Рейтинг
+41.60

Şahmat

39 üzv, 29 topik

Samuel Herman Reshevsky

Bəşəriyyət tarixi insanları öz bacarıqları ilə heyrət içərisində qoyan bir çox dahi insanlara sahib olmuşdur. Onlardan biri də 8 yaşında 8 qat Amerika çempionu olmağı bacarmış Samuel Herman Reshevsky idi. Ən təəccüblüsü o idi ki, adi əlifbanı belə bilməyən 4 yaşlı uşaq şahmat ustalarını asanlıqla “mat” etməyi bacarırdı.

Gələcəyin çempionu 1911-ci ilin noyabr ayında Rusiya imperiyasının Ozorkuv adlı qəsəbəsində dünyaya gəlir. Onun artıq 2 yaşı olduqda lövhə üzərində şahmat fiqurları çəkməyə başlamış, 4 yaşında isə əyalətdə şahmat oyunu üzrə özünə rəqib tanımırdı. Bir qədər sonra o ailəsi ilə Polşanın Lodz şəhərinə köçür. Məhz burada onun dahi Salye ilə görüşü baş turu və bu görüş Samuel-in şahmat karyerasına böyük təkan verir. Yoxsul ailənin 6-cı övladı olan Samuel-in həyatda irəli getmək üçün bundan daha yaxşı şansı ola bilməzdi. Maraqlısı odur ki, kiçik Samuel məktəbə getmir, heyvanları ayırd edə bilmir, riyaziyyat və digər elmləri bilmirdi. Lakin o hər hansı bir şəkildə böyüklərin belə həll edə bilmədiyi tapşırıqları həll edirdi.
Davamı →

Boris Spasski

30 il bundan əvvəl, Rumıniyanın paytaxtı Buxarestdə beynəlxalq turnir keçirilirdi. Turnirdə Smıslov, Petrosyan, Boleslavski ilə adlı-sanlı iştirakçılarla yanaşı, 15 yaşlı Leninqrad məktəblisi, ustalığa namizəd Boris Spasski də çıxış edirdi. Heç kim ciddi rəqib saymırdı. Lakin elə birinci turda gözlənilməz hadisə baş verir. Spasski şahmat tacına real namizəd olan Smıslovu məğlubiyyətə uğradır. O, turdan-tura görkəmli şahmatçılarla çəkinmədən oynayırdı. Gənc şahmatçı turnirdə 4—5-ci yerləri bölüşdürərək, dünyanın beynəlxalq usta adına layiq görülmüş ən gənc şahmatçısı olur. Bununla da Spasskinin şahmat aləmində müzəffər yürüşü başlanır.


Ardı →

Mixail Botvinnik

1925-ci il noyabrın 20-də dünya çempionu Kapablanka Leninqrad filarmoniyasının konsert zalında eyni vaxtda oyun seansı keçirirdi. O, taxtadan-taxtaya keçir, fikirləşmədən fiqurları döyüşə atırdı. Lakin bir görüş üzərində getdikcə daha çox düşünməyə məcbur olurdu. Çempionun rəqibi 14 yaşlı Leninqrad məktəblisi Botvinnik idi.33-cü gedişdə vəziyyətin çıxılmaz olduğunu görən Kapablanka məğlub olduğunu bildirdi. Leninqradlılarla vidalaşarkən dünya çempionu ona qalib gələnin kim olduğunu soruşdu. Balacanın adının Mişa Botvinnik olduğunu bilib əlavə etdi: Belə fikirləşirəm ki, onun böyük gələcəyi var.Mixail BotvinnikKapablankanın bu sözləri çox keçmədi ki, özünü doğrultdu. Botvinnik 2 ildən sonra usta normasını yerinə yetirdi. 6 ildən sonra ilk dəfə olaraq SSRI çempionu adını qazandı.
Davamı →

