Virtual sevgi

  • Sevgi

Mütəxəssislər bəyan edir: Əsl sevgi üçün zaman və məkan fərqi yoxdur.
Mentalitetə zidd sayılsa da dini inanclara əməl edilirsə virtual sevgi haram sayılmır.

Bu gün sosial həyatın bütün sahələrinə sirayət edən yeni texnologiyalar mənəviyyat məsələlərinə də təsirsiz ötüşməyib. Qloballaşan dünyada mənəviyyatın belə virtuallaşması artıq heç kimdə təəccüb doğurmur. Demək ki, yeni texnologiyalar tək yeni termin və yeni inqilabi dəyişikliklərlə yadda qalmır, onlar həm də yeni hisslərin fomalaşmasına zəmin yaradır.
Bununla belə bir qədər dəqiqləşdirsək görərik ki, məhz mənəviyyat və hisslər mövzusunda yeni texnologiyalar mahiyyəti deyil, formanı dəyişir. Elə gəlin sevgi məsələlərində yeni texnologiyaların rolunu təhlil etməyə çalışaq. Müasir texnologiyalar olmadan belə, ta qədimdən sevgi, nikah mövcud olub. Bu gün də bu mövhum və adətlər mövcuddur. Amma bu gün çoxları fikirləşir ki, bu gün sevgi süniləşib. Çünki, yeni texnologiyalar insani hissləri kölgədə qoyub. Mütəxəssislər isə bunun əksini sübut etməyə çalışır. Psixoloqların qənaətincə, adətən insanlar arzularına çatanda hər şey onlar üçün adiləşir. Bəli, əvvəllər sevgini tərənnüm və ya bəyan etmək üçün vasitələr az idi. Sevgisini izhar etməkdə çətinlik çəkən gənc isə daha qabarıq hisslərlə yaşayırdı. İndi isə vəziyyət tamamilə başqadır. Bu gün informasiya cəmiyyəti əsrində yaşayırıq. Dünyada milyonlarla mobil telefon və internet istifadəçisi var. Bütün bunlar sevgini tərənnüm etmək üçün texniki vasitələrdir. Əvvəlki dövrlərdən fərqli olaraq indi tanışlıq üçün məkan çoxdur. Artıq təkcə real həyatda deyil, telefonda, virtual aləmdə-internetdə özünə dost-tanış tapmaq mümkündür.

Kaliforniya Universitetinin professoru, psixoloq Hensi Kaliş öz tədqiqatını internetin ailə qurmağa və ilk sevgi hisslərinin yaranmasında necə rol oynamasına həsr edib. Neçə illərdir ilk sevgi hisslərinin yenidən yaranma fenomenini tədqiq edən psixoloq bu qənaətə gəlib ki, birinci məhəbbəti yaşayan adamlar yenidən sevə bilərlər. Onun fikrincə, məhz internet bu cür cütlüyün yaranmasına kömək edə bilər: "Əksər kişi və qadınlar "sevgi bir dəfə olur" - deyə bu cür saytların olmadığı vaxtlarda növbəti məhəbbətlərini axtarmaq fikrinə düşməyiblər. Amma internetin bu tip xidmətləri yaranandan sonra insanlar keçmiş macəralarının qəhrəmanlarını axtarmağa başlayıblar. Çünki bu, asan və dəbdə olan bir işdir. Həm də bu, insanların istədiyi anda münasibətləri qıra bilmək baxımından sərfəlidir".

Psixoloqun tədqiqatlarına görə, bir-birini internet vasitəsilə tapan hər beş nəfərdən dördü dərhal nikaha girmək qərarına gəlməyib. Onlar sonradan ya həmişəlik ayrılıb, ya da dostluqlarını uzun müddət davam etdiriblər. Bəziləri isə uzun sürən münasibətdən, hətta bir neçə il ər-arvad kimi yaşadıqdan sonra nikaha girmək qərarı veriblər: "İlk məhəbbət münasibətlərin qurulmasında böyük rol oynayır. O adam ki, bu hissləri yaşayıb, o hissləri sonradan da yaşaya bilər. Vay o gündən ki, insan bu hisslərdən məhrum ola! Hazırkı məqamda ilk məhəbbət bu emosional qalanın yeganə açarıdır. Məhz bu cür münasibətlər stabil davam edərək gənclərin şəxsiyyətinin formalaşmasına kömək edir".

