Saç rənginə görə makiyaj

Makiyaj edərkən saç da dəri rəngi qədər vacibdir. Belə ki, saç rənginin açıq və ya tünd tonlarda olması makiyaja da təsir edir.

1. Tünd saç rəngi  — Saçlarınızın rəngi qara və ya tünd tonlardadırsa, çox tünd makiyaj olmaz. Tünd saçlar daha çox diqqət çəkdiyi üçün təbii makiyaja üstünlük verilməlidir.
 

2Qızılı  — Qızılı və karamel saçlı qadınlar üçün eyni makiyaj texnikası keçərlidir. Gözləri qara qələm, dodaqları açıq və təbii tonlarda dodaq boyaları ilə vurğulaya bilərlər. Amma ənlik varla-yox arasında olmalıdır. Çünki saç rəngi onsuz da kifayət qədər iddialı görünür.
 

3Qumral  — Saç rənginiz qumraldırsa, dodaqları, ya da gözləri ön plana çıxarmalısınız. Hər ikisini də eyni anda diqqət çəkən tonlarda makiyaj etmək olmaz. Göz makiyajı çoxdursa, dodaqlar təbii, dodaqlar diqqət çəkirsə, gözlər təbii olmalıdır.
 

4. Sarı saç – Sarı saçlar üzü arxa plana salıb solğun göstərir. Buna görə də makiyjasız üz yaxşı görünmür. Belə saç rəngləri hər gün az da olsa, makiyaj tələb edir. Çox şit olmamaq şərti ilə gündəlik makiyajda tünd tonlara müraciət edə bilərlər.
 

 

0 şərh