Рейтинг
+37.27

Time-management (zamanı idarə etmək)

33 üzv, 18 topik

Burada və İndi...

Təsəvvürünə gətir ki, bir bank var və bu bank hər gün sənin hesabına 86400 manat pul köçürür. Lakin bu bank günün axırına qalan qalığı saxlamır. Belə ki, hər gecə bank sənin istifadə etmədiyin pulun qalığını sıfırlayır.
Bu zaman sən nə edərsən? Əlbəttə ki, sən hər gün pulu son qalığına qədər götürüb xərcləyəcəksən ki, qalan pulun sıfırlanmasın.
Unutmayın, bizim hər birimizin bu bankda hesabı var. Onun adı Zamandır.
Hər səhər bu bank sənə 86400 saniyə vaxt ayırır. Hər gecə bu məlumatları silir və baxır, sən bu investisiyanı hansı məqsədlər üçün istifadə etmisən.
Bu bank pulu saxlamır və onu digər hesablara köçürməyə də icazə vermir. Hər gün yeni hesab açılır və hər gecə də hesabın sıfırlanır. Əgər sən bu hesabdan lazımınca istifadə edə bilmirsənsə onda günahkar yalnız özünsən.
Ardı →

Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz

«Vaxt» mənşəcə ərəb sözüdür, zaman bildirir. İşlənmə məqamından asılı olaraq zamanın müxtəlif çalarlarını da əks etdirir. Məsələn, «Bir vaxt cavan idim», «Vaxtdır, gəlini gətirək», «Vaxt gələr məni xatırlayarsan», «Vaxtsız gələn qonaq kisəsindən yeyər» və s. Vaxt həm də qızıldan qiymətlidir — deyirlər, amma nədənsə bir manatının qədrini yetərincə bilən insan da çox hallarda bu «qızıl»ın, yəni, vaxtın dəyərini o qədər anlamır. Ya bəlkə də vaxt gözə görünmədiyindən hansı qiymətdə, hansı bahalıqda, hansı mərtəbədə olduğu xəyalımıza gəlmir? Deyirlər ki, dünyada ən dəqiq millət almanlardır. Dəfələrlə səyahətlər zamanı biz bunun şahidi olmuşuq. Bəlkə də elə ona görə almanlar dünyanın ən mədəni xalqı sayılırlar. Əslində, dəqiqlik mədəniyyəti çox vacibdir. Bu xəzinəni, analoqu olmayan bu varidatı Tanrı bizə bəxş edir. Onu qoruyub saxlamaq, ondan səmərəli istifadə etmək məhz özümüzdən və bir də ətrafımızdan asılıdır.

Davamı →

Zamanımızı “kimlər” oğurlayır?

Sahib olduğumuz zaman dünyada mövcud olan ən qiymətli resursdur. Zamanımızı məhv edən xarici amillərdən əlavə, insanın zamanını daxildən oğurlayan bir çox cəhətlər vardır. Bunlar işdə axsamalar yaradan insanın xarakter və şəxsi keyfiyyətləridir ki, bunun da nəticəsində stress və zamanın bəs etməməsi ilə bağlı mənfi düşüncələr yaranır.

Bu “oğruları” özünüzdən uzaqlaşdırmağınız mütləqdir. Lakin bu xarici zaman oğrularından uzaqlaşmaq qədər asan məsələ deyil. Çünki bu insanın həyatının bir hissəsidir və ondan xilas olmaq müəyyən mənada problemlidir.
Davamı →

Zamanı necə ram etmək olar?

Professional mühitdə “Özümü nə ilə məşğul edim bilmirəm” deyən insanla nadir halda qarşılaşarsınız. Razısınızmı? Adətən “Vaxt çatdıra bilmirəm”, “Hər şeyi çatdırmaq üçün hardan vaxt tapım?!” və s. tipli ifadələr eşidirik. Və bu müasir həyat tərzi şərtlərində heç də təəccüblü hal deyil.

1. Ümumiyyətlə etməmək mümkün olan işi sabaha təxirə salmayın
Hər şeyi yerinə yetirməzdən əvvəl bu “hər şey”-dən lazımsız olan işləri ayırın. Və bu düşündüyünüzdən də çoxdur. Lazımlı işi təxirə salmaqla stress dağarcığınıza yeni bir qəpik əlavə etmiş olursunuz və bununla belə heç nəyi çatdırmadığınız ilə bağlı vicdan səsiniz də yüksəlir. Belə bir işdən xilas olduqda isə azadlıq və yeni güc axını hiss edirsiniz. Çıxış yolu: Əksər lazımsız işlərdən ümumiyyətlə imtina edin. Təcililik illuziyadır.

Davamı →

Yolda keçən vaxtdan necə istifadə edək?

Heç kimə sirr deyil ki, hər gün səhər və axşam evlə iş arasında müəyyən zaman sərf edirik. İşə çatana qədər sərf etdiyimiz zamandan məmnunluq və fayda ilə yararlandıqda bütün iş günü məhsuldar keçər. Bəs bu zaman kəsiyi ərzində gününüzü daha faydalı etmək üçün nələr edə bilərsiniz?

