Kələmin qızıldan qiymətli faydaları

Ən ucuz və əlçatan tərəvəzlərdən olan kələmin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.
Qida mütəxəssisləri kələmin bu xüsusiyyətlərini çox yüksək qiymətləndirir və onu müntəzəm olaraq yeməyi tövsiyə edir.
Rusiya diyetoloqları kələmin əsas 7 faydasını açıqlayıb.
1. Kələm orqanizmi çox yaxşı təmizləyir, orqanizmdən ziyanlı maddələrin xaric edilməsini sürətləndirir. Kələmin qızıldan qiymətli faydaları
2. Podaqra, oynaq xəstəliklərindən əziyyət çəkənlər mütləq kələm yeməlidir ki, bu tərəvəz orqanizmdə sidik turşusunun səviyyəsini aşağı salır. Məhz sidik turşusunun səviyyəsinin artması bir çox oynaq xəstəliklərinin əsas səbəbidir.
3. Kələm güclü iltihabəleyhinə təsirə malikdir. Orqanizmdə iltihabın səviyyəsini aşağı salır.
4. Kələm xərçəngdən qoruyur. Bu xüsusilə süd vəzi xərçənginə aiddir.
5. Qida lifləri ilə zəngin olduğundan kələm bağırsaqları çox yaxşı təmizləyir, qəbizliyi müalicə edir.
6. Kələm ürək və damar xəstəliklərinin riskini azaldır, xolesterinin səviyyəsini və arterial təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.
7. Kələm dərini gözəl, təmiz və sağlam edir.
Kələmdən maksimum fayda almaq üçün onu çiy halda salatlara əlavə etmək lazımdır. 
Kələmin faydaları
Kələm tərkibində olan C vitamini, K vitamini və kalium sayəsində həm sağlam, həm də bir çox xəstəliyə şəfa olan bitkilər sırasındadır.
Xərçəng riskini aşağı salması ilə məlum olan kələm yarpaqlarını ağrıyan yerə bürüdükdə terapevtik təsiri vardır.
Tiroid vəzinin işləməsində problem yaşayanlar boğaz bölgəsinə kələm yarpaqlarını bürüyün. Gecə bu şəkildə yatdıqdan sonra da səhər yarpaqlarını çıxardın.
Baş ağrılarından xilas olmaq üçün də kələm yarpaqları əla vasitədir. Kələm yarpaqlarını əvvəl başınıza sarıyın və bir papaqla saxlayın. Ağrının azaldığını hiss etdikdə yarpaqları çıxarın.
Mütəmadi olaraq kələm yemək zehni xəstəliklərin ortaya çıxmasına mane olur. Xüsusilə yaşlılıq dövründə tez-tez rast gəlinən Alzheimer xəstəliyinin qarşısını alır, beyin sağlamlığını qoruyur.
Kələmin dərini təmizləyici xüsusiyyəti də vardır. Kələmi qaynadaraq suyu ilə üzü yumaq qısa müddətdə dərini yağlardan və ölü hüceyrələrdən təmizləyir.

Mənbə: Saglamolun.Az
 

0 şərh