Şirin ölüm - Şəkər tozunun yaratdığı xəstəliklər

Bildiyiniz kimi gün ərzində qəbul etdiyimiz bütün təbii qidalarda şəkər var. Biz, bizə lazım olan qədər şəkər ehtiyacını onlardan ödəyirik. Amma çay içərkən, şirniyyat süfrəsində və s. əlavə şəkər və şirniyyat da qəbul edirik. Bu cür qidaların mütəmadi qəbulu, bizim sağlamlığımız üçün təhlükə yaradır. Ən təhlükəli şəkərliqidalar isə xüsusilə qazlı içkilər, tərkibi bol şəkərdən ibarət olan meyvə şirələri, şəkərli «fast food»lar və s.

Bəs həddən artıq şəkər tozunun qəbulu nələrə səbəb ola bilər ? 
Kayzen.az ilə sağlam həyatın sirrlərini öyrənin!

1. Daxili orqanlar, bel bölgəsində piylənmə 
Qaraciyər süni şəkəri parçalayıb enerjiyə çevirə bilmir. Ona gərə də bu şəkər bədəndə yağ formasında toplanır.

2. 
Aclıq hissini artırır
Qaraciyər ancaq meyvə kimi qidaların tərkibindəki təbii şəkəri tanıyır. Süni şəkər, yəni şəkər tozu insulin istehsalına kömək edə bilmədiyi üçün, beyinə toxluq siqnalının getməsinə mane olur. Beləliklə, insan özünü davamlı olaraq ac hiss edir.

3. Ömrü qısaldır
Araşdırmalar zamanı laboratoriyada şəkərli qidalar qəbul edən siçanların normal qidalanan siçanlardan daha az yaşadıqları məlum olub.

4. Ürək və damar problemləri
İflic, insult kimi təhlükəli vəziyyətlərə, həmçinin ürək və damar xəstəliklərinə səbəb olur.

5. Sirroz
Qaraciyər yağlanmasına və sirroza səbəb olur.

6. Sonsuzluq yaradır
ABŞ-da aparılan araşdırmalar göstərib ki, şəkər tozu verilən siçanlar nəsil artırmada problemlə qarşılaşırlar.

7. Köklüyə səbəb olur
Beyinə toxluq siqnalı getmədiyi üçün insan mütəmadi olaraq yemək istəyir. Bu da həddən artıq kalori almağa və köklüyə gətirib çıxarır.

8. Xolesterin
Xolesterinin səviyyəsinin yüksəlməsinin əsas səbəbkarlarından biridir.

9. Mədəaltı vəzin xərçəngi
Daxili orqanların yağlanmasına səbəb olduğu üçün mədəaltı vəzin xərçənginə gətirib çıxara bilər.


 

0 şərh