmat haqda

Şahmat sözü Hindcə «Sandregn» sözündən gəlir. Şahmata, İngiliscədə «Chess», Fransızcada «Echecs» deyilir.
E.ə.3000 illərində şahmat kimi bir oyunun Misir və Hindistanda oynanıldığı düşünülür. 1913-cü ildə Murretin yazdığı "Şahmat tarixi«ndə, bu oyunun 570 illərində Hindistanda oynandığını ifadə edir. Aparılan araşdırmalara və ələ keçən kitabələrə görə, şahmat 600 illərində Hindistandan İrana keçmişdir. Bəzi sənədlərə görə, Ərəb tacirlərlə qərbə daşınan şahmatın orta əsrlərdə, xüsusilə XI əsrdən XVI əsrə qədər Türklər və Ərəblər tərəfindən yaxşı oynandığı bilinməkdədir. Bunu sübut edən ən gözəl nümunə də, Harun-Ər-Rəşidin „'Charlemang“-a hədiyyə etdiyi şahmat dəstidir.
Davamı →

Şahmat üzrə dünya çempionatı

Hər yarışın maraqlı tarixi var və iddiaçıların turniri, ümumiyyətlə, şahmat üzrə dünya çempionatı da istisna deyil. Araşdırmalar nəticəsində məlum olur ki, şahmat aləmində dünyanın ən güclüsünün müəyyənləşdirilməsi prosesi təxminən 5 əsr əvvəl, XV əsrdən başlayıb. O vaxt ispanlar daha güclü olub və tədqiqatçıların yekun qənaətinə görə, təqribən 1495-ci ildə dünyanın ilk şahmat çempionunu müəyyənləşdirmək üçün xüsusi yarış keçirilib: turnirdə ispaniyalı Luis Ramires de Lusena qalib gəlib. O, qədim şahmat erasının ilk dünya çempionu hesab olunur.
XVI-XVII əsrlərdə, sonra təxminən 100 illik fasilənin ardınca ta XIX əsrədək oxşar çempionatların təşkil edildiyi barədə məlumatlar var.
Davamı →

Şahın matı qurudu...

İyulun 20-nin Beynəlxalq şahmat günü olduğu artıq hamıya məlumdur. Lakin dünyanın ilk şahmatçı qadını barəsində, yəqin ki, çoxlarınız eşitməmisiniz. Elə isə, keçək mətləbə…

Söhbət Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvidən gedəcək. Məhsəti Gəncəvinin adı, ümumiyyətlə, bir çox sahələrdə birincilik qazanmış insan kimi tarixə düşüb. O, şahmatçı qadın olmaqla yanaşı, həm də məşhur Azərbaycan şairəsi, görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımız olub.
Ardı →

Boris Spasski

30 il bundan əvvəl, Rumıniyanın paytaxtı Buxarestdə beynəlxalq turnir keçirilirdi. Turnirdə Smıslov, Petrosyan, Boleslavski ilə adlı-sanlı iştirakçılarla yanaşı, 15 yaşlı Leninqrad məktəblisi, ustalığa namizəd Boris Spasski də çıxış edirdi. Heç kim ciddi rəqib saymırdı. Lakin elə birinci turda gözlənilməz hadisə baş verir. Spasski şahmat tacına real namizəd olan Smıslovu məğlubiyyətə uğradır. O, turdan-tura görkəmli şahmatçılarla çəkinmədən oynayırdı. Gənc şahmatçı turnirdə 4—5-ci yerləri bölüşdürərək, dünyanın beynəlxalq usta adına layiq görülmüş ən gənc şahmatçısı olur. Bununla da Spasskinin şahmat aləmində müzəffər yürüşü başlanır.


Ardı →

Vasili Smıslov

Şahmat üzrə 7-ci dünya çempionu Vasili Smıslov (Василий Васильевич Смыслов) 1921-ci il martın 24-də Moskvada doğulmuşdur. Ilk müəllimi atası olmuşdur. O, oğlunu ilk dəfə şahmatla 6 yaşında tanış etmişdir.Atasının zəngin şahmat kitabxanası balaca Vasilinin şahmat yaradıcılığının inkişafında böyük rol oynamışdır. O, uşaq yaşlarından P. Morfinin, A. Andersenin, V. Steynitsin görüşlərini öyrənmişdir. Ən çox sevdiyi kitablar — Alyoxinin «Mənim ən yaxşı görüşlərim» və Kapablankanın «Şahmat oyununun əsasları» kitabları üzərində saatlarla oturardı.
1935-ci ildə Smıslov turnirlərdə çıxış etməyə başlayır. Tezliklə oyun tərzi ilə o, yaşıdları arasında fərqlənir. Üç ildən sonra Smıslov gənclər arasında Ümumittifaq turnirində qalib gəlir.
Davamı →

Mixail Tal

Heç bir dünya çempionu Tal kimi mübahisə doğurmamış və Tal kimi sevilməmişdir. Istedadı, riskli oyun tərzi, şahmat sənətində yaratdığı əsərlərə görə o, indi də şahmat həvəskarlarının sevimlisidir.
Mixail Tal (Михаил Таль) 1936-cı il noyabrın 9-da Riqada anadan olmuşdur. Uşaq yaşlarından bacarığı, fenomenal yaddaşı ilə hamıdan fərqlənirdi. Artıq 3 yaşında ikən o, oxumağı bacarır,yanında nə danışılırdısa, yadında saxlayırdı. Onun ən çox sevdiyi məşğuliyyət oxuduğu səhifəni əzbər danışmaq idi. Balaca Mişa birinci sinfə gələndə artıq üç ədədli rəqəmləri fikrən vurmağı bacarırdı. Iki gündən sonra onu üçüncü sinfə keçirdilər. 1952-ildə Latviya universitetinə daxil olmaq üçün ərizə verəndə Talı qəbul etmədilər: hələ 16 yaşı tamam olmamışdı, Maarif nazirliyindən xüsusi icazə almaq lazım gəldi.
Davamı →

Tiqran Petrosyan-"dəmir Tiqran"

Dünyanın 9-cu çempionu Tiqran Petrosyanı (Петросян Тигран) belə adlandırırlar. Botvinnikin fikrincə, şahmatda böyük uğurlar qazanmaq üçün istedaddan əlavə, əməksevərlik, döyüşcü xarakteri və sağlamlıq gərəkdir. Petrosyana işgüzarlığı həyat özü öyrətmişdir. T.Petrosyan 1929-cu il iyunun 17-də Tbilisidə doğulmuşdur. O, uşaq yaşlarında ata-anasını itirmişdir. Çətin keçən uşaqlıq illəri onun xarakterinin formalaşmasında böyük rol oynamışdır.


Ardı →