Son vaxtlar azərbaycanlı gənclər arasında da söhbətləşmək imkanı yaradan bəzi internet saytlarına meyil güclənib. Bir qədər kobud desək, internet istifadəçisi olan gənclərimiz virtual məkanda müxtəlif niklə ("nick" ingiliscə ləqəb, təxəllüs, ayama) çatlaşırlar ("chat" ingiliscə boşboğazlıq etmək deməkdir).

Son vaxtlar çoxlu sayda tanışlıq imkanı verən saytların yarandığını və gənclərimizdə onlara olan marağı nəzərə alıb bu mövzuya müraciət etməli olduq. İndi gənclər internet saytların müxtəlif ünsiyyət vasitələri ilə-çat, forum, MSN, İCQ, Agent, Facebook və s. əlaqə qururlar. Söhbət məkanı-çat bir çoxları üçün əyləncə, bir çoxları üçün vaxt öldürmək, bəziləri üçün isə tanışlıq ünvanıdır. Bakıdakı əyləncə saytlarının administratorları çatda tanış olub ailə həyatı quran, özünə səmimi dost tapanların olduğunu istisna etmirlər. Gənclərdə internet və mobil telefon vasitəsi ilə tanışlığa heç də yaşlı nəslin nümayəndləri kimi pis baxmırlar. Virtual sevgi axtarışında olan gənclərlə yanaşı, virtual məkanda karyera imkanlarını genişləndirməyə, dostlarının sayını çoxaltmağa, hətta intellektual səviyyələrini artırmağa, ölkədə və dünyada baş verən hadisələrə, yeniliklərə rəy bildirməyə görə yeni texnologiyaların geniş imkanlarından istifadə edən gənclərimiz də az deyil. Bir qrup psixoloqlar virtual sahədə tanışlığın tənbəllikdən irəli gəldiyini bildirir. Onların qənaətincə, bu zaman insanlar komplekslərindən gizlənirlər. Çünki belə söhbət etmək daha asandır. Müəyyən utancaqlıq və hisslərdən azad olurlar. Belə ünsiyyət forması həm də bir növ boşluğu doldurur. Yəni insanlarda ünsiyyət tələbatı var və həmin boşluğu doldurmaq üçün internetə üz tutur. İnternetdə istənilən vaxt özünün ya da başqasının adıyla rahat ünsiyyət qurmaq olur.

Virtual sevgiyə üstünlük verənlər bu qənaətdədirlər ki, virtual məkanda sənin xarici görünüşünü yox, məhz özünü sevirlər. Bundan başqa, şəbəkədə öz tələblərinizi və istəklərinizi açıq-aydın bildirə, deməli ünsiyyətdə olduğunuz adamdan nə gözlədiyinizi gizlətmədən açıqlaya bilərsiniz. Qarşı tərəflə istənilən mövzunu on-line müzakirə edə, istədiyinizi deyə bilərsiniz, bununla belə, onun üçün sirr olaraq qala da bilərsiniz.

Əvvəllər ünsiyyət yalnız quru yazılarla kifayətlənirdisə, indi mikrofon və veb kamera sayəsində həmsöhbətinizi həm eşidə, həm də görə bilərsiniz. Bu, az da olsa, real ünsiyyəti əvəz edir.

İnternet evdən bayıra çıxmadan dünyanın istənilən nöqtəsində yaşayan insanlarla ünsiyyət qurmaq imkanı verir. Xaricilərlə və ya xaricdə yaşayan həmyerlilərlə danışmaq çox maraqlıdır. İnternet xarici vətəndaşla ailə qurmaq və ya xarici dili təkmilləşdirmək istəyənlər üçün çox geniş imkanlar yaradır.

Münasibətlərinizi tədricən, tələsmədən qura bilərsiniz. Üstəlik, real həyatdakından fərqli olaraq, virtual aləmdə lazımı anda ani qərar vermə riski olmur. Monitor arxasında oturarkən sizin həmişə düşünməyə, fikirlərinizi analiz etməyə, nə yazmaq istədiyinizə qərar verməyə vaxtınız və imkanınız genişdir. Bütün bunlarla yanaşı, bir faktı da diqqətə çatdırmaq istərdim ki, islam dininin şərtləri pozulmayacaqsa, ən əsası ortada bir-birlərini aldatma olmayacaqsa, internet nikahları ilə evlənmək labüd hesab edilir.

