O Qəlbini Sevdi

  • Sevgi
Kevinin 22 yaşı yenicə tamam olmuşdu. Özündən əmin, çox ağıllı cavan oglan idi. 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu, amma ölkəsindən ayrılmaq çətin gəlirdi ona. Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərdə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər gütürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu, «Holly adında bir qadındır» deyə cavab verdi kitabxanaçı. Qadının ünvanın kitabxanaçıdan götürdü ve evə çatar çatmaz bir məktub yazdı:
«Böyük Kitabxanada bir kitab oxudum. Əlavə etdiyiniz qeydlər qarşısında heyranlıq duyduğumu gizlədə bilmədim. 10 gün sonra Koreyaya gedirəm, sizi tanımaq və sizinlə məktublaşmaq istəyirəm. Cavabınızı səbirsizliklə gözləyirəm.» Hollidən müsbət cavab gəldi və məktublar ard-arda yazılmağa başladı. Hər yeni məktubda bir-birlərindən bir az daha təsirlənir, ürəklərini bir-birlərinə bir az daha açırdılar. 2 il bu şəkildə keçib getdi. Kevin ve Holly bir-birlərinə bəlkə minlərlə məktub yazmış, hər məktubdan da bir-birilərinə daha da möhkəm bağlanmışdılar. Kevinin ölkəsinə geri dönmə vaxtı gəlib çatdı. Son məktubunda Hollini görmək istədiyini yazdı. «Ancaq səni tanıya bilmək üçün mənə bir şəkilini göndər, xahiş edirəm» deyə əlavə etdi. Holly görüşməyi qəbul etdi, lakin şəklini göndərmədi. "Şəkilin nə əhəmiyyəti var ki? Bizi bir birimizə bağlayan ürəklərimiz deyilmi? Yaxama qırmızı bir gül taxacam" dedi. Günlər bir-birini qovdu və Kevin ölkəsinə qayıtdı. Qatardan endiyi ilk anda gözləri Hollini axtardı. Bir müddət baxdı, baxdı, sonra insanların arasında indiyə qədər gördüyü ən gözəl bir qadın gördü. Uzun boylu, çox gözəl, uzun sarı saçlı, gömgöy iri gözləri və mavi paltarıyla möhtəşəm bir qadın idi. Qadına doğru bir addım atdı, amma yaxasında heç bir şey yox idi. Qadın onun gözlərinə baxdı və «Salam dənizçi, mənimlə gəlmək istəyərsənmi?» deyə soruşdu. Elə həmin an gözəl qadının arxasında, yaxasında qırmızı çiçək olan qadını gördü. Qısa boylu, kök, boz qısa saçlı, tozlu uzun paltosu və qalın biləkləriylə sakitcə dayanırdı. Kevin çaşmışdı, az əvvəl həyatında gördüyü ən gözəl qadından bir təklif almışdı, amma qarşısında da ürəyinə aşiq olduğu qadın dayanmışdı. Özünü yığışdırdı və yanından keçən dünyalar gözəli qadını vecinə almadan addımladı. Əlində Holly ilə bir-birlərini tanımalarına kömək edən kitab vardı. Əlini uzatdı, " -Salam Holly dedi.Qadın gözlərinin icində gülümsəyərək "- Bağışlayın, dedi, «Mən Holly deyiləm. Bir az bundan qabaq burdan keçən sarı saçlı mavi paltarlı qadın yaxama bu çiçəyi taxdı və bunu həyatınızın imtahanı olduğunu söylədi. Sizi stansiyanın çıxışındaki kafedə gözləyir...

