Təbii içkilər

Ekoloji problemlər bizi çiy su içmək  problemi ilə üz-üzə qoyub. İnsanlar düşünür ki, su qaynadılıb içilməlidi ki, mikroblar məhv olsun. Əslində insan orqanizminə, ürəyin və başqa orqanların sağlamlığı üçün su çiy şəkildə qəbul edilməlidir. Lakin çiy suda mikrob təhlükəsi olduğundan alternative variant seçilməlidir. Məlumunuz olsun ki, su qaynadıldıqda deyil, yalnız dondurulduqda tərkibindəki mikroblar məhv ola  bilər. Buz soyuducudan götürülür, əridilir, 6 saat ərzində içilməlidir.

Satışdakı hər bir təbii şirə adı ilə satılanlardan tutmuş qazlı, qazsız suya qədər orqanizmə ziyanlıdır. Xüsusən də hamilə qadınlara qəti qadağandır. Məlumdur ki, təbii şirələr 30 dəqiqədən artıq saxlanıldıqda  öz tərkibini itirir.  Bu zaman şirənin tərkibindəki mikroelementlər parçalanır və keyfiyyətini  itirir. Satışdakı təbii şirələr adı altında satılan içkilərin tərkibi uzun muddət təzə qalması üçün kimyəvi maddə, aroma, rəng insan orqanizminə çox zərərdir.

Bu süni maye qaraciyərə ötürülür, tərkibi təbii olmadığından qaraciyərin funksiyasını pozur və böyrəklərə süzüldükdə isə çöküntü yaradır. Bu da böyrəklərdə əriməsi mümkün olmayan daşlar yaradır. Özümüzü və ailəmizi bu içkilərdən qorumaq üçün təbii şirələrin hazirlanma üsulunu öyrənməliyik.
 

Resept 1.

  • Limon – 1ədəd ( dilimlənmiş)
  • Nanə — 1ç.q
  • Şəkər – 1 stəkan

Resept 2. 

  • Limon – 2 ədəd (dilimlənmiş)
  • Şəkər – 1 st. 
     

Resept 3.  

  • Alma – 4-5 ədəd (doğranmış)
  • Nanə — 1ç.q
  • Şəkər – 1 st
     

Resept 4. 

  • Alma – 4-5 ədəd( doğranmış )
  • Darçın – 0.5 ç.q
  • Şəkər – 1 st
     

Resept 5. 

  • Albalı – 500qr
  • Zəncəfil — az
  • Mixək – 2 ədəd
  • Darçın- az
  • Şəkər – 1 st
     

Resept 6.

  • Tərxun – 1 dəstə
  • Şəkər – 1 st
     

Resept 7. 

  • Reyhan – 1 dəstə
  • Şəkər – 1 st
     

Resept 8. 

  • Əncir (doğranmış)  – 10 ədəd
  • Kişmiş – 1 st.
  • Xurma – 1st.
  • Ərik qurusu – 1 st

Hər birini hazırlamaq üçün təmiz balona yığılır üzərinə qaynar su tökülür və ağzı örtlür dəmlənilir. Soyuduqda soyuducuya qoyulur və təbii içkiniz hazırdır. Çalışın istifadə olunan şəkər qəhvəyi şəkər olsun. Yəni rafinə olunmamış. Bu qəhvəyi şəkərlər emal olunur, həmçinin göy rəngli kimyəvi maddə vurulur, qurudulur o zaman rəngi artıq ağarmış olur, və rafinə olunmuş şəkər sayılır. Emal olunmayan şəkər isə rafinə olunmamiş adlanır.

Müəllif: Tahirə

 

2 şərh

Diamonds

Resept 2. 

  • Limon – 2 ədəd (dilimlənmiş)
  • Şəkər – 1 st.

 

Qəhvəyi şəkər bilmədim nədi,amma çalışacam yuxarıdakını edim.

Diamonds
Balon dedikdə neçə litrlik nəzərdə tutulur?Zəhmət olmasa,cavablandırarsınız.