Maraqldır ki, bu gün sosial şəbəkələri yeni dəb, bəlkə də internetin yeni siması kimi qiymətləndirirlər. İnsanlar iş yerlərində, evdə, yolda bu şəbəkələrə daxil olur, öz fikirləri və gördüklərini bir-biri ilə bölüşür, yazışırlar. Bununla da onlar öz ünsiyyət tələbatlarını ödəyirlər.

Statistikaya əsasən, Azərbaycanda ən çox baxılan internet səhifələri də məhz sosial şəbəkələrdir (Odnoklassniki.ru, Facebook.com). Hər gün bu saytlara yüz minlərlə abunəçi daxil olur. Əlbəttə ki, ilk baxışdan bu, adi haldır və təəccübləndirici heç bir şey görünmür. Lakin, məsələnin kökünə baxsaq, çox maraqlı məqamlar ortaya çıxır.

Ən önəmli məsələ sosial şəbəkələrin peyda olmasından sonra, internet ünsiyyətində baş vermiş inqilabdır. Bir neçə il öncə internetdə ünsiyyət - müxtəlif çatlar, forumlar, e-mail yazışmaları və s. kimi üsullarla həyata keçirilirdisə, hazırda sosial şəbəkələr vasitəsilə ünsiyyət daha populyardır.

Əvvəllər internet istifadəçiləri öz fantaziyalarının məhsulu olan virtual personajlardan istifadə edirdilər. Bu personajın öz təxəllüsü (nickname), xasiyyəti, fərqli həyat tərzi var idi. Personaj real həyatdakı insanların virtual dünyada təmsilçisi idi.

İnternet istifadəçisinin real həyatda kim olduğu, nə ilə məşğul olması məxfilik pərdəsi altında gizlənirdi.

Sosial şəbəkələrin yaranması isə internet istifadəçilərindən real həyatdakı kimliklərini internetə köçürmələrini tələb etdi.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da internet istifadəçiləri bu dəbli tendesiyaya qoşularaq özləri haqqında tam məlumatı cəsarətlə internetə köçürdülər. İnternet istifadəçiləri real şəkillərini, harada yaşadıqlarını, maraqlarını, iş yerlərini, öz dost siyahılarını könüllü surətdə yüz milyonluq internet auditoriyasına təqdim etdilər. İnternet səhifəsində dostlar siyahısı, şəkillər, fərdi həyatdan məlumatlar gündən-günə artmaqda davam edir. Amma bu məqamlarda da diqqətli olmaq məqsədəuyğundur.

Bu yaxınlarda ABŞ prezidenti Barak Obama gənc tələbələrlə görüşündə sosial şəbəkələrdən istifadə edərkən daha seçkin olmalarını tövsiyə edib. Onun sözlərinə görə, internetə yüklənmiş faylların məzmunu bir müddət sonra gənclərin karyera və ya təhsil əldə etmələrində mane ola bilər.

Bir sözlə, hər bir istifadəçi hər hansı məlumatı internet aləminin məhsuluna çevirməzdən öncə yaxşı-yaxşı düşünməli, düzgün qərar verməlidir. Bu, sevgi belə olsa.

Müəllif: Zamirə İlqar

 