P.S Bu hekayəni mən çox öncə burda nəşr etmişdim. Sadəcə yazı qaydalarına kifayət qədər əməl etməmişdim.Yeni nəşrdə təkrar sizlərlə paylaşıram. Çox sevdiyim hekayədi..Oxumaqla kifayətlənməyək

 

21 şərh

LaLə
Paylaşdığınız üçün təşəkkürlərrr. Həqiqətən çox düşündürücü və gözəl bir hekayədir.
Kinosunas
Oxşar bir hekayə oxumuşdum lakin bu da bir o qədər maraqlı oldu. Yani beə insanlar var realda da?! Daha doğrusu belə oğlan. Çətin. Maksi, təşəkkürlər
Kinosunas
Unutdum şəkil də sevdiyim filmdəndir «Xarabalıqdan çxmış milyonçu» Bunun üçün də təşəkkürlər
MaksiMuS
Xoşdu.Bəyəndiyinizə sevindim xanımlar… Hm Kinosunas, şəxsən mən qürur hissi kçirdim o oölanın yerinə.Bəlkə də mən də o addımı atardım.Ən azından bu hekayəni təbliğ etmək o yolda kiçicik də olsa bir addımdı :)
ElcinHesenov
maraqlıdır əsasəndə şəkil yazılar çox maraqlı mənalıdır təşəkkürlər
ayxansevda
deyirəm axı, bu hekayəni kayzendə daha əvvəl oxumuşdum. yaxşı ki, qeyd etdiniz. bu yadda qalan hekayələrdəndir. birdə qurbağa ilə bağlı bir yazı da yadimdan çıxmaz adı dəqiq yadimda deyil amma qurbağa kar olduğu üçün heç kimi eşitmir və ən hündür qülləyə qalxır insana stimul verən müdrikliyə səsləyən hekayələri oxumaq həmişə zövq verir
MaksiMuS
Elcin twk qardaw.memnun oldum. Ayxansevda, o qurbaga hekayesi Muveffeqiyyete geden yol kitabinda qeyd olunub.Mende var o kitab.Orda bu tip ibretli hekayeler coxdu.
ayxansevda
o kitabın müəllifi kimdir istərdim əldə edim
MaksiMuS
Esedulla eliyev… Dogrusu onu axtaran cox olub,ama az tirajla cap olunub deye cox ehtimalki piwtaxtalarda olmaya.ama cehd etmeye deyer.
məryam
Bilirem bunu. Mende buna benzeriyle qrşılaşdım. Çirkini seçdim. İndi ikiside menden uzağ. Esas ürey gözel olsun)
Mayak
Maraqli idi..amma nese inanmagim gelmedi..eger cirkini sececek kimse varsa..demeli o bizim dunyadan deyil...qizlarda olsa inanaram amma oglanlar hec vaxt cirkini secmez…
rezerv

Ne yalan soyleyim  oglanlar qizlari nece deye bilmerem amma menim gozel oglanlara daha cox sempatyam var. Amma qelb de mence vacibdir. Daxili xaricini korlamasin deye

Mayak
Deyiremde eksini duwunen insanlara bizim dunyadan olduqlarina dair wubhem var))hami xarici gorunuwe onem verir..daxili ise sonra deyerlendirilir…
MaksiMuS
Hər kəs özündə olmuyan bir nüansı başqasında axtarır.Bu istisnalarsız belədir.
Rezerv, artıq sizin xarici görünüşünüz barədə məndə ilkin təsəvvür formalaşdı :))
rezerv

Bu mence normaldir cunki ozume yarasan olmalidir.

soni_memmedzade
çox maraqlı hekayədir.düzü oxumamışdım.bir neçə dəfə oxumaq istəmişdim nəsə problem olurdu çıxırdım.bu gün isə oxuduğumçün çox xoşbəxtəm.belə insanların varlığı mənə yeni bir ruh verir.MAKS,hamı eyni ürək sahibi deyil.heç kim heç kimin ürəyinə bələd deyil.xoşbəxt o kəslərdir ki,ürəyilə ürəyi sevməyi,o ürəkdə nələr olduğunu hiss etməyi bacarır.insanın özün demiş sevilməkdən çox anlaşılmağa ehtiyacı olur.belə böyük ürəksə heç kimə qismət olmur.xoşbəxt o kəslərdir ki,bir baxışla nə demək istədiyini anlayır.paylaşdığunçün TƏŞƏKKÜRLƏR
soni_memmedzade
amma sənə bir sual...sen neynerdin o zaman?