Kopenhagenin üzən adaları

Gəlin əvvəlcə ada konsepsiyasını müəyyənləşdirməklə başlayaq. Ada: “Dörd tərəfdən su ilə əhatə olunmuş bir torpaq sahəsi” olaraq təyin edilir. Bəs, üzən adalar nədir?
Üzən adaların elmi tərifi: Qalınlığı bir neçə santimetrdən bir neçə metrə çatan bataqlıq, palçıq və üzən su bitkilərindən ibarət bir kütlə kimi təyin olunur. Normal adadan onu fərqləndirən ən böyük xüsusiyyət, mövsümi suların yüksəlməsi halında qurudan ayrılıb suyun üzərində hərəkət etməsidir.
Kopenhagenin üzən adaları
Kopenhagendə isə bu adalara yeni bir xüsusiyyət qazandıraraq, onların ictimai həyata xidmət etmələrini təmin edilmişdir. Yaradılan süni adalar Avstraliyalı memar Marshall Blecher və Danimarka dizayn studiyası “Foxtrot” tərəfindən dizayn edilmişdir. Dizaynın əsas məqsədi dəniz səviyyəsinin yüksəlməsini əyani formada göstərməkdir. Eyni zamanda bir ictimai məkan kimi xidmət etməsi də nəzərdə tutulur. Adalar “Parkipelaq” (arxipelaqların və parkların liman şəhəri) konsepsiyası ətrafında formalaşmışdır. Bu şəkildə, adalar kollektiv tədbirlərdə bir araya gətirilərək istifadə edilə bilir.
Şəhər məkanına yeni bir arxetip əlavə edən bu layihə qayıqçılar, balıqçılar, ulduzları açıq havada izləmək istəyənlər və üzgüçülər tərəfindən istifadə edilə bilər.
Ada dizaynının ilk prototipi Kopenhagenə yerini aldı. Bu qeyri-kommersiya dizaynı ilk dəfə 2018-ci ildə şəhər limanında yaradılmışdır. Yerli əhali bu layihəni Kopenhagen Adaları adlandırır. Uğurlu nəticəyə və prototipin Kopenhagen əhalisi tərəfindən qısa müddətdə qəbul edilməsinə uyğun olaraq 2020-ci ildə layihəyə daha 3 adanın əlavə edilməsi planlaşdırılırdı. Xəbərim yoxdur, alındı ya yox.
Kopenhagenin üzən adalarıAdaların Məqsədləri
Studiya komandasının sözləri ilə desək, “Biz şəhər və dəniz arasındakı münasibətləri yaxşılaşdırmağı özünə vəzifə hesab edən Magnus Maarbjerq və Marshall Blecherin rəhbərlik etdiyi beynəlxalq bir memar komandasıyıq. Bu həm oyun sahəsi, istirahət zonası, əyləncə məkanı kimi istifadə edilir, həm də şəhər limanına fərqli funksionallıq qatır.”
İctimai həyat baxımından üzən adalardakı dizaynlarda dəyişikliklər edilir. Əvvəlcə adada üzən sauna, üzən bağ və bar kimi müxtəlif istifadə sahələri yerləşəcəkdir. Bundan əlavə, adalar qayıqçıların, üzgüçülərin dincələ biləcəyi modul bir quruluşda dizayn edilmişdir. Beləliklə, adalar istifadəçilər tərəfindən istənilən vaxt yerlərini dəyişdirərək istifadə edilə bilər.
Blecher, Dezeen jurnalına verdiyi müsahibəsində; “Layihə inkişaf etdikcə daha çox ada əlavə etməyi planlaşdırırıq” dedi. “Layihə dizayn edilməsi baxımından elastik və təbii formadadır.” O, həmçinin  adaların bir ekoloji yanaşma ilə dizayn edildiyini də bildirdi.
Üzən adalar üçün yaradılan ilk prototip, limanın cənubundakı gəmiqayırma zavodunda ənənəvi ağac texnikaları istifadə edilərək istehsal edilmişdir. Yaradılan prototip 20 kvadrat metrlik bir sahə şəklində dizayn edilmişdi. Bu platformada eyni zamanda bitkiləndirmə də edilmişdir. Yaradılan prototipdə 6 metrlik bir cökə ağacı istifadə edilmişdir.
Dizayn studiyasının təbirincə desək, “Üzən adalar bioloji təbiəti sürətlə tikilən limana qaytarır və şəhərin mərkəzində daim dəyişən, fərqli yaşıllıq sahəsi təklif edir.”
Belə bir proyekti əgər ölkəmizdə həyata keçirsələr Bakını yox, məhz Lənkəranı təklif edərdim. Bunun bir çox səbəbləri var. Ən vacibi isə belə bir məkanın Bakının iqlimi ilə kontrast olmasıdır. Eyni zamanda vurğunun Bakının üstündən götürülməsi ilə, bir şəhərə bu qədər məsuliyyətin yüklənməsinin qarşısını almış olduğumu düşünərəm. Əlbəttə bütün bunlar hamısı xəyaldır. Bizimkiləri qoyasan ancaq əcaib-qəraib şeyləri installasiya adi ilə təqdim etsinlər.

Sonda isə memarlara haqqında danışdığım proyektin kəsiti, görünüşü və formasını təqdim edirəm.
 
 
 
 
Müəllif: Sahil Qənbərli
 

0 şərh