16 şərh

Shabnam_Ilham
Virtual tanışlığa pis baxmıram şəxsən. İstər dostluq, istərsə də sevgi barəsində. Amma fikirlərini virtual aləmə nisbətən real aləmdə bildirsən, real aləmdə ünsiyyət qursan bu daha yaxşıdı məncə.
filankes
mence virtual alemde insan ozunu daha yaxshi ifade eliye bilir. Men de virtual alemde yaranan sevgiye pis baxmiram, men ozum de  bir qizi internetde tanimisham  ve  sozun esl menasinda sevirem. Tesadufen qarshilashmishiq, ve ikimiz de bir birimizi sevirik, axirimiz nece olacaq bilmirem )))
cahandar
Mzuya görə təşəkkür əməyə dəyər.Ancaq virtual sevgi və ya dostluğu qəbul etmirəm.Necə etmirəm??Azəri mentaretitinə görə.Əslində pis baxmıram həyatdır hər şey mümkündür lakin insan virtualda qarşıda duranın hansı məqsəddə olduğunu bilməz olur.Virtual sevgini xüsusən də xanımlara məsləhət görməzdim.Anlaşılan həqiqətdir ki heç bir azəri ailəsi virtualda oğlu ilə tanış olmuş gəlni qəbul etmir bu 199,9 faiz belədir.Odur ki,bizlərdə virtual sevgi ya oğlan qız dostluğunun yeri yoxdur.Bu mənim subyektiv fikirlərimdir.
doYwanka
evveller belkemde pis baxardim.ama coooox tesadufen mende oz omrumle ele facebookda taniw olmuwam.heqiqetende tesadufen.15 gun idi qeydiyyatdan kecmiwdim,«salam»  bele yazan oglanlari bloklayirdim,ama bilmirem niye omrum salam yazdi mende cavab yazdim,hec profiline baxmadan.yani hec kime cavab yazmirdim ama bilmirem neden ona cavab yazdim ve cooooox xowbextem ve hamiya arzulayiram bele xowbextliyi))) 
men artiq pis baxmiram bele taniwliga,cunki bu qismetdi,yolda hec vaxt rast gelmemiwik ama bele rast gelib taniw olduq.
məryam
Menim sevgilim virtualdadı. Ve men onu çox sevirem. Başına o qeder oyun açmışam ki, amma o yenede meni deli kimi sevir.  hetda dostları gelib meni hedeleyib ki, onu unutum. Çünük ona çox ziyan verirmişem. Sebebi bilirsiz virtualda adam sevgisini ifade ede bilmir. Men ne deyirem oda incidiği üçün, başına iş gelir. yeni fikri mende olur, ağlını istofade etmir. Amma real olsaydı, belki bunların heç biri olmazdı. Tutub qolundan saxlayardım. Hem virtualda bir neçe gün sevgilin olmayanda, menim kimi ona ulaşa bilecek heç neyin olmayanda qalırsan narahat. amma realda asanca tapa bilersen onu. Belki interneti xarab olub. Ya da işine göre. Bunlar realda problem olmazdı. Deyeceyim odu ki, virtualda üreyini tez verirsen. ve çox berk aşiq olursan. Amma sevgini virtualda devam etdirmek olmaz. gerek real-a daşıyasan. Çox çetin virtualda sevgi devam etdirmek. Virtual-da da, her adamın sözüne inamayın) Menim kimi sınama yollarını bilin)
Gülnar
Məryam və dovşanka, konkret deyirəm o ömrüm dediyiniz oğlanlar sizi heç də dəli kimi sevmir. Sadəcə bekar adamlardı söhbət edirlər və bu münasibət çox davam etməyəcək..İnciməyin dediklərim həqiqətdi, virtual sevgi boş-bekar adamların vaxt öldürməsidir..Təsadüfi virtual tanışlıq deyə də bir şey yoxdu..Sadəcə tanışlıq var, ardının gəlməsini hər iki tərəf istədiyi üçün gəlir. «Mən heç kimə cavab yazmırdım, birdən nəsə oldu ona yazmağım gəldi» deyə yarımistik səbəb-nəticə əlaqələri də qurmayın beyninizdə..Bunları yazmaya da bilərdim,. amma yazıram ki, gələcəkdə bizi başa salan olmadı deməyəsiz.
Rafi Aslanov

Virtual hec bir sey davam ede bilmez!realda davam ede biler o da ki bir muddet..


