Faydalı içkilər

Yaşıl çay-osteoporozun,xərçəngin,ürək-damar xəstəliklərinin yaranma riskini azaldır.Yaşıl çayın tərkibindəki flavonoidlər,polifenol və antioksidantlar hüceyrələri zərərli təsirlərdən müdafiə edərək,sərbəst radikalları neytrallaşdırır.Bu çayın tərkibindəki ftor sümükləri möhkəmləndirir və dişlərə müsbət təsir göstərir.İnsan ömrünü uzadır və sağlamlığa çox faydalıdır.Həmçinin bədənin çəkisinin normal formada qalmasını təmin edir.Böyrək daşlarının tədricən düşməsinə kömək edir.

Qəhvə — zehni və fiziki iş qabiliyyətini artırır.Miqreni aradan qaldırır.Onkoloji xəstəliklərdən orqanizmi müdafiə edir.Arıqlamağa kömək edir.Qəhvə maddələr mübadiləsinin fəallığını artıraraq piylərin əriməsinə gətirib çıxarır.Qlaukoma,kəskin ateroskleroz,şəkərli diabet,ürək-damar xəstəlikləri və böyrək ağrılarından əziyyət çəkən şəxslər qətiyyən qəhvə içməməlidirlər.Davamlı olaraq qəhvə içən insanlar qaraciyərdə serroz xəstəliyindən əsla şikayət etməzlər.Qəhvə içmək uşaqlara əsla olmaz.Çünki qəhvə böyüklərə nisbətən uşaqlarda kalsiumun orqanizmdən daha sürətlə xaric olunmasına səbəb olur.

Duzsuz pomidor şirəsi-bu şirənin tərkibindəki likopin ağız boşluğu,ağciyər,mədə,qaraciyər,süd vəzisi xərçənglərində xərçəngin peyda olma riskinin azalmasına kömək edir.Eyni zamanda ürək-damar xəstəliklərində böyük faydaları vardır.Gündəlik A və C vitaminlərini təmin edir.Maddələr mübadiləsini tənzimləyir.Ayaqlarda tromb xəstəliyinin yaranmasını kənarlaşdırır.

Nanə çayı-mədə pozğunluğuna kömək edir,sancıları yüngülləşdirir,qidanın rahat həzminə şərait yaradır.Nanə spazma əleyhinə təsirə malik olub,əzələ ağrılarını və əzələ gərginliyini aradan qaldırır.Yaddaşı gücləndirir.Asma,qrip,bronxit,epilepsiya,infarkt,baş ağrıları,qızdırmaya qarşı çox güclü vasitədir.Mədə ağrıları və qastriti olan şəxslərin nanə çayı içməməsi məsləhətlidir.

Quşüzümü şirəsi-hamımızın klukva kimi tanıdığımız meyvə şirəsi damaq xəstəliklərinin qarşısını alır.Orqanizmi bakteriyalardan müdafiə edir.Gün ərzində yalnız bir stəkan içmək məsləhətlidir.Piylənmədə,böyrək ağrılarında,hipertonik xəstəliklərdə,revmatizmada,anqinada əsas yardımçı vasitələrdəndir.Bu şirə ilə üzü və boyunu silmək oradakı ləkələrin tamamilə yoxa çıxması ilə nəticələnir.

Kök şirəsi — görmə qabiliyyətini gücləndirir,mədədə yaranı sağaldır,qanazlığında və vərəm xəstəliklərində inanılmaz faydalara malikdir.

 

0 şərh