Boğaz ağrısının müalicəsi üsülları
Boğaz ağrısı, əksəriyyət hallarda udqunan zaman boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir. Ağrının əsas əlaməti faringitdir. Amma «boğaz ağrısı» və «faringit» terminləri tez-tez bir-birlərinin yerinə istifadə edilir.
Boğaz ağrısının ən məşhur səbəbi, soyuqdəymə və ya qrip hesab olunur. Bir virusun səbəb olduğu boğaz ağrısı, ümumiyyətlə evdə baxılma ilə özbaşına keçər.
Boğaz ağrısının daha az görülən bir digər səbəbi bakterial infeksiyalar hesab olunur. Buda antibiotik müalicəsi tələb edir.
Boğaz ağrısının digər səbəbləri isə kompleks bir müalicəni tələb edə bilər. Tibbdə faringit olaraq tanınan boğaz ağrısı boğazın iltihablanması nəticəsində formalaşaraq mikroblar və maddələr mübadiləsində olan müxtəlif problemlər nəticəsində ola bilir.
Boğaz ağrısı hər yaşda insanlar arasında görülən problemlər arasındadır. Amma ən çox 4-7 yaş arası uşaqlarda boğaz ağrısına daha çox rastlandığı bildirilir. 1 yaş altı uşaqlarda isə boğaz ağrısı çox nadir olaraq görülən vəziyyətlər arasındadır. Boğaz ağrısı bəzi hallarda təhlükəli ola bilər və tədbir alınması vacib hesab olunur. Məsələn bakteriya ilə bağlı boğaz ağrısı varsa bu yüksək temperatura gətirib çıxara bilər. Yüksək qızdırma nəticəsində 40 dərəcəyə kimi temperatur yüksələ bilər. Bu zaman boğaz ağrısının müəyyən əlamətlərinə səs batıqlığı, öskürək, boğazda yüngül yanma hissi, yorğunluq, nəfəsdə qoxu, tozlu mühitdə problem yaşanması kimi vəziyyətlər aiddir.
Ardı →