Dəniz suyunun faydaları

Hər birimiz yay fəslində çimərliyə bir dəfə də olsa gedirik. Kimi ailəsi, övladları ilə əylənmək, səmərəli zaman keçirmək məqsədilə, kimi qumdan və günəşdən yararlanmaq üçün çimərliklərə üz tutur. Bəs hər yay üz tutduğumuz çimərliklərin, dəniz suyunun faydaları haqda heç bilirikmi?! Bu dəfəki xəbərimdə sizə dəniz suyunun faydalarından danışacağam.

Yayın istisindən xilas olmağın və fərahlamağın ən yaxşı yollarından olan dəniz içində olan bir çox yararlı maddələr sayəsində çox xəstəliyin şəfasıdır. Dəniz suyu əvvəllərdən bəri tibb dünyasında geniş istifadə olunub. İnsan bədənində yer alan 84 maddəni bünyəsində daşıyan dəniz suyu vitamin ambarı hesab oluna bilər. Vitamin duzları amino asitlərdən və başqa maddələrdən ibarət dəniz suyu təbii müalicə üsuludur. Mütəxəssislər qeyd edir ki, tullantılar, kirlər və kanalizasiya suları tökülməyən hissələrdən bol-bol yararlanmaq lazımdır. Xüsusilə, uşaqlar dəniz suyundan bol-bol faydalanmalıdırlar. Dəniz suyu aparılan araşdırmalar nəticəsində insan qanına ən yaxın maddə hesab olunmuşdur. Kalsium karbonat, sulfat və potasium xlor və sulfat maqnezium xlor şəfa xüsusiyyəti qazandırmaqdadır.



Dəniz suyunun ən yaxşı xüsusiyyəti odur ki, bədəndəki yaraları və eyni zamanda alergiya reaksiyalarından yaranan izləri aradan qaldırır. Dəridə baş verən bir çox xəstəliyə də dəva hesab olunur. Bədəni toksinlərindən və zəhərli maddələrdən qorumaqla yanaşı hüceyrə yenilənməsinə də kömək edir. Saçların sağlamlığına da təsiri böyükdür dəniz suyunun. Ölü hüceyrələrin yox olmasında, orqanizmin güclənməsində dəniz suyunun böyük rolu vardır. Bunlarla yanaşı qandakı oksigenin miqdarının artmasında, infeksiyaların müalicəsində, parazitlərdən, mikroblardan qorunmaqda dəniz suyu əvəzsiz müalicə üsuludur. Dəniz suyu bədənin müqavimətini artırır və bədəni gücləndirir. Saçların kəpəklənməsinin və yağlanmasının qarşısını alır. Qan dövranını sürətləndirir və mədəni rahatladır. Göbələkdən də qoruyur. Ağrı və sancıları aradan qaldırır.

Dəniz suyu sadəcə fiziki xəstəliklərə dəva deyil, bir çox psixoloji xəstəliyə də çarədir. Aqresivlik, depressiya, əsəbilik kimi problemləri aradan qaldırır. Rahatladıcı tərkibi ilə insanı xoşbəxt edir. Sızanaqları və üzdəki qara nöqtələri aradan qaldırmaq üçün də geniş istifadə olunur. Ən çox kişilərin ümumi problemi olan ayaq qoxusunu və tər qoxusunu aradan qaldırır. Son zamanlarda isə diş ağrılarına xeyri olduğu ortaya çıxmışdır. Diş ağrısı zamanı ağızda qarqara edildikdə ağrını aradan qaldırdığı müşahidə olunub. Dəniz suyu diş ağrıları ilə yanaşı ağızda olan yaraların da bir nömrəli çarəsi hesab olunur. Dəniz suyu yuxarıda da qeyd etdiyimiz kimi saça və dəriyə xeyirli olduğu üçün bir çox gözəllik mərkəzlərində istifadə olunur.

 

0 şərh