«O,goresen men olmasaydim bashqasiylada tanish olub,realda gorushe bilerdi??»sualini dushunmek meseleye tamam bashqa istiqametden baxmaqa mecbur edir insani.

lili95
hec vaxt, hec vaxt demeyin.gun dogmadan neler dogar.sevginin vaxti ve mekani yoxdu.
MaksiMuS
Şəklin yeri var :))
O ki qaldi mövzuiya ?
Heç yadımdan çıxmır, taa 2004-cü ildə BDU-nun çatında forumda bu movzu var idi və mənim rəyim belə olmuşdu: Küçədəki tanışlığın motovondə əlbət xarici görünüş durur.Yəni görkəmin bizə verdiyi razılıqla qarşı tərəflə tanış olma niyyətinə düşürük.Ama virtual məkanda isə bu belə deyil.Yəni qarşı tərəfi  zamanla müxtəlif movzularda tanıyırsan, daxili aləmin, xarakterin, həyata baxışın, dünyagörüşün və s. Bu mənada virtual münasibət daha məntiqə uyğundur.Bu hər iki tərəf üçün türklər demiş, avantajdır(üstünlük). Həm özünü ifadə etmə baxımından, həm də qarşı tərəfi rahat və ətraflı tanıma mənasında..
Həyatı gözəl edən də nəinki bir gün sonra, bir neçə saniyə sonra nələrin baş verəcəyindən bixəbər olmağımızdır.Bu gizlilik şəraitində həyatımızda virtual sevgiyə, münasibətə yer hər zaman ola bilər.Önəmli olan o yeri yaratmaqdır, istəməkdir. Sevmək səhv deyil, Səhv olan sevməyi bacarmayan birindən sevilməyi ummaqdır.Yalnış seçim zaman və məkana baxmır
məryam
Çox gözel dedin. Virtual hem daha maraqlıdı. Amma daha emin olduqdan sonra reala daşımaq lazımdı. Virtualda devam etdirmek çetindi. Ya da mene ele gelir.
ayxansevda
virtualda qarşıdakı insanın aktyorluq edib etmədiyini necə insan olmasını dəqiq bilmək olmur savadına ağlına dünyagörüşünə aldanırsan deyirsən mən deyən adamdı amma məkrli olub olmadığını bilmirsən bəlkə avanturistin birisidir
cahandar
Düz buyurdunuz Ayxansevda şəxsən tanıdığım kəslərdən biri var virtualda elə danışır ki,qızlara özünü elə göstərir ki,guya bu virtual sevgiyə də inanır və virtualda tanış olduğu ilə evlənər.Realda isə tam başqa cür danışır.Deyir virtualda mənim anamın bacımın nə işi virtualdakı heç bir qıza otveçat deyiləm.Onun dünya görüşü savadı və intellekti də kifayət qədərdir lakin nə vicdanı,nə mənliyi,nə də insanlığı var.Yalanlarına görə.Odur ki,siz demişkən avanturistin biridir.Düşünürəm ki,istər real olsun istərsə də virtual insanın müsbəti onun olduğu kimi görünməsi və özünü göstərməsidir.Ən mənfi cəhətlə də olsa maska altında gizlənmək insan oğluna yaraşmaz.Bu mənim subyektiv fikirlərimdir.Razılaşan da sağ olsun razılaşmayan da.
MaksiMuS
İş orasındadı ki, virtualdaki tanışlıqlar adətən təsadüfən olur və ilk başda məqsəd güdülmür deyə əksər halda kim necədi elə də özünü qarşı tərəfə təqdim edir.Belə vəya elə reala köçənə ortaya çıxacaq yalanı kim virtualda cücərdər ki:) Bu o halda mümkündürki qarşı tərəf LOM ola, yaxud reala köçməyəcəyi qətidirsə.Lom onsuzda virtualda olduğu kimi realda da aldanacaq.
Hər şey tərəflərin insanı tanıma qabiliyyətindən asılıdı. Arif adam  üçün monitor sədd rolunu oynaya bilməz
ayxansevda
mənim virtualda hörmət etdiyim həmfikir lduğum insanlar var onları necə təsəvvür edirəmsə  sonra şəkillərini görəndə görürəm səhv etməmişəm bu saytda da ara bir na görə gəlirəm ki bəzi istifadəçilərin orijinal fikirlərini oxuyum onların mühakiməsi məsələyə yanaşma tərzi mənə maraqlıdır
məryam
Siz bir sey deyim. O nagillardi esil guclu, heqiqi sevgi var. O sevgi kimise yuxuda gorub, gozelliyine vurulmaqla yaranir. Amma virtualda xasiyyetine vurulursan. Zamanla taniyirsan. Menbuna esil sevgi deyerem. Neinki,  yuxuda birini gorub, ona vurulmaq.