Maks Eyve-hollandların iftixarı

«Elmin və şahmatın oxşar xüsusiyyətləri ondan ibarətdir ki, hər ikisi qarşıya qoyulmuş məqsədə çatmaqda intizamlı və ardıçıl olmağı tələb edir».
M. Eyve
Ərazicə çox da böyük olmayan Hollandiya istedadlarla həmişə heyrətamiz dərəcədə zəngin olmuşdur. Bu kiçik ölkə dünyaya dahi filosoflar, fiziklər, riyaziyyatçılar, bioloqlar, rəssamlar, musiqiçilər bəxş etmişdir. Hyugens və Lorents kimi fiziklərin, mikroskopun ixtiraçısı Levenhukun, Van Deyk və Rembrandt kimi rəssamların, humanist və mütəfəkkir Erazm Rotterdamskinin adları bəşəriyyət tarixinə əbədi olaraq daxil olmuşdur. Şahmat sahəsində isə hollandiyada uzun müddət bu dahilərə bərabər istedad yox idi. Ona görə də 1935-ci ildə M. Eyve Alyoxinlə matçda qalib gələrkən hollandların keçirdiyi sevinci başa düşmək olardı. Düzdür, o vaxtlar dahi rus şahmatçısı yaxşı idman formasında deyildi. Lakin keçmiş dünya çempionu V.Smıslovun dediyi kimi, «etiraf etmək lazımdır ki, hansı formada olursa-olsun, Alyoxinə ancaq yüksək ustalığa malik olan şahmatçı qalib gələ bilərdi. Eyve haqlı olaraq şahmat tarixində beşinci dünya çempionu oldu».


Ardı →

Aleksandr Alyoxin

MƏĞLUBEDILMƏZ ÇEMPION


«Şahmatla yanaşı mən öz xarakterimi tərbiyə etmişəm. Şahmat ən əvvəl obyektiv olmağı öyrədir. Həyatda olduğu kimi, şahmatda da səhvlərini və çatışmazlıqlarını başa düşdükdən sonra böyük usta olmaq mümkündür».
A. Alyoxin.


Dahi rus şahmatçısı A, Alyoxinin şahmat tacına yiyələnməsi şahmat tarixində ən parlaq səhifələrdən biri olmuşdur. O 1892-ci il noyabrın 1-də Moskvada anadan olmuşdur. Şahmatla uşaq yaşında ikən tanış olmuş və həmin vaxtdan başlayaraq onun cazibəsindən çıxa bilməmişdir. Alyoxin uşaqlıqdan təmizkar və əməksevər idi. Onun uşaq yaşlarında oynadığı görüşlərin gedişləri yazılmış dəftəri indi də saxlanılır. O, yazışma ilə oyuna da xeyli vaxt sərf edirdi. Variantları bir qayda olaraq yaddaşında hesablamağa çalışırdı.


Ardı →

Steynits-ilk şahmat çempionu

Şahmat mənən zəif adamlar üçün deyil. Şahmat adamdan varlığını bütünlüklə ona verməyi tələb edir...
V. Steynits.
1859-cu ildə şahmat səmasında meteor kimi çaxıb-sönən Morfidən sonra Andersen yenidən ən güclü şahmatçı adını qazanır.1862-ci ildə ikinci beynəlxalq London turnirindəki qələbəsi onun şöhrətini daha da artırır. Lakin dörd ildən sonra Andersen heç kimin tanımadığı usta V. Steynitsə gözlənilmədən məğlub olur. 8:6 hesabı ilə qalib gələn Steynits(Wilhelm Steinitz)özünü dünya çempionu elan edir. Lakin şahmat həvəskarları Morfiyə qalib gəlməyən yeni çempion barəsində eşitmək belə istəmirlər. Ona görə də London turnirinin yeni qalibi 1883-cü ilin yanvarında Morfi ilə oynamaq üçün Yeni Orleana (ABŞ) getmək qərarına gəlir. O, Morfinin evi ətrafında gecə-gündüz dolaşaraq, bu sirli şahmatçını görmək istəyir. Ancaq Morfi onunla cəmi 10 dəqiqə görüşməyə razılıq verir. Özü də belə bir şərt qoyur: söhbət zamanı şahmat haqqında bir kəlmə belə danışılmamalıdır.
Davamı →