1. Motivasiya edici bir şeylər dinləyin 
Podcastlar yaxud audiokitablar, sevimli mahnı və yaxud radio – əhvalınızı yüksəldən amili təyin edin və daha sonradan işə başlamaq da asan olacaq. Əgər fəaliyyətiniz yaradıcılıq ilə bağlıdırsa, konkret məşğulluq sahəniz üçün motivasiya mənbələri axtarın. Nə seçməyinizdən asılı olmayaraq, işə çatana qədər zaman məmnunluq hissi ilə müşayiət olunarsa, bu məhsuldar günün zəmanəti olar.
Davamı →

Zaman hər kəs üçün sabitdir

Zaman əslində hər kəs üçün sabitdir, başqa sözlə hər kəs üçün gündə 24, həftədə 168 saat var. Ancaq bənzər şərtlərdə yaşayan və işçilərin fərdi qabiliyyətlərdən də qaynaqlanan fərqliliklər var. Bu fərqi yaradan faktorlardan biri də zamanın necə istifadə edildiyidir. Zamanın idarə edilməsi zamanı ağıllı istifadə edərək daha məhsuldar nəticələr əldə edilməsini təmin edir.

 Zaman idarə edilməsi üçün lazım olan ilk şey zamanın necə keçirildiyini təyin etməkdir. Hər kəsin həyatında sabit olan yuxu, yemək yemək, fərdi təmizlik və baxım, nəqliyyat kimi zəruri işlər üçün xərclənən zaman çıxarıldıqdan sonra qalan müddət üçün planlaşdırma edilə bilər. Plan qurarkən dürüst və həqiqi olmalı, vəzifələrin yanında ictimai fəaliyyətlər həyata keçirilməsi üçün də zaman ayırmalıdır.

Uzun və qısa müddətli hədəf və prioritetləri müəyyənləşdirmək, hədəflər üçün hərəkət planı hazırlamaq, bunları reallaşdırmaq üçün ediləcək işlərin siyahısını hazırlamaq, prioritetləri müəyyən etmək, yox deyə bilmək, eyni zaman bir neçə işi sıxışdırmaq lazımdır (məsələn işə ya da məktəbə gedərkən və ya bir şeylər gözləyərkən kitab oxumaq, yemək hazırlayarkən ya da duş qəbul edərkən əvvəldən yazılmış dərs qeydlərini kasetdən dinləmək kimi)
Ardı →

Tələbəlikdə vaxtın idarə olunması

Universitetə başladıqları ilk günlərdən  bir çox tələbələr dərhal öyrənirlər ki, vaxtlarının idarə olunması məktəbdə olmağın ən ağır və çətin tərəflərindən biridir.

1. Təqvim alın və ondan istifadə edin. Bu kağız təqvim ola bilər. Bu sizin mobil telefonunuz ola bilər. Bu portativ kompyuter də ola bilər. Növündən asılı olamayaraq, onun birinə sahib olduğunuza əmin olun.

2. Hər şeyi yazın (qeyd edin). Hər şeyi bir yerdə qeyd edin. (Birdən çox təqvimdən istifadə etmək sadəcə sizi artıq gərgin cədvəlinizin arasında daha çox şey etməyə sövq edir).  Nə vaxt yatacağınızı, nə vaxt paltar yuyacağınızı və nə vaxt valideynlərinizə zəng edəcəyinizi planlaşdırın.

3. Dincəlmək üçün vaxt ayırın. Dincəlmək və nəfəs almaq üçün vaxt ayırmağı unutmayın. Məhz təqviminiz səhər saat 7:30 dan axşam 10:00 a qədər davam edir deyə siz bunu bacararsınız demək deyil.

4. Yeni sistemlərə cəhd etməyə davam edin. Əgər sizin telefon təqviminiz kifayət qədər böyük deyilsə, kağız formasını alın. Əgər kağız forma korlanırsa, portativ kompyuter əldə edin. Əgər hər günə yazacaq çox şey varsa, işi asanlaşdırmaq üçün rəngli qeyd etmədən istifadə edin. Çox az universitet tələbəsi hər hansı bir təqvim sistemi olmadan öz proqramlarında bunu edirlər: Sizə uyğun olanı tapanadək cəhd etməyə davam edin.


Ardı →

Zamanı düzgün idarə etmək

Hamımız davamlı olaraq işlərimizin sıxlığından və zamanın azlığından şikayət edirik. Bitirilməli işlər, təslim edilməli layihələr, bunların yanında da hər gün etməmiz gərəkən bəzi adəti işlər vardır. Zamanımızı düzgün idarə etmək bizə boşa keçən anlarımızı qazandırmağı və bu tempə ayaq uydurmamızı təmin edir.

Vaxtı nizamlı və sistematik bir şəkildə qurmaq əhəmiyyətli işlərə daha çox vaxt ayıra bilmək üçün təkrarlanan işləri daha az zamanda bitirmək, bununla yanaşı, iş xaricində bütün həyatımızı nizamlı şəkildə davam etdirməkdi. Zaman rəhbərliyi və şəxsi məlumatlar mövzusunda iyirmi ildən artıq çalışan Dr. Donald Wetmorun zaman rəhbərliyinə başlamaq üçün ilk yeddi qaydası belədir:

1. Sənədlərinizi düzgün təşkil edin. Artıq çoxumuz kağız qarışıqlığı içində boğulmasaq da, kompüterlərimizin «My Documents» qovluğunda, ya da «Desktop»da bir çox gərəksiz sənədlərin dağınıq şəkildə olduğunu görürük. Bu qarışıqlığın qarşısını almaq üçün tez-tez istifadə etdiyiniz mətnləri və ya məlumatları əlçatan bir yerdə və nizamlı bir şəkildə saxlamalısınız.


Ardı →