Günümüzün narkotiki - Şəkər

Mütəxəssislərə görə şəkər günümüzün narkotiki, xilas olmamız lazım olan bir baş bəlası və uşaqlıq dövrünün siqareti… Amma vücudumuzun enerji mənbəyi də şəkərin özülü qlikozadır. Bəs nə etməli? Mütəxəssislər zəhər təsiri yaradan şəkərli məhsullardn xilas olub, sağlam şəkər mənbəylərinə yönəlməyimizi deyirlər. Şəkər kimi insan… Bu kimi sözlərlə zehnimizdə həmişə müsbət reaksiyalar yaradan şəkərin sağlamlıq baxımından faydalı olmadığını həmişə bilirdik amma“ şeytani bir zəhər”, “yeni dövrün narkotiki” və “ uşaqlıq dövrünün siqareti” olduğunu yeni öyrəndik. Aktual elmi xəbərlər şəkər və şəkər tərkibli məhsullardan qurtulmadığımız müddətdə daha çox xəstələnəcəyimizi qeyd edir.


Davamı →

Şirin ölüm - Şəkər tozunun yaratdığı xəstəliklər

Bildiyiniz kimi gün ərzində qəbul etdiyimiz bütün təbii qidalarda şəkər var. Biz, bizə lazım olan qədər şəkər ehtiyacını onlardan ödəyirik. Amma çay içərkən, şirniyyat süfrəsində və s. əlavə şəkər və şirniyyat da qəbul edirik. Bu cür qidaların mütəmadi qəbulu, bizim sağlamlığımız üçün təhlükə yaradır. Ən təhlükəli şəkərliqidalar isə
Davamı →

Faydalı maskalar

Adi şəkər tozunun köməyi ilə dərini daha hamar etmək, ölü hüceyrələrdən təmizləmək, dərinin qan dövranını yaxşılaşdırmaq olar.

1. 1 x.q. şəkər tozu 1 x.q. kəsmik (yağlı dəri üçün) və ya 1 x.q. xama ilə (quru dəri üçün) qarışdırılır və üz dərisinə çəkildikdən sonra dəri yüngül massaj edilir. Maskanı daha sonra 10 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

2. 1 x.q. şəkər tozunu 1 x.q. limon şirəsi və 1 yumurtanın ağı ilə qarışdırın, üz dərisinə çəkin, massaj edin, 10 dəqiqədən sonra yuyun. Bu maska yağlı dəri üçün nəzərdə tutulub.

3. 1 x.q. şəkər tozu 1 x.q. istənilən bitki yağı ilə (zeytun, qarşıdalı və s.) qarışdırılır, üz dərisinə çəkilir, massaj edilir, 10 dəqiqədən sonra ilıq su ilə yuyulur. Bu maska quru dəri üçün uyğun gəlir.
Davamı →

Şəkər məhsulları

şəkərŞəkər gündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biridir. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95%-dən çox mənimsənilir. Şəkərin istеhsаlı üçün əsas хаmmаl kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 faizi şəkər çuğundurundan, 55 faizi isə şəkər qamışından alınır. Kimya sənayesində şəkərdən müxtəlif törəmələr alınır. Sonra həmin törəmələrdən müxtəlif sahələrdə, o cümlədən, plastmas, əczaçılıq preparatları, dondurulan qida məhsullarının istehsalında istifadə olunur.

Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görüşünə görə, rənginə, dadına, iyinə, həll olmasına və kənar qatışıqların olmasına görə müəyyən edilir. Şəkər tozu quru, dənəvər olmaqla, ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır.
Ardı →