Pol Morfi

METEORA BƏNZƏR
Ilk beynəlxalq London turnirinin başlanmasına 1 il qalmış həmin yarışların gələcək iştirakçısı, Macarıstan çempionu, usta I. Levental ABŞ-da qastrol səfərində idi. 1850-ci il mayın 22-də Yeni Orleanda olarkən ondan 12 yaşlı oğlanla oynamağı xahiş etdilər. Görkəmli usta ev sahiblərinin xətrinə dəyməmək üçün təklifə razı oldu.
Taxtada rus görüşü oynanılarkən, 8-ci gedişdə balaca oyunun sürətli inkişafını davam etdirmək üçün fili atla dəyişir. 13-cü gedişdə isə kombinasiya quraraq, uduşlu sonluğa nail olur. Levental çox fikirləşsə də oyunda dönüş yarada bilmir. Rəqibinin gedişlər üzərində çox düşünməsindən yorulan balaca şahmatçı 57-ci gedişdə səhvə yol verir. Macarıstan çempionu bundan istifadə edərək, oyunu heç-heçə başa çatdırmağa müvəffəq olur.
Levental yorulduğunu bəhanə edərək, üç gündən sonra yenidən görüşməyi təklif edir. Mayın 25-də rəqiblər taxta arxasında otururlar. Çox keçmir ki, balaca şahmatçı üstünlüyü ələ alır. 45-ci gedişdə onun kombinasiyalarından çaş-baş olan Levental məğlub olduğunu bildirir. 13 yaşlı oğlanın oyunundan heyrətə gələn Macarıstan çempionu ayağa qalxaraq qələbə münasibətilə onu təbrik edir və təntənəli surətdə deyir: «Ümidvaram ki, sizin dünya çempionu olacağınız günü görəcəyəm».


Ardı →

Filidor

Dünya şahmat tarixində elələri olmuşdur ki, onların adları həmişəlik olaraq bu müdrik oyunun salnaməsinə qızıl hərflərlə yazılmışdır. Belə şahmatçılardan biri də ilk qeyri-rəsmi dünya çempionu adlandırılan böyük fransız şahmatçısı və bəstəkarı Fransua Andre Filidordur.
Filidor 1726-cı il sentyabrın 7-də Paris yaxınlığında doğulmuşdur. Altı yaşında ikən o, nəinki musiqi bacarığı, həm də şahmatdakı uğurları ilə hallının nəzərini cəlb etməyə başlayır. Şahmatdakı müvəffəqiyyətləri ilə yanaşı, Filidor musiqi sahəsində də böyük uğurlar qazanır. Hələ 11 yaşında onun xor üçün yazdığı əsər kral XV Lyudovikin çox xoşuna gəlir. Beləliklə, musiqi karyerası təmin olunan Filidor Fransa komik operasının banilərindən biri olur. Büstü Parisin «Qrand-opera»sının dəhlizini bəzəyən F. A. Filidor 25-dən çox opera yazmışdır.
Davamı →

Tiqran Petrosyan-"dəmir Tiqran"

Dünyanın 9-cu çempionu Tiqran Petrosyanı (Петросян Тигран) belə adlandırırlar. Botvinnikin fikrincə, şahmatda böyük uğurlar qazanmaq üçün istedaddan əlavə, əməksevərlik, döyüşcü xarakteri və sağlamlıq gərəkdir. Petrosyana işgüzarlığı həyat özü öyrətmişdir. T.Petrosyan 1929-cu il iyunun 17-də Tbilisidə doğulmuşdur. O, uşaq yaşlarında ata-anasını itirmişdir. Çətin keçən uşaqlıq illəri onun xarakterinin formalaşmasında böyük rol oynamışdır.


Ardı →